Yuxuda

Baca juga:

    YUXU YOZMALARI

    YUXU YOZMALARI

    Yuxuda

    Yuxuda FABRİKA (zavod)

    Cavan oğlanın özünü fabrikdə və ya zavodda işləyən görməsi-başqalarının öyrətməsi və təhriki ilə tutacağı işdən peşman olacağına işarədir. Gənc qadın üçün bu röya onun hədiyyə olaraq xoşuna gələn bir geyim əşyası alacağına; yaşlı adam üçün isə-öhdəsinə düşən işi yaxşı nəticəylə başa vuracağına yozulur.

    Yuxuda FABRİK (zavod) SAHİBİ

    Yeni bir iş təşəbbüsündə olmaq anlamına gəlir.

    Yuxuda FAİZ (sələm)

    Faiz (sələm) ödəmək-istəmədən günaha batacaqsınız. Faizlə (sələmlə) pul almaq-birisi tərəfindən öyrədilib yoldan çıxarılacaqsınız.

    Yuxuda FAKİH (şəriət bilicisi)

    Fikh elmini, xüsusən də, şəriəti yaxşı bilən bir adamı yuxuda görmək-dərrakəyə, zəkaya, işgüzarlığa, elm və texnikanı dərindən öyrənmək həvəsinə yozulur. Fakih görmək, bəzən daxili təmizliyə, imanın təzələnəcəyinə; əgər röya sahibi ası və günahkar bir adamdırsa-tövbə və istiğfar ilə haqq yoluna dönəcəyinə; cahildirsə-yenidən doğru yolu bulacağına; kafirdirsə-müsəlman olacağına işarədir. Hədisi-Şərifdə Rəsulullah Sallallahu-əleyhi-vəssəlam əfəndimizin buyurduğu kimi, şəfii məzhəbində olan birisi başqa bir məzhəbə keçdiyini görürsə, onun istədiyi yerə getməsinə müsaidə edilir, yaxud başqasından borc pul almağa yozulur. Eyni zamanda, onun bir qadını qoyub başqa bir qadınla evlənəcəyinə işarə sayılır.

    Yuxuda FAKTURA (haqq-hesab kağızı)

    Yuxuda faktura yazmaq-ticarət meydanında mövqe əldə edərək xeyli pul qazanacağınıza işarədir.

    Yuxuda FALA BAXMAQ

    Falçı-boş və qeyri-real işlərlə aldanan və aldadan, gerçəyi bilmədiyi halda, düşünmədən “bilirəm” deyə ətrafdakıları çaşdıran, məşğul edən bir adamdır. Röyada özünün falçı olduğunu görmək-hamı üçün xeyrə yozulur. Yaxud münəccim və ya kahinlərin özlərinə xas ifadələrlə danışan görmək-röya sahibinin həyatda boş şeylərlə məşğul olduğuna, aldanmağa və qürura yozulur.

    Yuxuda FALAQQA

    Hiyləgərliyə məruz qalacaqsınız.

    Yuxuda FALÇI

    Az müddət içində bəzi xırda-para sıxıntılarda qurtulacaq və fərəhə, şadlığa qovuşacaqdır.

    Yuxuda FANER

    Yuxuda faner görmək-birisinin öz yalanlarıyla sizi qandırıb çaş-baş salacağına işarə sayılır.

    Yuxuda FARSCA DANIŞMAQ

    Röyada özünü farsca danışan görmək-hadisələri bir az mübaliğəli qiymətləndirmək, şişirtmək anlamına gəlir.

    Yuxuda FARFOR (çini)

    Röyada farfordan düzəldilmiş bir əşya görmək-köhnə tanışlardan biri röya sahibinə böyük miqdarda maddi yardımda bulunacaqdır.

    Yuxuda FATEH

    Röyada Konstantinopolu fəth edən Fateh Sultan Mehmet xanı görmək-şan-şöhrət və uğur bəlirtisidir. Bu röyanı görən adamın bəxti açılacaqdır.

