Yuxuda


YUXU YOZMALARI

Yuxuda

Yuxuda

Yuxuda ŞABALID

Xeyrə yozulmur. Röya sahibini, ya da yaxın bir adamının səhhəti üzücü bir şəkildə pozulacaqdır.

Yuxuda ŞAİR

Röyada şair görmək-sözlərini bir-birinə qarışdıran, dini yasaqlara uymayan, xeyirxahlıqdan qaçan və yalançı olan bir adama işarə sayılır. Başqa yozumlara görə, yuxuda şair-zinakarlığı, içkiyə qurşanmağı, boynundakı borcları ödəməməyi də ifadə edir.
Röyasında şair olduğunu görən adam alim və böyük bir rütbə sahibi olur. Şair, eyni zamanda, görmədiyi, eləmədiyi bir işi söyləyən adama da yozula bilir.

Yuxuda ŞAGİRD (tələbə)

Xoşbəxtlik və sevincə işarə sayılır.

Yuxuda ŞAL

Röyada şal görmək-yaxın günlərdə bir torpaq sahəsinə, yaxud bir tarlaya sahib olacağınıza işarədir.

Yuxuda ŞAM

Röyada yanan şam görmək-işlərinizdə və hərəkətlərinizdə çox ehtiyatlı və ayıq olduğunuza işarədir.
Sönmüş şam-dostalrınız nəzərində etibarınız bir qədər sarsılacaqdır. Ticarət adamısınızsa-asanlıqla kredit əldə edə bilməyəcəksiniz.
Şam almaq-dini inanclarınızın bütövlüyünə yozulur.
Şam satmaq-az miqdarda pul itgisinə işarə sayılır.

Yuxuda ŞAM AĞACI

Həm Şərq, həm də Qərb yozucuları tərəfindən geniş miqyasda açıqlanır. Şam ağacı murad, niyyət rəmzidir. Yuxuda şam ağacı görən xəstələr az müddət içində sağalıb ayağa duracaqdır.
Şamlıq-aşıb-daşan bolluğa, yaxşı gəlirə, var-dövlətə yozulur.

Yuxuda ŞAMDAN

Röyada şamdan-gənc qızlar üçün evlənməyə; evlilər üçün isə gözəl bir oğlan uşağının doğulacağına yozulur.

Yuxuda ŞAMPAN ŞƏRABI

Röyada şampan şərabı içdiyini görən adam gərək ehtiraslarını cilovlasın.

Yuxuda ŞAPALAQ

Röyada birisinə şapalaq vurmaq-günahsız və ya cinayət işləməmiş bir adama ediləcək zülmə işarədir.
Şapalaq vurmaq-işdə uğur qazanacaqsınız.
Şapalq yemək-məğlubiyyət anlamındadır.

Yuxuda ŞAPQA

Röyada şapqa satın alımaq-bir nəfərin yardımı ilə işləriniz asanlaşacaq və uğurlu olacaqdır, bununla da qazancınız artacaq, yeni bir işə girişəcəksiniz. Başında yeni bir şapqa olduğunu görmək-gəlirli birişə girişəcəyinizə işarədir. Görülən şapqa köhnə və nimdaş olarsa, pul təklifi alacaqsınız. Başqası tərəfindən şapqa hədiyyə edilməsi-bir məqama yetişəcəyinizdən xəbər verir.

Yuxuda ŞARLATAN (fırıldaqçı)

Yuxuda şarlatan bir adamla qarşılaşmaq-düşmənlərinizin sizi yıxmaq üçün zəif yerinizi axtarmaqda olduğuna yozulur.

Yuxuda ŞAFTALI

Röyada dadlı şaftalı yediyini görən adamın şəhvət və arzusu həyata keçəcək. Kal və acı şaftalı yemək-qorxuya işarədir. Şaftalı ağacı-zəngin, böyük, igid, xalqa yardım edən, sıxıntı anında səbatkar bir adamı ifadə edir.
Yuxuda şaftalı yemək, eyni zamanda, pis xəbərlər anlamına da uyğun gəlir.

Yuxuda ŞAH

İşlərinizdə uğur qazanacağınıza, ya da evliliyə işarədir.

Yuxuda ŞAHİD

Bir kimsənin yuxuda şahidlik etməsi-haqq bildiyi bir işin açıqlanmasına və çox şübhələrin ortadan qalxmasına çalışan xeyirxah bir insana yozulur.

