Layihə nədir

    Layihə nədir

    Layihə nədir


    Layihə

    Layihə — başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan , keyfiyyət və risk tələblərinə malik unikal fəaliyyət.

    Layihə mərhələləri

    • Planlaşdırma - bu ilkin mərhələdə problemlər və tərəfdaşlar, hədəflər və bunlara çatmaq üçün ehtiyaclar müəyyən olunur;
    • Hazırlıq - fərdi tapşırıqlar bölüşdürülür, qrafik və büdcə hazırlanır, ilk iclas - açılış icrası keçirilir;
    • İcra (başlama) - müntəzəm iclaslar, qrafik və büdcəyə nəzarət, ardıcıl hesabatlar hazırlanır. Gözlənilən və gözlənilməyən çətinliklər aradan qaldırılır;
    • Təslim (tamamlama) - son məhsul, yaxud proses hazırdır və məsul şəxsə ötürülə bilər. Bunun üçün son hesabat hazırlanır.


    Layihə idarəedilməsinin müxtəlif səviyyələri

    • Vaxtın idarəedilməsi
    • Büdcənin idarəedilməsi
    • Resursların idarəedilməsi
    • Keyfiyyətin idarəedilməsi
    • İnsan resurslarının idarəedilməsi
    • Risklərin idarəedilməsi

    Layihənin növləri

    • Sosial layihələr
    • İqtisadi layihələr
    • Ekoloji layihələr

    1)hazırlanan hər bir şeyin ilk variantı; 2)tikiləcək bina, yaradılacaq qurğunun, məmulatın quruluşu və s. haqqında lazımi təsəvvür verən və sonrakı mərhələdə iş sənədlərinin işlənib hazırlanması üçün kafi məlumat əks etdirən konstruktor sənədlər kompleksi; hər hansı bir əsaslı tikinti layihəsi fərdi və ya birtipli ola bilər. Fərdi layihələr işlənilib hazırlanarkən birtipli konstruksiya, memarlıq layihələri və s.-dən istifadə olunur. 3)mahiyyəti və onun praktiki reallaşması imkanları təsvirlər, əsaslandırmalar, hesablamalar, rəsmlər formasında açıqlanan fikir, ideya, surət; 4)tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Məsələn, tikintinin layihəsi; 5)hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Məsələn, qərarın layihəsini hazırlamaq, nizamnamənin layihəsi, müqavilənin layihəsi; 6)nəzərdə tutulmuş niyyət, fikir mənasında.

    Layihələr vahid nəticəyə çatmaq üçün layihələr proqramına və səmərəli idarəetmə üçün layihələr portfelinə malik ola bilər. Layihələr portfeli ayrı-ayrı proqramlardan ibarət ola bilər.


    Tövsiyə edirik × +

    Yorumlar

    Bu blogdaki popüler yayınlar

    Yuxuda ezgil yemek nedir

    Yuxuda qonaqliq gormek nedir

    Yuxuda ev yandigini gormek nedir