Yuxuda



YUXU YOZMALARI

Yuxuda

Yuxuda

Yuxuda Nağıl 

röyada nağıl dinləmək bəzi xəyalların gerçəkləşə biləcəyinə yozulur.

Yuxuda  Naz

qəmzə – qız olsun, ya oğlan, röyada naz qəmzə satan adam eşqdə uğursuzluğa uğrayacaqdır.

Yuxuda  Nalbənd 

 yuxuda nalbənd görən adam səfər zamanı avtomobil qəzasına uğraya bilər.Röya sahibi özü maşın sürəndirsə, çox diqqətli olmalı, dilinə içki vurmamalıdır. Yoxsa özünü də yanında əyləşənləri də məhv edə bilər.

Yuxuda  Nalça (nal)

 qazanca və şad xəbərə işarə sayılır.

Yuxuda  Namaz qılmaq 

 röyada abdəst alıb, qaydasıyla üzü qibləyə namaz qılmaq, həccə getmək kimi haqq tərəfindən fərz olan bir şeyi ifadə edir, yaxud röya sahibi zalım bir adamdan aldığın malı və ya borcunu ödəyəcək, pis hərəkətlərdən, çirkin işlərdən kənar olacaq.
Fərz namazı qılmaq – öz yerini bilməyə və sözündə durmağa işarədir. İşsiz qalan işə girəcək, küsülü olan barışacaq. Röya sahibi imamdırsa, borca düşəcək. İmama inanandırsa, bir məsələ üzündən başqa bir adam uğrunda borca düşəcək.
Günorta namazı – qarşılıqlı köməyə, gizli bir şeyin aşkara çıxmasına, ehtiyac və istəklərin yerinə yetəcəyinə yozulur. Çünki namaz bir işi bitirmək, istənilən şeyi tamamlamaq şəklində yozulur.
Günorta namazını buludsuz və açıq havada qılmaq, röya sahibi işə başlayacaq və hamı bu işdə ona yardım edəcəkdir. O, ehtiyacı qədərincə, pula və ad sana qovuşacaqdır.Namaz buludlu və tutqun havada qılınmışsa, qayğılı və çıxıntılı xidmətə işarədir.
İkindi namazı- özünün və başqasının əvəzinə and aman etməyə və ya ölməyə, həlli vacib çətin bir işə yozulur. Namaz tamamlanmazsa, röya sahibinin işlərində çətinliklər olacaqdır.
Qürub namazını qilarkən günəş qeyb olmamışsa və ya batmamışsa, arzusunda olduğunuz bir işin artıq vaxtı keşmişdir. Röya sahibi namazını tamamlarsa, niyyət etdiyi işin vaxtı çatmış və niyyəti hasil olmuşdur deməkdir.
Axşam (yatsı) namazı – ömrün tamamına və ömrün tükənməsinə işarədir, belə ki istirahət vaxtı olduğundan, yuxuya və ya istirahətə çəkilmişdir. Anlamı ailənin məişətini təmin etməkdən ibarətdir.

Yuxuda  Namusa toxunmaq 

 röyada bir başqasının namusuna toxunduğunu görən adam yaxin vaxtlarda bir pisliyə məruz qalacaq və başına olmazın bəlalar gələcək.

Yuxuda  Nanə 

 xeyirə yozulmur, ölüm xəbərinə işarədir.

Yuxuda  Nar 

 yuxuda yetişmiş narları yığmaq iqtidarlı bir adamla bərabər sərvətə qovuşacaqsınız. Dəyməmiş nar- xəstəliyə, ələmə, kədərə dəlalətdir.

Yuxuda  Nar ağacı 

 halal mala yozulur.

Yuxuda  Nar dənəsi 

asanlıqla əldə edilən ruzidir.

Yuxuda  Natəmizlik (çirkab) 

 təmizliyə yozulur.

