Reinteqrasiya nədir
Reinteqrasiya nədir
Vətəndaşlığın bərpası(reinteqrasiya)
Yəni şəxs müəyyən səbəbdən öz vətəndaşlığını itirib, sonra bərpa etmək istəyirsə, vətəndaşlıq bərpa olunur. Reinteqrasiya naturalizasiyaya bənzəsə də irəli sürülən tələblərin sadəliyi ilə ondan fərqlənir. Naturalizasiya yeni vətəndaşlığın əldə olunmasıdır. Reinteqrasiya isə itirilmiş vətəndaşlığın bərpasıdır. Reinteqrasiya daha tez baş verir, şəxsin vəsadət qaldırması əsas götürülür. Naturalizasiyada isə artıq qeyd etdiyimiz kimi müxtəlif şərtlər var. Başqa ölkələrdə vətəndaşlığın müxtəlif əldə olunma üsulları var. Məsələn, 1992-ci ilə qədər Rusiya ərazisində yaşayan və işləyən şəxslər sonradan başqa ölkənin vətəndaşlığını qəbul edibsə, səfirlik vasitəsilə əvvəlki vətəndaşlığını bərpa edə bilərlər.
- arvadı Rusiya vətəndaşı olduqda;
- valideynləri keçmiş Rusiya vətəndaşı olduqda və şəxs Rusiyada ən azı 5 il yaşadıqda;
- totalitar dövrdə vətəndaşlıqdan məhrum edilmiş şəxs olduqda;
- vətəndaşlığını əvvəl qanunla itirmiş olduqda və s.
Vətəndaşlıq aşağıdakı üsullarla xətm oluna bilər:
1)vətəndaşlıqdan çıxma;
2)vətəndaşlığı itirmə və s.
Vətəndaşlıqdan çıxmaya denaturalizasiya da deyirlər. Bu zaman şəxs vətəndaşlıqdan çıxmaq barədə vəsatət qaldırır və prezidentin sərəncamı ilə vətəndaşlıqdan çıxır. Bununla vətəndadşlıq xətm olunur. Şəxs bu hərəkətlərinin səbəblərini göstərməlidir. Əgər şəxsin dövlət və ya hərbi xidmətlə bağlı öhdəlikləri varsa, onun vəsatəti qəbul olunmur. Bütün bunlar aradan qaldırılsa, şəxsin vəsatətinə baxılır. Əvvəlki qaninvericilikdə vətəndaşlığın itirilməsinin aşağıdakı halları göstərilirdi.
1) şəxs müvafiq orqanların xəbəri olmadan xarici ölkədə təhlükəsizlik, ədliyyə naziri və s. vəzifələrdə çalışarsa;
2) saxta sənəd olduqda;
3) 5 il müddətinə konsul qeydiyatından keçmədikdə.
Amma indi bir hal var ki, o da vətəndaşlıq əldə olunarkən şəxsin bilə-bilə saxta sənəd təqdim etməsidir. Qanunvericilikdə şəxsin ölümü vətəndaşlığın xitamı kimi göstərilmir.
Yorumlar
Yorum Gönder