Yuxuda

    Yuxuda




    YUXU YOZMALARI

    Yuxuda

    Yuxuda Padişah 

     Röyada padişah görmək ən xeyirli yuxulardan sayılır. Subaysınızsa – xoşbəxt ailə quracaqsiniz, evlisinizsə – yaşayışınız, güzaranınız son dərəcə gözəl və ürəkaçan olacaqdır.

    Yuxuda Pazı(Çuğundur) yarpağı 

    xeyirli ruzi anlamindadır. Təmizləmədən bu pencəri yemək – borca və şübhəli şeylərə, yaxud da taleyin dönməsinə; qadın üçün – heysiyyət və şərəfinə toxunan sözlərə işarədir.

    Yuxuda Paya(Dirək) 

     Bu röya heç gözləmədiyiniz birisinin haqqınızda dedi-qodu yaydığını və sizə quyu qazdığını göstərir.

    Yuxuda Payız şumu 

    Röyada payız şumuna qoyulmuş torpaq görmək – istəklərinizin gerçəkləşməsi üçün bir az da gözləməyiniz gərəkdir.

    Yuxuda Payızgülü(Xrizantema) 

    Röyada payızgülü görmək – bir sevgi məsələsi ilə qarşı-qarşıya qalacaqsınız.

    Yuxuda Paket(Torba) 

    Alış-veriş üçün istifadə olunan paket – ibrətverici bir təcrübəyə işarədir. Paket almaq – cavan oğlan üçün bu röya alacağı bir məktubdan və ya xəbərdən üzüləcəyinə, sıxıntı çəkəcəyinə; Yaşlı adam üçün – heç də güvənilməyən bir dosta, yodaşa; Gənc qadın üçün – ürəkaçan bir sürprizə; Yaşlı qadın üçün – girişdiyi bir işdən uğur qazanacağına və bu uğurdan başqalarının da faydalana biləcəyinə yozulur.

    Yuxuda Palan 

    Etibar qazanacağınıza, lakin əlinizdən xeyli pul çıxacağına işarədir.

    Yuxuda Palıd ağacı 

     acı xəbərə yozulur. Yuxuda palıd ağacı görmək və ya kölgəsində oturub dincəlmək – cavan oğlanın uğur qazana bilməsi üçün var gücü ilə çalışmasını; daha yaşlı adam üçün – yaxın bir yoldaşının ondan yardım istəyəcəyini; Dul qadın üçün – özündən çox yaşlı bir adama evlənəcəyini; Evli qadın üçün – çətin bir işdə uğur qazanacağını xəbər verir.

    Yuxuda Palıd qozası 

     cavan oğlanın röyada palıd qozası topladığını görməsi – sonu bir şübhəli bir işdə uğur qazanacaqdır. Röya sahibi yaşlıdırsa – az maaşlı bir işi qəbul edəcəkdir. Gənc qadın üçün bu röya – yaxşı bəxtə; yaşlı qadın üçün – qazanacağı uğurdan başqalarının da istifadə edəcəyinə yozulur.

    Yuxuda Palma 

     faydalı bir dəniz səfərinə çıxacaqsınız.

    Yuxuda Paltar 

    röyada təzə paltar geymək – iş həyatınızda hamıdan əlverişli və üstün vəziyyətdə olduğunuza yozulur. Pis və cırıq-cındır paltar geymək – yoxsullaşacaq və mövqeyinizi itirəcəksiz; Şık və qəşəng geyimdə küçəyə çıxmaq, yaxud rəsmi yerə getmək – yaxınlarda var-yoxunuzu itirəcəksiniz. Pul sıxıntısı üzündən paltar satmaq – kasıb üçün xeyirə; varlı üçün kədər və can sıxıntısına, mal və pul itkisinə yozulur. Zərif və incə geyimli xanımlar görmək – yaxınlarda bir toyda olacaq, yaxud evlənəcəksiniz (nişanlanacaqsınız). Gənc qızların və ya qadınların özlərinin kişi geyimində görməsi – sevindirici bir xəbərə işarə sayılır.

