Yuxuda gul ekmek

Baca juga:


    Yuxuda gul ekmek
    Yuxuda gul ekmek


    Yuxuda Gül Toplamaq


    Yuxuda gül yığmaq qazanca, qismətə, ruziyə və mala dəlalət edərkən eyni zamanda xoşbəxtlik mənasını verər.



    Yuxuda Gül Ağacı Görmək


    Yuxuda gül ağacı görmək, bir hüznün və ya çətinliyin dərhal arxasından yaşanacaq olan sevincə dəlalət edər.



    Yuxuda Solmuş Gül Görmək


    Yuxuda solmuş gül görmək uzaq yola, uzun məsafəyə, soyuqluğa və ya ayrılığa dəlalət edər. Yuxuda solmuş güllər görən adamın yuxusu könül bağı olan biriylə arasındakı uzaqlaşmağa və ya ayrılığa işarə edər.



    Yuxuda Gül qoxlamaq


    Yuxuda gül qoxladığını görmək xeyirli olacaq könül işinə işarə edər. Yuxusunda gül qoxladığını görən yuxu sahibi, xeyirli bir qismətlə qarşılaşacaq və gözəl bir könül əlaqəsinə addım atacaq deməkdir.



    Yuxuda Gül Toplamaq


    Yuxuda gül yığmaq yuxu sahibi üçün çox yaxşıdır. Çünki gül yığmaq sağlamlığa, nuşicanda olmağa, ağız dadına, xoşbəxtliyə, dincliyə və uzun bir ömrə dəlalət edər. Ayrıca adamın ruzisinin də heç əskik olmayacağı mənasını verər. Yuxuda gül yığdığını görən adam əslində ruzisini yığır deməkdir.



    Yuxuda gül görmək gözəl şeylərə şərh olunar. Yuxuda görülən gül illərdir uzaqda olan və xəbər alına bilməyən bir adamdan xəbər almaq və ya onunla bir araya gəlmək mənasını verər. Eyni zamanda gözəl əxlaqlı, ağır başlı və əfəndi bir adama dəlalət edər. Subay bir qız əgər hələ tumurcuq olan bir gülü qoparsa bu o qız üçün nigah mənasını verər. Bir kişi, yuxusunda bağçasında güllər olan bir evi olduğunu görsə bu o adamın peşəsində çox müvəffəqiyyətli olacağına və ən yüksək mövqeyə qədər çıxacağına dəlalət edər. Yuxuda daha tumurcuq olan gülü görmək, körpə gözləyən bir qadın üçün yaxşı deyil. Bu yuxu qadının körpəsini itirəcəyi mənasını verər. Yuxuda görülən gül kimi zamanda şansın ya da fürsətin adamın ayağına qədər gəlmişkən qaçırılmasına yozular.



    Yuxuda gül dəstəsi bağlamaq üçün gül dərmək, real həyatda bilik və dünyanı dərk etməyə başladığınızdan xəbər verir. Hədiyyə edilən güllərin tikanının əlinizi sancması ayıqlıqda yaxın və ya sevdiyiniz adamın xəyanəti üzündən ağır mənəvi və ürək ağrısı hiss etdiyiniz deməkdir. Bağınızda kiminsə gülləri tapdalaması o deməkdir ki, düşmənləriniz sizin lazımi məlumatı ala bilməməniz üçün mümkün olan hər şeyi edirlər. Evinizdə çoxlu sayda otaq gülıləri görmək hisslərin gizliliyindən xəbər verir. Yuxuda qeyri-adi dərəcədə gözəl güllərin olduğu gözəl bağ, onların möcüzəli iiyndə nəfəs aldığınızı görmək ayhıqlıqda qeyri-adi, romantik görüş vəd edir. Solmuş güllər sağlamlıqla bağlı problemlərdən və ayrılıqdan xəbər verir. Bağınızda gül əkdiyinizi görmək ayıqlıqda nəcib və müdrik iş tutuduğuna işarədir. Pərəstişkarlarınızın sizi demək oalr, güllərə qərq etməsi ayıqlıqda mənəvi tənhalığınızın hələ bir müddət davam edəcəyiknə işarədir. Sizin yüksək iddialarınız hər halda yerinə yetməmiş qalacaq. Yuxuda özünüzə çöl güllərindən əklil düzəltdiyinizi görmək yaxın vaxtlarda öz sevginizə qovuşacağınızdan və xoşbəxt ailə quracağınızdan xəbər verir. Dibçəkdə gül hədiyyə almaq ölmüş adam barədə məlumat alacağınıza işarədir.

    Yorum Gönderme

    Яндекс.Метрика