Qazaxli Alik kimdir

    Qazaxli Alik kimdir

    Qazaxli Alik kimdir


    Arif Fuad oğlu Muradov (ləqəbi: Qazaxlı Alik12 fevral 1958Dağ KəsəmənAğstafa rayonu) — Birinci Qarabağ müharibəsinin Azərbaycan tərəfindən iştirakçısı, ehtiyatda olan polkovnik.

    Həyatı

    Arif Fuad oğlu Muradov (Qazaxlı Alik) 1958-ci ildə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur.

    Döyüş yolu

    1987-ci il noyabrın 25-dən ermənilərə qarşı fəaliyyət göstərməyə başlamışdır. İlk dövrlərdə 15–20 nəfərlik dəstəyə rəhbərlik etmişdir. İlk hərbi əməliyyatlarını isə düşmən arxasına təşkil etmişdir. 1991-ci ilin noyabr ayında hərbi hissə yaradılmış və Qazaxlı Alikin hərbi dəstəsi rəsmi qaydada vuruşmağa başlamışdır. Mayor rütbəsi alan Qazaxlı Alikin döyüşdüyü hərbi hissədə hərbi qulluqçuların sayı 930 nəfər çatmışdı.

    Onun komandanlıq etdiyi dəstə ilk şəhidini Xocalı soyqırımından sonra vermişdir. 1992-ci il martın 14-də ermənilərin daha böyük dəstə ilə Qazax tərəfdən, Aşağı Əskipara Xeyrimli kəndinin üstündən baş tutan hücumunun qarşısını alarkən Qazaxlı Alik özü yaralanmış, onun dəstəsindən olan Rasim Bayramov isə yaralı halda ermənilər tərəfindən ələ keçirilmiş, sonradan da şəhid edilmişdir.

    Ağstafa, Tovuz, Qazax, Kəlbəcər, Laçın, Goranboy, Gədəbəy və Qarabağın bir çox bölgələrindəki hərbi əməliyyatlarda iştirak etmişdir.


    Tövsiyə edirik × +

    Yorumlar

    Bu blogdaki popüler yayınlar

    Yuxuda qonaqliq gormek nedir

    Yuxuda ezgil yemek nedir

    Yuxuda ev yandigini gormek nedir