    Yuxuda FATİMATÜZZƏHRA

    Həzrəti Məhəmməd peyğəmbərimizin kərimeyi-möhtərəməsi Fatimatüzzəhra ananı röyada görmək-ailənizi itirəcəyinizə yozulur.

    Yuxuda FAHİŞƏ

    Bəxtin qapıları üzünüzə açılacaq və hamı tərəfindən sevilən bir adam olacqsınız.

    Yuxuda FƏVVARƏ

    Röyada fəvvarə-halal mala, uzun ömrə və rifaha işarədir. Fəvvarədən su içmək-rəsmi qaydada xəzinədən pul almağa; fəvvarəyə su doldurmaq-borcları ödəməyə; fəvvarədən su götürmək-rəsmi bir müqaviləyə girişib onu uğula başa vurmağa yozulur.

    Yuxuda FƏQİR (dilənçi)

    Röyada özünü fəqir, kasıb görmək-yuxu sahibi zənginləşərək və ayəti-cəliləyə görə, əli ruziyə, çörəyə yetişəcəkdir. Özünü kasıblıq üzündən dilənən görmək-mənəvi zənginliyə yozulur. Bir yerdə çoxlu dilənçi görmək-varlı bir adamın vəfatına, günahların bağışlanmasına və sədəqəyə işarə sayılır. Yuxuda bir nəfərin röya sahibinə nəsə verməsi-onun zəhmətsiz mala sahib olacağına yozulur, belə ki, dilənçilik-heç bir sərmayə və kapitala ehtiyac duyulmadan əldə edilən bir ticarətdir.

    Yuxuda FƏLAKƏT

    Röyada fəlakət tərsinə yozulur. Yuxuda başınıza bir fəlaktə gəldiyini görsəniz, bilin ki, yaxın dostlarınızdan biri tezliklə vəzifədə irəli çəkiləcəkdir. İş həyatında bir fəlakətlə qarşılaşdığını görmək-işləriniz düzələcək və çox yaxşı inkişaf edəcəkdir.

    Yuxuda FƏLLAH (qaraşın adam)

    Yuxuda bir fəllah, yəni ərəb görmək-tezliklə xoş xəbər alacaqsınız.

    Yuxuda FƏNALIQ (pislik, ziyankarlıq)

    Röyada kiməsə pislik etmək-təhlükəyə və əndişəyə işarədir. Tanış bir adama pislik etməyi planlaşdırmaq-kədər və iztirablarınız uzun müddət sizi tərk etməyəcəkdir.

    Yuxuda FƏNƏR

    Röyada yanan əl fənəri görmək-təhlükəli bir gəzintiyə çıxacaqsınız. Sönmüş əl fənəri-uzun müddət kədər və iztirablardan qurtula bilməyəcəksiniz. Küçə fənəri-boş və faydasız işlərə baş qoşmağa işarədir. Maşın fənəri (farası)-röyada uzaqdan görünən avtomobil işığı-ağır gününüzdə bir dostunuzdan böyük yaxşılıqlar görəcəyinizə işarədir.

    Yuxuda FƏRAT ÇAYI

    Röyada Fərat çayından su işmək-bolluğa qovuşacaqsınız. Fəratı qurumuş görmək-böyük dövlət adamlarından birinin vəfat edəcəyinə yozulur. Fəratdan su içmək, eyni zamanda, dinə bağlılığa, namaz və ibadətin davamlılığına, röya sahibinin aza da qane olduğuna işarə sayılır.

    Yuxuda FƏRAÇƏ (geyim)

    Könül arhatlığına və bolluğa yozulur.

    Yuxuda FƏRYAD

    Röyada qorxudan dolayı fəryad etmək-rahatlığa, sevincə qovuşacaqsınız. Səksənərək fəryad etmək-ayəti-cəlilədən də anlaşıldığı kimi, gözəl iman, əmin-amanlıq, rahatlıq və asayiş anlamına gəlir. Ancaq röya sahibinin fəryad və fəğanına səbəb hansısa bir adam və ya öz nəfsidirsə, bu-onun qüsurlu və xətakar bir şəxs olduğuna işarədir.