Yuxuda  Nafaka (aliment) 

 röyada nafaka görmək röya sahibinin maliyyə durumunun yaxşı olduğuna, əlindən çıxmış olan şeyin yenidən özünə qayıdacağına işarədir. Yuxuda malını məcburən sərf edildiyini və nafaka olaraq verildiyini görən adamın əcəli yaxın olar.

Yuxuda Naftalin 

röyada naftalin görmək böyüklərinizin birindən gözləmədiyiniz bir zamanda və gözləmədiyiniz miqdarda maddi yardım görəcəksiniz.

Yuxuda  Naxış 

 röyada naxış işləmək işlərinizdə uğur qazandığınız bir vaxtda eşq həyatınızda böyük bir uğursuzluğa uğrayacaqsınız. Başqa bir adamın naxış işlədiyini görmək başınıza gələcək bir olayın ucbatından milisə, polisə, məhkəmələrə, xəstəxanalara düşəcəksiniz.

Yuxuda Naxışlı dəsmal 

 röyada çəkili ( naxışlı ) dəsmal hazırlayan bir sənətçi görmək elmli bir kimsəyə və ya elçiyə, diplomata işarədir.
Nahiyyə müdiri – Bir nahiyyə müdirini yuxuda görmək dövlət dairələrində işlərinizin çətinləşəcəyinə işarədir.

Yuxuda Ney 

 yuxuda ney, tütək çalmaq oyuna əyləncəyə, fitnə fəsada işarədir.Bəzən də fərəhə sevincə yozulur. Ney çalmaq – röya sahibi oxumağı bacarırsa, qurani-kərimi oxumaqdan həzz alır və o uzun illər bol nemətə nail olacaq. Ney və tütək – bəzən də, vay-şivənlə ağlayan qadını ifadə edir. Yuxuda bir mələyin sizə ney verməsi – qabiliyyətiniz varsa, bir vilayətə vali olacaqsınız. Yuxuda qızıl ney və ya tütək tapmaq və çalmaq – röya sahibinin bilikli olduğunu və öz elmini başqalarına da öyrətdiyini göstərir. Ney çalmaq – xəstə üçün ölümə, cahil üçün dedi-qoduya, uşaq istəyən üçün övladın olacağına yozulur.

Yuxuda Nehrə 

 işlərin öz axarına düşəcəyinə, qazancın artacağına işarədir.

Yuxuda Nəbz 

 yuxuda nəbzin döyündüyünü görmək, həyat və sağlıq xəbərlərinin alınacağına yozulur.

Yuxuda Nəqqaş 

 xeyirə yozulmur. Yuxuda nəqqaş görən adam ayağına, ya da qolunu qıracaq deməkdir. Yolda-izdə diqqətli olmaq gərəkdir.

Yuxuda Nəğmə 

 yuxuda nəğmə eşitmək, şərgi söyləmək qabiliyyətinizin olmadığına işarədir.

Yuxuda Nənə 

 çoxlu uşağınız olacaq və məsud, firavan bir ömür yaşayacaqsınız.

Yuxuda Nərd oyunu 

 röyada bir dostuyla nərd oynadığını görmək, mənəvi ucalığa, hörmət-izzətə işarədir.

Yuxuda Nərdivan 

 röyada nərdivana çıxmaq, üstün və şərəfli bir iş görüb, bütün dünyada tanınmağa, şöhrətə və yüksək mərtəbəyə yetişməyə işarədir. Nərdivanla enmək – bəxtinizə çıxan xeyirli bir fürsəti əldən verəcəksiniz. Yuxuda səyyar bir nərdivanla dırmanmaq – bu röya hamı üçün önəmli bir işdə uğur qazanmaqğa və şöhrət sahibi olmağa yozulur. Röyada çıxdığınız nərdivanın qırılması – düşməninizə məğlub olacaqsınız.