    Yuxuda Paltar dolabı 

     qohumlardan biriylə umu-küsüyə, münaqişəyə işarədir.

    Yuxuda Paltar yumaq 

    pis xəbərə işarə sayılır.

    Yuxuda Paltar təmizləyən 

    varlı birisiylə evlənməyə işarədir. Əgər röya sahibi evlidirsə – gözləmədiyi bir yerdən xeyli pul alacaqdır.

    Yuxuda Paltar asılan 

     subay qızlar üçün – qismət, cavan oğlanlar üçün – sıxıntı kimi yozulur.

    Yuxuda Palto 

     röyada palto geymək – yaxşı bir mövqe sahibi olacaqsınız.

    Yuxuda Pambıq 

     bəmbəyaz pambıq görmək – fərəhə, sevincə işarədir.

     YuxudaPansionat 

     səyahətə və səfərə yozulur.

    Yuxuda Pantolon (şalvar) 

     yuxuda qara rəngli pantolon geymək – xətirli və mötəbər adamlar üçün xeyirli röya hesab edilir. Köhnə və yırtıq pantolon geymək – tasaya, kədərə; ipək və yun pantolon – xeyirə yozulur.

    Yuxuda Papa (roma papası) 

     röyada Papanı görmək – ailədaxili bir məsələdə şübhə altına alıcanaqsınız. Papa ilə danışıb söhbət etmək – sonu şübhəli bir işə atılacaqsınız. Papa ilə ayində, dini mərasimdə olmaq – yaxınlarınızdan birinin vəfat edəcəyinə işarədir. Papaya bir şey vermək – xristiana çox dəyərli bir yardımda bulunmağa yozulur. Özünü Papa olmuş görmək – böyük bir fəlakət anlamına gəlir.

    Yuxuda Papaz (keşiş) 

     günah işləməyə və pisliyə işarədir.

    Yuxuda Parik 

     röyada parik görmək – başqalarının da fikir və tövsiyyələrini qiymətləndirə bilsəniz, həyatda uğur qazanacaqsınız.

    Yuxuda Park 

    yuxuda yamyaşıl və gözəl bir parkda gəzib-dolaşmaq – əyləncəli bir istirahət gözləyir sizi.

    Yuxuda Parlament 

     röyada parlament binasını görmək – dövlət qapısında önəmli bir işinizin həll ediləcəyinə yozulur.

    Yuxuda Parça taciri 

     özünü bir parça mağazasında görmək – kişilər üçün bu yuxu uğurlu bir ticarətə; qadınlar üçün – əyləncəyə yozulur.

    Yuxuda Parçalamaq 

    röyada bir adamın dəli kimi üst-başını parçalaması – bir başqası ona qarşı etirazda bulunacaq və ya röya sahibi bir işdə töhmətləndiriləcək, şübhə altına alınacaqdır.

    Yuxuda Pasport 

     xarici bir ölkəyə getmək üçün röyada pasport almağa çalışmaq – işlərinizdə bir sıra əngəllər çıxacaqdır.

    Yuxuda Pasta (diş pastası) 

     xəstəlikdən şəfa bulunmağa və nəslin çoxluğu anlamına gəlir. Ot, çiçək və taxıldan çəkilən yağ və pastalar da, eyni şəkildə yozulur.

    Yuxuda Patriarx 

    xeyirə yozulmur, xəstəliyə də işarədir.

    Yuxuda Patriarxiya 

    bir fəlakət xəbəri olaraq yozulur.

    Yuxuda Paxla 

     yuxuda təzə paxla yemək – düşmən əhatəsində olduğunuza işarədir. Quru paxla yemək – könlünüzü saran kədər və istirablardan qurtulacaqsınız.

    Yuxuda Paxlava 

     paxlava bişirmək – həyatınızı çox çalışmaqla və minbir məşəqqətlə qazanacağınıza işarədir. Paxlava yemək – mal-dövlət və ya pulunuz əldən gedəcəkdir.

    Yuxuda Paşa (hərbi və mülki titul) 

    röyada hərbi mündirdə bir Osmanlı paşası görmək – şan-şərəf, mövqe və etibar işarəsi olaraq yozulur.