    Yuxuda FƏS

    Röyada başa fəs geymək-kədərə və üzüntüyə; fəsi başdan çıxarmaq-sıxıntı və üzüntüdən qurtulmağa dəlalət edir (qərbli röya təbirçilərinə görə, başa fəs geymək-Misirə və ya digər ərəb ölkələrinə səyahətə yozulur).

    Yuxuda FİDAN

    Övladınızın xeyrini görəcək, bol qazanc əldə edəcəksiniz.

    Yuxuda FİDAN ƏKMƏK

    Yuxuda əkilən fidanın tumurcuqlarını görmək-varlı bir ailəyə gəlin (və ya kürəkə) olacaqsınız.

    Yuxuda FİZİKA

    Röyada özünü fizika elmi ilə məşğul olan görmək-hər mənada üstün səviyyəli bir iş adamıyla uöurlu əməkdaşlığa başlayacaqsınız.

    Yuxuda FİL

    Röyada fil-heybətli, möhkəm bədənli, sərt, böyük gücə malik savaşçı adama işarə sayılır. Filə minmək və ya birisinin filə üstün gəlməsi-onun hökumət adamları və dövlət başçısıyla yaxın əlaqəsinin və bu səbəbdən də yüksək bir məqama çatacağını bildirir. Bu cür röya görən xoşbəxtlik və var-dövlət içində uzun ömür sürəcəkdir. Filin bir tərəfini parçalamaq-röya sahibi hökumət tərəfindən bir bəlaya düçar olacaq, xəstədirsə-vəfat edəcək. Gündüz olduğu kimi filə minmək-zülmə, qəddarlığa yozulur. Yəhərli filə minmək-röya sahibi ticarət adamıdırsa, qazancı artacaq. Yuxuda filin xortumuyla sizi vurması-xeyrə və nemətə qovuşacaqsınız. Fil gübrəsi (peyini) almaq-aldığınız qədər zəngin olub fərəhə qovuşacaqsınız. Fil-dindar, şərəfli bir insan olduğunuzu və ya zəhmət və çətinliklərə qarşı barışmaz mübarizə aparacağınızı xəbər verir. Son nəticə sıxıntı və çətinliklərdən qurtulmuşdur. Fildən qorxduğunu görmək-xəstəliyə; filin ayaqları altında qalmaq-ölümə işarədir. Qadınlar fili nə şəkildə görür-görsün bu röya onlar üçün xeyrə əlamət deməkdir. Fili danışan görmək-xeyrə əlamət sayılır, hökumətdən böyük fayda görəcəyinizi bildirir. Fil əti yemək-dövlətdən mal, sərvət əldə edəcəyinizi göstərir.

    Yuxuda FİL DİŞİ

    Fil dişindən hazırlanmış bəzək-düzək şeyləri görmək-çox xeyirli röya olub, bəxt açıqlığı deməkdir.

    Yuxuda FİLM ÇƏKMƏK

    Filmçəkmək və ya özünü bir filmdə rol oynayan görmək-ehtiraslı arzunuzun və şöhrətinizin gerçəkləşəcəyini xəbər verir.

    Yuxuda FİLOSOF

    Röyasında filosof görən adam çevrəsindəki xain qəlbli iftiraçılardan mütləq özünü qorumalıdır.

    Yuxuda FİNCAN

    Az da olsa, bir şeydən faydalanacağınıza yozulur.

    Yuxuda FİRON

    Röyada Misir fironlarından biriylə tanış olduğunu görmək-elm sahəsində qazanılacaq uğura işarədir.

    Yuxuda FİRUZƏ

    Aşiqlər üçün bu mavi daşı yuxuda görmək çox xeyirlibir yuxu olub, qarşılıqlı xoşbəxtliyi xəbər verir. Gənc qız firuzə daşını görərsə və bu daşdan hazırlanmış bir hədiyyə üzük alarsa, bəyəndiyi və çox sevdiyi bir cavanla evlənib xoşbəxt həyat quracaq. Evli qadını firuzə daşını görməsi və ya bir bəzək əşyası alması-ərinin onu çox sevdiyinə və sadiq olduğuna yozulur.