Yuxuda ŞAHİN

Yuxuda şahin quşu-vəfası olmayan sərt bir valiyə yozulur.
Röyada şahin olduğunu görən adam bir vilayətə vali olacaq, lakin onun bu vəzifəsi uzun sürməyəcəkdir.

Yuxuda ŞAHMAT

Yuxuda şahmat oynamaq-işlərinizi hissiyyatla deyil zəkayla, ağılla həll etməyə çalışmalısınız.

Yuxuda ŞAŞIRMAQ

Röyada heyrətə düşüb şaşırmaq-qəflət, sapıqlıq və inkar anlamındadır.
Qibləni şaşırmaq-ibadətdə iradəsizliyi ifadə edir.

Yuxuda ŞEYTAN (cin)

Röyada şeytan-hiyləgər, həris, etinasız bir düşmən, bəzən də, yalan və şəhvət anlamındadır.
Yuxuda şeytan görən adam kafir, aravuran, qısqanc və paxıl adamdır.
Şeytandan qorxduğunu görən adam Allahın nəzərində yaxşı üzüyola bir quldur.
Şeytan, bəzən də, sözü üzə deməyən, adamın arxasınca danışan, dedi-qodu, bədniyyət kimsələrə işarə sayılır.
Röyada şeytan olduğunu görən kimsə insanlara əziyyət verən və bundan zövq alan bir adamdır. Bu yuxu-dinindən dönməyə, yolunu azmağa da yozulur.

Yuxuda ŞER

Röyada şer yazmaq-işgüzar və eyni zamanda, macərapərəst bir adam olduğunuza işarədir.
Kitabdan şer oxumaq-işlərinizi planlı şəkildə qura bilsəniz, uğurlarınız artacaqdır.

Yuxuda ŞƏKƏR

Yuxuda şəkər yemək-şadlığa, sevincə, asan və rahat bir güzərana yozulur.

Yuxuda ŞƏKƏR QAMIŞI

Yuxuda şəkər qamışı-xoş xəbər alacağınıza, bir dostunuzun önəmli bir əməliyyatdan sağ-salamat qurtulacağına və əlinizə bol miqdarda maddi imkan keçəcəyinə işarə sayılır.
Şəkər çuğunduru da eyni yozumla açıqlanır.

Yuxuda ŞƏKK-ŞÜBHƏ

Röyada şəriətə, yaxud Allahın kəlamına şəkk etmək-nifaq və hiyləyə, o adamın ikiüzlü və böhtançı olmasına işarə sayılır.

Yuxuda ŞƏLALƏ

Röyada şəlaləyə baxmaq və suyun çırıltısından zövq almaq-röya sahibinin gələcəyini etkiləyəcək önəmli bir qarşılaşmaya işarədir.
Şəlalənin üstündən adlayıb keçmək-qarşıya çıxacaq hər bir əngəli dəf edə biləcəyinizə yozulur.
Şəlalə, eyni zamanda, mövqe sahibi olan bir nəfərin yardımıyla yüksəlməyi də ifadə edir.

Yuxuda ŞƏRAB

Yuxuda dost-yoldaşla bərabər şərab içdiyini, əyləndiyini görən adamın həyatında ani bir dəyişiklik olacaq və bu, ona var-dövlət, sərvət bəxş edəcəkdir.
Təkbaşına içki içmək-röya sahibini əsəbləşdirib üzəcək bir xəbərə yozulur.
Hədiyyə olaraq şərab almaq və ya şərab hədiyyə etmək-kiçicik bir pul qazancına və bəxtə; şərab almaq, yaxud satmaq isə-ciddi bir qovğaya işarə sayılır.

Yuxuda ŞƏRAB ANBARI

Röyada şərab anbarında olduğunu görmək-sevinəcəksiniz deməkdir. Şərab anbarını boş görmək-sıxıntıya işarədir.
Boş şərab anbarından çıxmaq-həbsdə olanların azadlığa çıxacağına; hamilə qadınların isə doğuşunun asan keçəcəyinə yozulur.

Yuxuda ŞƏRAB ÇƏLLƏYİ

Röyada dolu şərab çəlləyi görmək-bütün kədər və ələmlərinizi unudacaqsınız.
İçi su ilə dolu şərab çəlləyi-səbirli və iradəli olmanız sayəsindəarzularınıza qovuşacaqsınız.

