İstifadəçi razılaşması
İstifadəçi razılaşması
yuxuda.ru saytı (bundan sonra Sayt) www.yuxuda.ru domenində yerləşib öz daxili qayda-qanunları ilə fəaliyyət göstərən eyniadlı veb-resursdur. Burada qeydiyyatdan keçən şəxs təsdiq edir və razılaşır ki, saytda qeydiyyatdan keçməklə bu İstifadəçi Razılaşmasının şərtləri çərçivəsində fəaliyyət göstərəcək.
Razılaşan tərəflər
- yuxuda.ru veb-resursunun administrasiyası (bundan sonra administrasiya)
- qeydiyyatdan keçmiş ya keçməmiş fiziki və hüquqi şəxslər (bundan sonra istifadəçi)
Razılaşmanın müddəaları
Administrasiya istifadəçilərə aşağıdakılardan istifadə imkanını yaradır:- Administrasiya tərəfindən nəzərdə tutulmuş mətn, qrafiki, video, audio informasiyanın yerləşdirilməsi
- Administrasiyasın və istifadəçilərin öz aralarında əlaqə yaratması, müzakirə aparması
İstifadəçinin hüquqları
- Saytda axtarış aparmaq, qanun və sayt daxilindəki qaydalar çərçivəsində informasiyanı əldə etmək, yaratmaq,onu yaymaq
- Yerləşdirdiyi informasiyaya digər şəxslərin yetişimini məhdudlaşdırmaq və qadağan etmək
- Digər şəxslərin reytinqinə qaydalar çərçivəsində müdaxilə etmək, öz subyektiv fikrini bildirmək
- Sayt administrasiyasına müraciət etmək,onu maraqlandıracaq məsələ ilə bağlı sayt administrasiyasından dəstək almaq təklifi ilə çıxış etmək
- Digər istifadəçilər ilə əlaqə qurmaq, şəxsi münasibət yaratmaq
Administrasiyanın hüquqları
- İstifadəçi tərəfindən yaradılmış kontent və istifadəçi hesabını dəyişdirmək və ləğv etmək
- İstifadəçi hesabını dondurmaq, istifadəçinin reytinqinə müdaxilə etmək,istifadəçi tərəfindən yaradılmış kontentə yetişimi məhdudlaşdırmaq
- İstifadəçi tərəfindən yaradılmış kontentdən axtarış optimizasiyası,reklam və marketinq alətləri üçün istifadə etmək
- Sayt istifadəçilərinin öz aralarında və üçüncü kənar şəxslə münasibətlərini nizamlamaq üçün arbitraj funksiyasını yerinə yetirmək
- Sayt istifadəçilərinə elanlar, bildirişlər göndərmək
Sayt fəaliyyəti
- Saytda həm istifadəçilər,həm də administrasiya tərəfindən postmoderasiya həyata keçirilir.
- Saytda yerləşdirilən kontentin məzmununa,ondakı səhvə və sayt istifadəçilərinin öz aralarında paylaşdığı informasiyaya görə administrasiya məsuliyyət daşımır. Bu informasiyanın istifadəsi nəticəsində baş verən zərərə görə administrasiya cavabdeh deyil.
- İstifadəçinin saytdaxili fəaliyyəti administrasiyanın nəzərdə tutduğu qaydalar, mövcud qanunvericilik və beynəlxalq internet-etiket kodeksinə uyğun həyata keçirilir.
- Razılaşmanın istənilən zaman dəyişdirilməsi hüququnu administrasiya özündə saxlayır. İstifadəçi Razılaşması https://www.yuxuda.ru/p/istifadci-razlasmas.html ünvanında yerləşir
Yorumlar
Yorum Gönder