1/06/2020

Yuxuda



YUXU YOZMALARI

YUXU YOZMALARI

Yuxuda

Yuxuda DABAN (dabanlıq)

Röyada görülən ayaqqabı dabanı övlada işarədir.         Yuxuda ayaqqabında dabanın olmadığını görmək-röya sahibinin özündən sonra övladı qalmayacaq, nəsli tükənəcəkdir. Dabanının qırıldığını və ya kəsildiyini görən adamın uşağı öləcək. Sol daban-qız uşağına, sağ daban-oğlan uşağına əlamət sayılır. Röyada dabanın gözəlliyi-xeyirxah işlərə, gözəl xasiyyətə işarədir. Yuxuda ayaqqabı dabanı-insanın aqibətini də ifadə edir.

Yuxuda DABBAQXANA

Yuxuda dabbaqxana-eynən sallaqxana kimi yozulur. Gözəl əxlaqlı, tərbiyəli, yoxluğa və çətinliyə qatlaşa bilən evdar qadına işarə sayılır. Bəzən də çirkin və pis söz danışan əxlaqsız, adi bir qadına və ya mala yozulur.

Yuxuda DAVAR

Xoşbəxtlik və zənginlik bəlirtisi kimi yozulur.

Yuxuda DAVUD

Peyğəmbərlərdən Davud əleyhissəlamı yuxuda görmək sağlam iradəyə, günahlarından dolayı tövbəkarlığa və xeyirxahlığa işarə sayılır. Röyada peyğəmbər görmək-ana və ata uşaqlarına necə şəfqət və mərhəmət göstərib, onların üstündə əsirsə, onlar da özünə tabe olan millətə eyni şəfqət və mərhəmət göstərməkdə əsla tərəddüd etməzlər. Bu səbəbdən də peyğəmbər röyada bir böyük, bir müəllim və ya sayğılı bir ustad anlamındadır. Peyğəmbər doğru yol göstərən ən yaxşı rəhbərdir. Peyğəmbərin yuxuda bütün gözəl keyfiyyətləriylə görən və ya ondan çox ləziz bir şərbət alan, yaxud da peyğəmbərdən bilgi öyrənən adam əmr və yol göstərməyə uyub ki, bu da o kimsənin pozğun yolda olduğuna işarədir.

Yuxuda DAVUL (təbil)

Yuxuda təbil səsi eşitmək, təbil çalmaq, yaxud da təbil çalınmasına tamaşa etmək-kişi üçün pul itkisinə; subay qadın üçün sevgili bulacağına, yaxud bir toplantıya dəvət alacağına; evli qadın üçün isə sonu istədiyi kimi bitəcək bir olaya və ya buna bənzər bir hadisəylə qarşılaşacağına yozulur.

Yuxuda DAVULÇU (təbilçi)

Dalğınlığa və unutqanlığa işarədir.

Yuxuda DAĞ

Röyada dağa dırmanan, özünü dağın zirvəsinə kimi çıxmış görən adam işində, peşəsində ən yüksək yerlərə yüksələcək, nə qədər böyük çətinliklərlə qarşılaşarsa, başarıları və uğurları da o qədər parlaq olacaqdır.Dırmaşdığınız dağın zirvəsinə yetişmədən geri dönmək-xarakterinizə görə sizə kənardan bir çox hücumlar olduğunu və iş-işdən keçməmiş mudafiə olunmağın zəruriliyini göstərir. Yuxuda özünü uzaqdan dağları seyr edən görmək-çətin bir işi yoluna qoyacaq və mükafatlandırılacaqsınız, yaxud işinizdə yüksələcəksiniz. Dağdan aşağı yuvarlanmaq-eşitdiklərinizə həmişə inandğığnızda və bu xasiyyətiniz üzündən yaxın vaxtlarda sizi gercəkdən üzəcək olaylar baş verəcəkdir. Röyada dağ rəsmləri çəkmək-sevdiyiniz adamların gələcəyindən əmin ola bilərsiniz.