    Yuxuda Peyğəmbər çiçəyi 

     umduğunuz, istədiyiniz nə varsa, nail olcaqsınız.

    Yuxuda Pendir 

     röyada pendir yemək – işdə aldadılmağa işarədir. Bazardan pendir almaq – kişilər üçün bu röya – ticarətdə böyük və zəhmətsiz qazanca; subaylar üçün – zəngin bir qadınla evlənməyə; ərə getməmiş qadın üçün – xaricdə vəzifəli bir adamla birləşməyə; evli və uşaqlı qadın üçün – mirasa qovuşmağa yozulur.

    Yuxuda Pəmbə (çəhrayı) rəng 

     bəzi gərəksiz xəyallarla məşğulsunuz.

    Yuxuda Pəncə (caynaq) 

     röyada pəncə görmək – qüvvətə, rahat yaşayışa işarədir. Qartal caynağı – həyatda böyük bir uğur qazanacaqsınız.

    Yuxuda Pəncərə 

    yuxuda pəncərə görmək – röya sahibi bir vara, mülkə nail olacaq, ucalığa və xoşbəxtliyə çatacaqdır. Röyanı görən sıxıntı və qatğı içindədirsə, bu qayğılardan qurtulacaq, xəstədirsə – yaxşılaşacaq, subaydırsa – evlənəcək və gözəl bir qızla məsud ailə həyatı quracaqdır.

    Yuxuda Pəncərə qapağı (taxta örtük) 

     bəzi yeni sirlər kəşf edəcək və öyrəndiklərinizdən ağıllı şəkildə istifadə edə biləcəksiniz.

    Yuxuda Pərvanə 

    səbirsizliyə yozulur.

    Yuxuda Pərdə 

    röyada pərdə ilə sıx-sıx örtülmüş pəncərə görən adam yaxın günlərdə həyati sirlə, müəmmayla dolu bir nəfərlə yaxından tanış olub sıx əlaqə yaradacaq, lakin bu tanışlıq çox böyük üzüntüyə və qəmə-qayğıya səbəb olacaqdır.

    Yuxuda Pəri (mələk) 

     röyada pərilər, mələklər diyarında olmaq, rəqs edən, əylənən pəriləri görmək, yaxud da bir pəri ilə söhbətləşmək – röya sahibi gözləmədiyi halda olduqca önəmli bir sərvətə nail olacaqdır.

    Yuxuda Pərpərəng (bitki) 

     mədə və bağırsaq xəstəliyinə yozulur.

    Yuxuda Pəhlivan 

     yuxuda pəhlivan görmək – mənasız bir iş cəhdində bulunacaqsınız.

    Yuxuda Pivə 

     yuxuda pivə içmək – nişanlanacaq və tezliklə evlənəcəksiniz. Pivə almaq və ya bir yerdə çoxlu pivə şüşəsi görmək – var-dövlət sahibi olacaqsınız.

    Yuxuda Pijama 

     cansıxıcı bir xəbərə yozulur.

    Yuxuda Pipik (xoruz pipiyi) 

     ruzinizin və sərvətinizin çoxalacağına, hər hansı bir olay dolayısıyla sıxıntıya düçar olacağınıza işarə sayılır.

    Yuxuda Pislik etmək 

     röyada birisinə pislik öyrətdiyini görən adam öz dəstlarından birinə pislik edəcək.

    Yuxuda Pişik 

     evin qulluqçusuna işarədir. Bəzi yozucular pişiyi röya sahibinin evində olan oğru kimi də yozurlar. Dişi pişik – hiyləgər, pis qadını ifadə edir. Röyada miyoldaya-miyoldaya bir nəfərin ətrafında dolaşan və onu qorumağa çalışan pişik – o şəxsə həm zərəri, həm də faydası toxunan bir adama işarə sayılır. Erkək pişiyin yuxuda bir adamı cırmaqlaması, yaxud dişləməsi -o adam bir il xəstə yatar. Vəhşi çöl pişiyinin dişləməsi daha şiddətli xəstəliyə yozulur. Yuxuda pişik satmaq – ruziyə və faydaya; pişik əti yemək – sehrbazlıq sənətini öyrənməyə; pişiyə döndüyünü görmək – oğurluğa və yaşayışını gərəksiz işlərdən qoruya bilməyə; pişiyin evə girdiyini görmək – evə oğru girəcəyinə, lakin bir şey aparmayacağına işarədir. röyada bir pişiyin bir adamı cırmaqlaması, onun qanını axıtması, yaxud gözünü çıxarması – açıq bir düşməni ifadə edir.