Yuxuda Nərgiz 

röyada nərgiz gözəl bir qadına əlmətdir. Başında nərgiz güllərindən hörülmüş tac görmək – gözəl bir qadınla evlənməyə, dadlı eşq həyatına işarədir. Baxçada nərgiz görmək – uzun ömürlü uşağınız olacaq. Kəsilmiş nərgiz gülü – uşağın vəfat edəcəyinə yozulur. Nərgiz bəzən də sevincə, qızıl və gümüş cəvahirat sahibi olmağa işarə sayılır.Sarı nərgiz gülü – qızıl pulu, bəyaz – gümüş puldur. Qadının yuxuda başında nərgizdən tac görməsi – davamlı olmayan ailə həyatına, evlidirsə – ərinin onu boşayacağına, yaxud ərinin vəfatına əlamət hesab edilir.

Yuxuda Nəsihət (məsləhət) 

yuxuda düşməniniz sizə öyüd nəsihət verirsə, bu röya – xəyanəti və aldanmağı ifadə edir.

Yuxuda Nəstərən çiçəyi (ərik gülü)

 röya sahibi çox uğurlu bir ailə quracaq. Evlidirsə xoşbəxtliyə qovuşacaqdır.

Yuxuda Nəfəs almaq 

 röyada bol-bol, dərindən nəfəs almaq, can sıxıntısına işarədir.

Yuxuda Nəfəs darlığı (təngnəfəslik) 

 sıxıntılardan qurtarmaq,yolunun artıq açıldığına işarə olaraq qəbul edilir.

Yuxuda Nəfəs tutulması 

xəstəliyə yaxud da ölümə dəlalət edir.

Yuxuda Nəcis 

əlinizə haram mal və ya pul keçəcəyinə, iş həyatında böyük zərərə düşəcəyinizə, yaxud xəstəliyə işarədir.

Yuxuda Nigah 

 yuxuda bir adamın tanımadığı bir qadınla nigahlandığını görməsi, röya sahibinin oruc və namaz kimi dini ayinlərə əməl etdiyinə işarədir.

Yuxuda Nigah məmuru 

 röyada nigahkəsmə məntəqəsində çalışan məmur görmək – subay adam üçün evlənməyə, evli adam üçün boşanmağa əlamət sayılır. Bu röya eyni zamanda bir anlaşmaya, müqavilə bağlanmağa da yozula bilər.

Yuxuda Nikel 

 röya sahibinin pul sarıdan ehtiyac içində olduğunu göstərir.

Yuxuda Nil çayı 

yuxuda nil çayından su içmək və suyun çox dadlı olduğunu hiss etmək, içilən suyun miqdarı qədər qəzıla qovuşacaqsınız. Sadəcə çayı görmək isə dövlətə, iqtidarlı və qüvvətli olmağa yozulur.

Yuxuda Nilufər 

 röyada nilufər evli olmayan kimsələr üçün gözəl gələcək bal ayını xəbər verir. Evlilər üçün isə – əyləncəli istirahətə işarədir. Nilufər toplamaq 
 çətin bir işiniz uğurla nəticələnəcək deməkdir.

Yuxuda Nimdaş paltar alverçisi 

 tanıdığınız bir nəfər sizi yamanca aldadacaq.

Yuxuda  Nitq söyləmək 

 bir yığıncaqda nitq söyləmək, rütbə və ya mənsəbiniz yüksələcəkdir.

Yuxuda Nişanlanmaq 

 röyada tanımadığınız bir adamla nişanlanmaq, xoş xəbərə yozulur. Nişanı pozmaq isə, röya yozucularına görə, xeyirə əlamət sayilmır.

Yuxuda Nişasta 

qalmaqallı, dedi-qodulu bir ailə həyatına işarə sayılır.

