Erize nece yazilir
Erize nece yazilir
Müraciət etmək, "ərz" mənasında işlənir. Ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir.
Ərizəyə verilən tələblər aşağıdakılardır:
- Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.
- Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır.
- Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır.
- Ərizənin sonunda gün, ay, il və ərizəçinin şəxsi imzası qoyulmalıdır.
Ərizənin yazılış forması belədir:
- Vərəqin əvvəlində, abzasdan böyük hərflə təşkilatın və kimə müraciət edilirsə, onun vəzifəsi, adı, atasının adı və soyadı qeyd olunur.
- Sətrin 1/2 hissəsi həcmində sağ tərəfdə ərizəçinin adı, soyadı və atasının adı göstərilir.
- Vərəqin ortasında böyük hərflə "Ərizə" sözü yazılır.
- Təzə sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur.
- Ərizənin sonunda imza qoyulur və onun yazılma tarixi göstərilir.
Nümunə
Yorumlar
Yorum Gönder