    Yuxuda Platin 

     yuxuda platin görmək – bir dəli eşq əlamətidir.

    Yuxuda Plyaj 

    cinsi həyatınızıpn nəzarət altına almağın gərəkdiyinə yozulur.

    Yuxuda Plov 

     röyada plov görmək – indiyəcən iç üzü naməlum olan bir çox çətin və qarışıq məsələlərin açılıb, aydınlaşacağına işarə sayılır.

    Yuxuda Polis idarəsi 

    polislə ilgili röyalar başınıza bir bəla, dərd gələcəyinə işarə sayılır.

    Yuxuda Pomidor 

     yuxuda pomidor – sizi və ailənizi könülaçan, xoş işlərin gözlədiyinə işarə sayılır.

    Yuxuda Poni (at cinsi) 

    yuxuda alçaqboylu at cinsindən olan poni görmək – muradınıza çatacaq, ürəyinizcə səadətə qovuşub, çoxlu pul qazanacaqsınız. Həm özünüzün, həm yaxın adamlarınızın sağlamlığı və iş durumları fövqəladə dərəcədə düzələcəkdir. Röyada poniyə minmək – işinizdə ən yüksək mərtəbəyə yetişəcəksiniz deməkdir.
    Portağal – şad xəbərə və uğurlu eşqə yozulur.

    Yuxuda Poçtalyon 

     röyada poçtalyondan məktub almaq – kimsə röya sahibini lağa qoyacaqdır. Poçt qutusundan və ya əldən məktub almaq – yaxın günlərdə önəmli bir xəbər alacaqsınız. Yuxuda poçtalyonun sizə məktub olmadığını söyləməsi – çox önəmli bir sənədiniz itəcəkdir.

    Yuxuda Pul 

     röyada külçə halında pula sahib olmaq – əlinizə çoxlu pul keçəcəkdir. Pul itirmək – əlinizə bir qədər pul keçəcəkdir. Yerdən pul yığmaq – böyük çətinliklərlə qarşılaşacaqsınız. Qızıl pul görmək – zənginliyə, var-dövlətə yozulur. Qənaətlə pul yığmaq – hər hərəkətinizdə yetkin bir adam olduğunuzu göstərir. Pul saymaq – planlarınız və təsəvvürləriniz arzunuzca gerçəkləşə bilməyəcək, onlara yeni bir yön verməyiniz gərəkdir. Pul yatırmaq – röyada bir əmanət kassasına pul yatırtdığını görən adamın irəlidə rahat bir həyat gözləyir. Birisindən əmanət olaraq pul almaq – bir dostunuzu itirəcəyinizə işarədir. Pul cəriməsi ödəmək – həyatda kiçik bir irəliləyişiniz olacaq deməkdir. Pul daxılı -bu röya böyük miqdarda pul itkisinə işarə sayılır.

    Yuxuda Pusqu 

     röyada pusqu qurmaq – zalım bir adamın xəyanətinə və alçaqlığına məruz qalacaqsınız. Pusquya düşmək – açıqürəkli olduğunuzdan həyatda çox şey qazanacaqsınız.

    Yuxuda Püstə 

     röyada püstə yeyildiyini görmək – çox önəmli adamlar evinizi ziyarət edəcək və bir iş təklifi alacaqsınız.
    Tövsiyə edirik × +

    Yorumlar

    Bu blogdaki popüler yayınlar

    Yuxuda ezgil yemek nedir

    Yuxuda qonaqliq gormek nedir

    Yuxuda ev yandigini gormek nedir