    Yuxuda FİT (fışqırıq) SƏSİ

    Röyada fit səsləri çeşidli yozumlarla aşıqlanır. Belə ki: Gecə vaxtı eşidilən fit səsi-xeyrə yozulmur. Ucadan çalınan cingiltili fit səsi-röya sahibi gözlənilmədən pul itirəcəkdir. Astadan çalınan fit səsi-röyanı görən yaxınlarına qarşı daha nəzakətli və anlayışlı davranmalıdır.

    Yuxuda FİTNƏ

    Yuxuda adamı yoldan azdıran fitnə-fəsad görmək-ayəti-cəliləyə görə, var-dövlətə və övlada yozulur.

    Yuxuda FİŞƏNK (benqal fişəngi)

    Şən və nəşəli günlərin başlandığına yozulur.

    Yuxuda FIRIN

    Bolluq və könül rahatlığı anlamına gəlir. Fırından isti çörək çıxdığını görmək isə parlaq gələcək deməkdir.

    Yuxuda FIRTINA

    Röyada fırtına görmək-yaxın vaxtlarda şaşırdıcı bir xəbər, ya da olayla qarşılaşacağınıza işarə sayılır. Əgər yuxuda fırtına ilə birlikdə yağmur da görülmüşsə, bu cür röyalar bol qazanca yozulur.

    Yuxuda FIRFIRA

    Xeyrə yozulmaz, xəstəliyə və can sıxıntısına işarədir.

    Yuxuda FIRÇA (şotka)

    Hansı növdən olur-olsun, röyada fırça görmək-qarşıda yüksək mövqe sahibi olacağınıza işarədir. Yuxuda şotka ilə paltar təmizləmək-son zamanlar çəkdiyiniz sıxıntılardan artıq qurtulmaq üzrə olduğunuzu bildirir.

    Yuxuda FISTIQ

    Bir qadın yuxusunda fıstıq görərsə, yaxın zamanda hamilə olacaq. Kişi bu yuxunu görərsə-səfərə çıxacaq.

    Yuxuda FLANEL GEYİM

    Karlı bir alış-veriş işinə girişəcəksiniz, ancaq sizi bir qəlb acısı da gözləyir.

    Yuxuda FLEYTA

    Röyada fleyta və ya qaval səsi eşitmək-yaşayışınız xoşbəxtlik və razılıq içində keçəcək, hər cür maliyyə çətinliklərindən uzaq olacaqsınız. Röyada fleyta və ya qaval çalmaq-istər artistlik, istər elm, istərsə də ticarətdə bağlı olsun, hansı sahədə işləyəcəksinizsə, o səhədə uğurlar qazanacaqsınız. Qırıq fleyta və ya qaval-yaxın gələcəkdə bir dostunuzu itirəcəyiniz güman olunur.

    Yuxuda FOTOQRAFÇILIQ

    Röyada fotoqrafçılıq etmək-gözləmədiyiniz halda ən yaxın dostlarınızdan və ya qohumlarınızdanbir tərəfindən aldadılacaqsınız. Şəkil çəkdirmək-heç də hamıya inanmayıb etimadsızlıq göstərməkdə haqlı olduğunuza işarədir.

    Yuxuda FRAK

    Röyada frak geydiyini görən adam mənasız yerə vas0vası və şübhəçidir.

    Yuxuda FRANSA

    Yuxuda Fransaya getdiyini görən adamyeni eşq macəraları ərəfəsindədir.

    Yuxuda FÜRSƏTİ ƏLDƏN VERMƏK

    Röyada fürsəti əldən verən adam elə ertəsi gün böyük bir fürsət qazanacaq, amma bu fürsətdən yararlana bilməyəcəkdir.

    Yorum Gönderme

    Яндекс.Метрика