Yuxuda qara pişik görmək nedir

yuxuda qara pişik görmək

Yuxuda qara pişik görmək nedir

Müsəlman inanclarına görə, pişik öldürməyin günahı çoxdur və pişik öldürən günahını yumaq üçün yeddi məscid inşa etdirsə də, bağışlanılmaz. Deyilənlərə görə, müsəlmanların pişiyə xüsusi qayğı ilə yanaşmalarının bir səbəbi də Məhəmməd Peyğəmbərin (s) bu heyvanı sevməsi olub.

Hətta belə bir rəvayət də var: "Dincini almaq üçün oturan Peyğəmbərin qucağına bir pişik dırmanır. Çuxasını çəkişdirir və üstündə yatır. Peyğəmbər tələsirmiş və heyvanın yatdığını görəndə onu oyatmağa qıymır, çuxasının bir tərəfini, üstündə pişik yatan hissəni kəsir və pişiyi tumarlayır". Elə o vaxtdan da pişiklər İslam inancında qutsal hesab edilir.

mlardan birinin evində qara bir pişik vardı. Olduqca ağıllı və sakit bir heyvan idi. 3 dənə balaca qaraca balası da vardı. Evin böyüyünün bel ağrısından şikayəti vardı. Tez-tez beli tutular, yeriməyə belə çətinlik çəkərdi. Uzaq qohumlardan olan yaşlı bir nənə həmin adama qara pişiklə təmasda olmağı, tumarlamağı tapşırdı. Nə vaxt ki beli ağrıdı, pişik bunu hiss edirdi, ev sahibinin belinə dırmanırdı. Ağrıyan nöqtəni tapıb üstündə otururdu. Cox maraqlıdır ki, bir neçə dəqiqədən sonra ağrı sakitləşirdi və pişik sakitcə qalxıb yerə enirdi.

İndiki kimi yadımdadır, mən balaca olanda nənəm bir yerə getmək üçün evdən çıxanda geri dönüb bir az gözləyər, sonra yenidən çıxardı, ya da həmin gün səfərini təxirə salardı. Belə hadisə dəfələrlə olmuşdu. Səbəbini soranda da "uğuruma qara pişik çıxdı" deyərdi. Maraqlıdır ki, digər nənəmin həyət-bacası həmişə pişiklərlə dolu olardı, çoxusu da qara pişik, amma heç vaxt bədbəxt bir hadisə olmazdı...

Yorum Gönderme

0 Yorumlar