Yuxuda Nov (navalça) 

 novla ilgili röyalar aşağıdakı biçimdə yozulur. Nov – şöhtətli və xoşsöhbət bir adamla dostluq edəcəksiniz. Yağmursuz bir vaxtda novdan su axdığını görmək – bir fitnə – fəsada düşəcəksiniz. Novdan qan axdığını görmək – yaşadığınız şəhərdə bəzi qanlı olaylar baş verəcəkdir. Novdan saf, dumduru su axdığını görmək – bolluq və ucuzluq olacaq. Novdan bulanıq və pis qoxulu su axdığını görmək – uğura və Tanrı yardımına yozulur.

Yuxuda Novruz bayramı 

 yuxuda özünü novruz bayramında gprmək, sevinc dolu bahara, xatirəyə çevrilmiş xoş bir günün geri dönüşünə, sıxınti və üzüntülərdən qurtulmağa, əldən getmiş malın yenidən sahibinə qayıdacağına yozulur.

Yuxuda Notarius 

 yaxşı yuxulardan sayılmır. Hərəkətlərinizdə diqqətli olmalısınız.

Yuxuda Noxta 

dəyərli bir ərmağan alacağınıza yozulur.

Yuxuda Noxud 

 yaxın günlərdə yaxşı bir iş xəbəri alacaqsınız.

Yuxuda Növbətçi əsgər 

röyada qaravulda duran əsgər görmək, həyatınızın əminamanlıq içində keçdiyinə işarədir.

Yuxuda Nöqsan (qüsur) 

 var-dövlətdəki kəm-kəsiri, qüsuru bildirir.

Yuxuda Nökər 

 röyada nökər görən və ya satın alan adam bolluq və xoş güzəran içində yaşayan, düşmənə üstün gələn kimsədir. Nökər zənci, yaxud həbəşdirsə – bu röya xeyrə yozulur. Nökər ağbənizdirsə – sıxıntıya, qəmə-qayğıya işarə sayılır.

Yuxuda Nur (aydınlıq) 

 doğru haqq yola işarədir. Kafir bir adamın qaranlıqdan aydınlığa çıxdığını görməsi, o kafir imana və islama pənah gətirəcək. Aydınlıqdan sonra qaranlıq – zənginlikdən yoxsulluğa, haqq yoldan azmağa və kafirliyə yozulur. Qaranlıqdan aydınlığa çıxmaq isə əksinə açıqlanır. Yuxuda nurdan paltar geymək – röya sahibi elmli, xoş rəftarlı və ibadət əhlidir.

Yuxuda Nuh peyğəmbər 

 Həzrəti Nuhu yuxuda görmək, röya sahibinin elmli, həlim xasiyyətli və ilahi ibadətlərə bağlı olduğunu xəbər verir. Bu röya düşmənlərinizin çoxluğuna, lakin onlara üstün gələcəyinizə də yozulur.Nuh əleyhissəlamı yuxuda görən adamın pis bir qadından övladı doğulacaq və o, Allaha sahib bir qul olacaqdır. Nuh peyğəmbəri yuxuda görmək, il çox yağmurlu keçəcək, ceylab və tufanlar baş alıb gedəcəkdir. Nuh peyğəmbəri yuxuda görən adam nə qədər zülmə və əzaba düçar olsa da, o, bu sıxıntilardan qurtulacaq və intiqamını alaraq zəfər qazanacaqdır. Nuh peyğəmbər qıtlıq və quraqlıq ilində görülərsə, həmin il yağmurlu keçəcək. Nuh peyğəmbəri gəmidə görmək, o gəmi və içindəkilər hər dürlü qəzadan uzaq olacaq, yaxud fitnə-fəsadçı adamlar çoxalacaq, iman əhli azalacaqdır.

Yuxuda Nümunəlik əşya (örpək) 

 röyada nümunə üçün qoyulmuş bir əşyanı almaq, bəzi arzuların gerçəkləşməsini, imkansız olduğunu göstərir.

on 1/06/2020 | | A comment?
0 responses to “Yuxuda”

Leave a Reply