Yuxuda ŞƏRBƏT

Yuxuda görülən şərbətin rəngi sarı olarsa-xəsətlik əlamətidir. Gül, bal, gilənar, nar, üzüm və s.meyvələrin şərbətini içmək-sağlamj bədənə malik olduğunuzu göstərir, yaxud da zərərli meyllərdən çəkingən olduğunuza işarə sayılır.

Yuxuda ŞƏRBƏT SATAN

Röyada şərbət satan görmək-bəxtiyarlığa, sevincə, var-dövlətə və ya yüksək mövqeyə qovuşacağınıza dəlildir.

Yuxuda ŞƏRQİ

Röyada sevdiyiniz qızın pəncərəsi önündə şərqi oxumaq-böyük bir sevincdən sonra qəm-kədərə işarə sayılır.

Yuxuda ŞƏFƏQ (dan yeri)

Şəfəqin söküldüyünü görmək-fərəhə, xoşbəxtliyə yozulur.

Yuxuda ŞƏHVƏT

Suç və qüsura yozulur.

Yuxuda ŞƏHƏR

Röyada bir şəhərə girdiyini görən kimsə qorxduğu şeydən əmin olar.
Bir şəhərə girmək və onu dağılmış görmək-alimlərin, bilginlərin yoxluğuna işarədir.
Gözəl, yaraşıqlı, abad şəhər görmək-gözləmədiyiniz bir yerdən ruzi, var-dövlət əldə edəcəksiniz.
Yuxuda şəhər-əmin-amanlığı, dostlarla görüşməyi, dünya işlərinə maraq göstərməyi ifadə edir.
Gözəl adı olan şəhər görmək-xeyirxahlığa, xoş xəbərlərə yozulur.
Tanımadığınız bir şəhərə girmək-arzunuza çatacaq, ya da bir yerə vali olacaqsınız.

Yuxuda ŞƏHİD

Yuxuda bir şəhidi diri olaraq görmək-o şəhidin getdiyi yolun gözəl olduğuna yozulur. Şəhidi diri görmək, eyni zamanda, o kimsənin Cənabi-haqqa yaxınlığına işarədir.

Yuxuda ŞİKAYƏT

Röyada birisini şikayət edən görmək-yuxu sahibi hər hansı bir sıxıntıya düşə bilər.

Yuxuda ŞİKƏSTLİK (əlillik)

Röyada insanın özünü bir səra xəstəlik və sakatlıqlarla şikəst və zəlil görməsi-sıxıntıya və bəlaya yozulur. Bu xəstəlik və müsibətlərə yuxuda səbrlə dözdüyünü göən adam əzablardan, iztirabdan qurtular. Röyada özünü kor olmuş və ya gözünün birini itirmiş görmək-səfalətə; ayağı sınmaq-fəqirliyə işarədir.

Yuxuda ŞİMŞƏK

Röyada rüzgarlı, yağmurlu bir havada şimşək çaxdığını görmək-qazancınız, gəliriniz artacaqdır.
Bir-birinin ardınca sürəkli şimşək çaxması-evinizdə bolluq və bərəkət olacağına, məmləkətinizdə xalqın bolluq və bərəkət içində yaşayacağına işarədir.
Evin şimşək işığı ilə aydınlandığını görmək-ailə səadətinə, şadlığa, sevincə yozulur.
Bəzi yozumlara görə, yuxuda şimşək çaxması-şiddətli bir qorxuya tutulmaq kimi də açıqlanır.

Yuxuda ŞİRƏ

Röyada şirə içmək-elmə, mərifətə, şöhrətə, uzun ömrə, dini bütövlüyə və ya ibadətə yozulur (Yuxuda şirə içmək də şərbət içmək kimi yozulur).

Yuxuda ŞİRKƏT

Röyada şirkət qurmaq-fərəhə, sevincə yozulur.
Özündən yüksək və sərvətli bir kimsə ilə ortaqlı şirkət açmaq-ədalətə, insafa, şərikli işdə səmimiyyətə və sözübütövlüyə işarədir.
Tanış bir adamla şərikli şirkət açmaq-bir-birinizə qarşı ədalətli və insaflı olacaqsınız deməkdir.

Yuxuda ŞİRNİYYAT SATICISI

Röyada görülən şirniyyat satıcısı gözəl və xeyirxah bir adamdır. Gümüş pula şirniyyat satan adam xalqala xoş davarnır və xalq da onu sevir.

