18 oktyabr musteqillik gunune aid seirler

    18 oktyabr musteqillik gunune aid seirler

    18 oktyabr musteqillik gunune aid seirler


    Milli Məclisin 2021-ci il oktyabrın 15-də keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib.
    Bu qanun ilə 28 May – Respublika Gününün və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib


    MÜSTƏQİLLİK BAYRAMI

    Müəllif: Solmaz Şirin

    Müstəqillik bayramındır
    Bu gün sənin, Azərbaycan!
    Xoşbəxt, gülər məqamındır,
    Yoxdur tənin, Azərbaycan!
    Bu gün sərbəst bir ölkəsən,
    Qonşulardan sən öndəsən.
    Uğuruna böyük əhsən!
    Safdır şənin, Azərbaycan!
    Dünyaya səs salıb adın,
    Şərəf ilə sən ucaldın.
    Dirəyindir hər övladın,
    Ucal, mətin Azərbaycan!
    Neftin, qazın bir məlhəmdir,
    Düşmənlərə min ələmdir.
    Dostlarına çox kərəmdir
    Sədaqətin, Azərbaycan!
    Günü-gündən ucalırsan,
    Ucalıqdan öc alırsan.
    Solmaz demir, qocalırsan,
    Yeni, dərin Azərbaycan!


    “AZADLIQ”

    Müəllif:  Xəlil Rza Ulutürk.

    Azadlığı istəmirəm
    Zərrə-zərrə, qram-qram
    Qolumdakı zəncirləri qıram gərək
    Qıram! Qıram!

    Azadlığı istəmirəm
    Bir həb kimi, dərman kimi
    İstəyirəm səma kimi,
    Günəş kimi,
    Cahan kimi:

    AZƏRBAYCAN YAŞAYIR

    Müəllif:  Rafiq Yusifoğlu.

    Hərəmiz bu Vətənin,
    Parçası, zərrəsiyik.
    Yağılara yurdumun,
    Parçası, zərrəsi yük.
    Bu vətənin yolunda,
    Birləşsin əllərimiz.
    Sevinsin dağlarımız,
    Sevinsin çöllərimiz.
    Necə ki, ruhumuz var,
    Necə ki, dilimiz var.
    Azərbaycan yaşayır,
    Yurdumuz-elimiz var.
    Nə zaman ki, birləşib,
    Hissim, ruhum, bədənim.
    Dünyanın özü boyda,
    Bir dünyadır Vətənim.

    YAŞA, VAR OL HƏR ZAMAN,
    AZƏRBAYCANIM!

    Müəllif: Mehti Kamiloğlu

    Nəhayət, xilas oldun zülmət səmadan,
    Ulu Öndər qurtardı səni bəladan,
    Əmanətsən bugünə Heydər babadan
    Yaşa, var ol hər zaman, Azərbaycanım!

    Yaşayır o şərəfli, müdrik siyasət,
    Pozulmayıb vətənə, xalqa sədaqət,
    İnamlı əllərdəsən, güclüsən əlbət
    Yaşa, var ol hər zaman, Azərbaycanım!

    Göz dağıdır düşmənə Ramil tək igid,
    Dastanıdır dillərin Mübariz, Fərid,
    Uğrunda candan keçib, oldular şəhid
    Yaşa, var ol hər zaman, Azərbaycanım!

    Abadlaşır günbəgün sənin hər yerin,
    Bəzəyidir hüsnünün mavi Xəzərin,
    Gözəllikdə taysızdır paytaxt şəhərin
    Yaşa, var ol hər zaman, Azərbaycanım!

    Parlaq inkişafdadır incəsənətin,
    Artırıbdır dünyada muğam şöhrətin,
    Nüfuzlu yarışmalar olur qismətin
    Yaşa, var ol hər zaman, Azərbaycanım!

    Açılmış idmanınçün geniş bir cığır,
    Zəfər sənə məxsusdur, sənindir uğur,
    Yüksələndə bayrağın duyulur qürur
    Yaşa, var ol hər zaman, Azərbaycanım!

    Yaxınlaşmasın sənə qüssə, qəm – kədər,
    Cavan müstəqilliyin görməsin zərər,
    Gəlməsin ona heç vaxt kimsədən xətər
    Yaşa, var ol hər zaman, Azərbaycanım!

    Mənim bəxtiyar yurdum, şən diyarımsan,
    Qəlbimin döyüntüsü, şah damarımsan,
    Sən doğma məskənimsən, iftixarımsan
    Yaşa, var ol hər zaman, Azərbaycanım!

    “VƏTƏN MARŞI”

    Müəllif:  Bəxtiyar Vahabzadə.

    Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
    Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
    Sənin öz dövlətin, öz millətin, öz cəddin var
    Vətən uğrunda ölənlər ölümündən doğular.

    Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
    Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
    Mənim öz ulduzumu bağrına basmış hilalım,
    Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”.

    Sən bu gül bayrağın altında məramınca yaşa,
    Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
    Sənin öz bayrağının kölgəsi cənnətdi sənə,
    Günəş hər gün doğur ancaq içimizdən Vətənə.

    Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
    Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
    Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
    Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni.

    Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
    Tapmar haqqa və insanlığa haqqdan doğulan.
    Bəşərin dərdini öz dərdi bilib millətimiz.
    Bizim öz niyyətimizdən doğub hürriyyətimiz.
    Gecələr yatmadan əvvəl sor özündən ki:
    “Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”

    Tövsiyə edirik × +

    Yorumlar

    Bu blogdaki popüler yayınlar

    Yuxuda qonaqliq gormek nedir

    Yuxuda ezgil yemek nedir

    Yuxuda ev yandigini gormek nedir