Bitki terkibli derman cinsi elaqe
Bitki terkibli derman cinsi elaqe
Mətbəxinizdə olan bir çox bitkilərin sağlamlığınıza xeyrindən başqa cinsi gücü artırdığını da bilirdiniz? Bu şəfalı bitkilər stress səbəbindən cinsi istəksizlik yaşayanların da dadına çatır.
Milli.Az lent.az-a istinadən cinsi gücü artıran bitki və bitki çayları haqqında maraqlı məlumatı təqdim edir.
Lavanda
sadəcə gözəl ətirli bitki deyil, həm də cinsi gücü artırır. Salat və yemək souslarına əlavə edilən bir neçə damcı lavanda seks həyatını gücləndirir.
Bitki çayları
bitki çayları qan dövranını sürətləndirir, ehtiras və həyəcanlarda artım yaradır. Enerji səviyyəsini artıran bitki çayları seks həyatını canladırır.
Jenşen
min illərdir Çində dərman istehsalında istifadə edilən jenşen hormonal sistemi stimullaşdırır, tez yaşlanma müddətini yavaşladır və güc verir.
Razyana
məlum olan ən köhnə afrodizyaklardan olan razyanadan hər gün bir dilim qəbul edilməsi cinsi gücü artırır. Razyananın toxumlarından çay da dəmləyərək içmək olar.
Qərənfil dənəsi
təbii afrodizyakların ən güclülərindən biri olan qərənfil dənəsi yorğunluğa da yaxşı təsir edir və qarşısını alır.
Xaşxaş toxumu
cinsi performansı artırır.
Polen tozcuğu
son illər afrodizyak olaraq istifadə edilən polenin tərkibində məlum miqdarda testosteron və digər cinsiyyət hormonları aşkarlanıb. Bundan başqa, içərisində bir çox vitamin, mineral və amin turşusu var.
Zəncəfil
yüz illərdir hissləri oyandırmaq üçün hazırlanan içkilərin qarışığında istifadə edilən zəncəfil insanda daha çox alovlu duyğular yaradır. Qanı sulandıran dərman istifadə edənlərin diqqətli olması lazımdır. Bundan başqa, həddən artıq istifadə edildikdə bağırsaqlarda narahatlıq yarada bilər. Yeməklərdə ədviyyat kimi istifadə edilə bilər. Balla da qarışdırılıb yemək olar. Bir həftə və ya 10 günə qədər istifadə edilməlidir.
Darçın
iştah açıcıdır. Əsəblərə rahatlıq verən qoxuya malikdir. Köpü azaldan və antiseptik xüsusiyyətləri də var. Afrodizyak olaraq da istifadə oluna bilər. Qışda içilən bitki çaylarına əlavə edilə bilər. Darçın yağının qoxusu xoş iyləndiyi üçün masaj yağı kimi də yararlıdır.
Xardal
cinsi vəzlərin funskiyasını sürətləndirir.
Yasəmən
Likorlara gözəl ətir verən yasəmən çiçəyi həm də təsirli bir oyandırıcı gücə malikdir.
Süsən
süsən kökü tozu həm qadın, həm də kişi üçün güclü bir afrodizyakdır.
Biyan kökü
biyan kökündən əldə edilən toz mineral su ilə qarışdırılarsa, qadınlar üçün çox təsirli bir afrodizyak halına gəlir.
Vanil
mərkəzi sinir sisteminə təsir edərək, ətri ilə oyandırıcı təsir yaradır.
Araqula
Bol dəmir və C vitamini tərkibli olan araqula qırmızı qan hüceyrələri üçün çox yaxşı təsirə malikdir. Bundan başqa, cinsi gücü də artırır.
Cəfəri
yeməklərə ləzzətli dad qatan cəfəri cinsi həyata da ləzzət qatır.
Kəklikotu
güclü təsirlərə malik olan kəklikotu xüsusən də kişilərdə oyandırıcı təsirə malikdir.
Arı südü
cinsi vəzləri inkişaf etdirən arı südünün təsirləri qısa zamanda özünü göstərir.
Yorumlar
Yorum Gönder