Yuxuda ŞİFRƏ

Röyada şifrə açmaq-arzu və istəklərinizin həyata keçəcəyinə yozulur.

Yuxuda ŞİŞ

Yuxuda kabab çəkilən şiş görmək-xeyrə əlamətdir, xoş güzərana, rahat yaşayışa yozulur.
Dəmir şiş-evin, ailənin bütün qayğılarını çəkən ailə başçısına işarə sayılır.

Yuxuda ŞİŞ (fır)

İşlərinizdə ciddi bir əngəl çıxacağına işarədir.

Yuxuda ŞIQLIQ (zövqlə geyinmək)

Yuxuda şıq geyinmiş zərif gənc bir qadın və ya qız görmək-bəxtiniz açılacaq sevinəcəksiniz.

Yuxuda ŞLANQ

Yuxuda su şlanqı görmək-əgər şlanqdan su axırsa, qazanclı işlərə girişəcəyinizi göstərir.
Quru (susuz) şlanq-qazancınız azalacaq.
Deşik şlanq-varınızın və pulunuzun bala-bala aşırılmaqda, tükənməkdə olduğuna işarədir.

Yuxuda ŞORBA

Röyada şorba içmək-aylığınızın artacağına, son zamanlar girişmiş olduğunuz işin yaxşı nəticələr verəcəyinə yozulur.

Yuxuda ŞÖVQ (həvəs)

Röyada şövq, coşqunluq, əyləncə-sıxıntıya, qəm-qüssəyə işarə sayılır. Eyni zamanda, pis xəbərlərə, ağır xəstəliyə, xalqı içkiyə və zinakarlığa təşviq etməyə yozulur.
Bu röya, başqa yozumlara görə, Allah yoluna dönmək, günahlardan tövbə etmək kimi də açıqlanır.

Yuxuda ŞÖHRƏT

Bir kimsənin yuxusunda birdən-birə şöhrətə çatdığını görməsi-həyatda yalnış və xətalı bir yolda olduğunuz və dərhal o yoldan çəkinməyin gərəkliyini göstərir. Qadınlar üçün bu röya-onların çox önəmli bir mövqeyə yüksələcəyinə yozulur. Gərək qohum-qardaşın sözüylə bu fürsəti əldən verməsinlər.

Yuxuda ŞPRİS (iynə)

Röyada birisinə morfi iynəsi vurmaq və ya özünə iynə vuruulduğunu görmək-əhəmiyyətsiz bir xəstəliyə işarədir.

Yuxuda ŞÜBHƏLİ, QARIŞIQ RÖYALAR

Görülən qarışıq röyaları hər hansı bir kinkrek yozumla açıqlamaq olmur. Belə yuxuları yoza bilmək üçün röyanı bütün təfərrüatə və aydınlığıyla yada salmaq lazımdır.

Yuxuda ŞÜKÜR ETMƏK

Röyada şükür etmək-üzüntüdən, kədərdən qurtulmaq və gücə, var-dövlətə, xeyrə, bolluğa, ucuzluğa, səvaba nail olmaqdır.

Yuxuda ŞÜMŞAD AĞACI

Röyada şümşad ağacı və ya bu ağacdan hazırlanmış bir əşya görmək-bütün şətinliklərə və əngəllərə baxmayaraq, arzu və istəklərinizə çatacaqsınız.

Yuxuda ŞÜŞƏ

Röyada şüşə qırığı görmək-mənasız, əhəmiyyətsiz sıxıntıdan və qayğılardan üzüləcəksiniz.
Bu röya cavan oğlan üçün-sonu anlaşma ilə bitəcək bir məhkəmə işinə; orta yaşlılar üçün-əldə edilmiş razılığın pozulacağına; gənc qadın üçün-verdiyi sözə əməl etmədiyi üçün yaranacaq narazılığa; qırx və daha ratıq yaşlılar üçün-xidmətçi və ya qonşuyla üz verəcək narazılığa, anlaşılmazlığa yozulur.
Şüşəni yuxu göənin özü qırarsa, bu, onun həyatında çox mühüm bir durumun yetişdiyinə işarədir.
Şüşə qab-sevincə və şərəfə; qırılmış şüşə qab-qəmə, qyğıya əlamət sayılır.

on 1/06/2020 | | A comment?
0 responses to “Yuxuda”

Leave a Reply