Yuxuda DAĞ KEÇİSİ

Yuxuda dağ keçisi-bir cariyə və ya dini, əxlaqı pozuq bir qadınla qeyri-qanuni birləşmək anlamındadır. Dağ keçisinin piyli və ətli olduğunu görmək-çox zəngin bir qadına; zəif və xəstə keçi-yoxsul qadına işarədir. Dişi dağ keçisini ələ keçirmək-röya sahibi bolluğa və bol ruziyə qovuşacaq. Qadının dişi dağ keçisini yuxuda görməsi-o qadın bircə il kasıblıq görəcəkdir. Bəzi yozuculara görə, dişi keçi-təhqir edilmiş qadına, yaxud da iş bilməyən qulluqcuya işarə sayılır.

Yuxuda DAĞARCIQ

Xeyrə yozulur. Belə yuxu görən adam gərək gəlir-çıxarına diqqət etsin, yoxsa onu yoxsulluq gözləyir.

Yuxuda DADAŞ

Röyada özünü və ya yaxın adamını dadaş olaraq görmək-röya sahibi ətrafındakılara və ailəsinə yardım edəcəkdir.

Yuxuda DAZLIQ

Röyada özünü daz görmək-yaxın vaxtlarda xoşagəlməz xəbərlər alacağınıza işarədir.

Yuxuda DAYƏ

Ümumiyyətlə, xeyrə yozulur. Belə röya görən adaməgər yardıma möhtac bir durumdadırsa, mütləq bu yardımı alacaqdır. Xəstə olan qısa muddətdə yaxşılaşacaq, borclu borcundan, dərdli dərdindən qurtulacaqdır. Dayə məfhumunun “yarı ana” kimi mənimsənilməsi bu cür yozumlara dayanaq olmuşdur.

Yuxuda DAYI

Röyada əmi, dayı kimi yaxın qohunları görmək-yaxın vaxtlarda dostlarınızdan biri borc pul üçün üstünüzə gələcəkdir. Əgər dayınız sağdırsa, bu yuxu dəniz gəzintisini bildirir, sağ deyilsə-uzaq bir məmləkətdə məskunlaşacağınıza işarədir.

Yuxuda DALANDAR (süpürgəçi)

Cavan oğlanın yuxuda özünü dalandar görməsi xeyrə yozulur. İşində yüksəlməsi üçün səy göstərməyin gərəkliyini göstərir. Orta yaşlı kişilər üçün bu yuxu-işlərinin bir müddət düz gətirməyəcəyinə; evli olmayan qadın üçün-hər baxımdan özündən aşağı olan, lakin çox zəngin bir adamdan evlənmə təklifi alacağına və bu təklifi qəbul edəcəyinə yozulur. Ərli qadın belə yuxu görərsə, o, çox da şərəfli olmayan bir iş tutacaqdır.

Yuxuda DALĞA

Röyada özünü böyük bir dənizdə nəhəng dalğalarla çarpışan görmək-həyatınız son dərəcə uğurlu olacaq deməkdir.

Yuxuda DALĞIC

Dalğıc yuxuda-balıq kimi xeyrə, qismətə yozulur.

Yuxuda DALYAN (balıqçı toru)

Balıq ovlanan dalyan görmək-tale və bəxt artıq üzünüzə gülməyə başlayır deməkdir.

Yuxuda DAM

Yuxuda damdan düşmək-qorxunc bir olayla qarşılaşaraq, özünüzü itirəcəyinizə işarədir. Damda bir-bir seçib kirəmit düzmək-bəzi vasbası və unutqan kimsələrlə tanışaraq böyük ziyan çəkəcəyinə işarədir.

Yuxuda DAMA

Röyada dama oynamaq-vaxtınızı boş yerə sərf edib tükədirsiniz deməkdir.

Yuxuda DAMAR

Röyada damarlarınızdan qan axdığını görmək-zənginlər üçün yoxsulluğa, kasıblar üçün vəziyyətinin bir qədər yaxşılaşacağına işarədir.

Yuxuda DAN ÜZÜ

Röyada səhərin açıldığını, dan üzünü müşahidə etmək-parlaq və bəxtiyar bir istiqbala namizəd olduğunuza işarədir.

Yuxuda DANA

Dostlarınızın sevgi və etibarını qazanaraq xoşbəxt olacaqsınız. Bir dana satın almaq-iş həyatınızda və tutduğunuz vəzifədə böyük uğurlar əldə edəcəyinizə işarədir.

Yuxuda DANA GÖNÜ

Ömrünüz zaman-zaman sıxıntı içində keçəcək, lakin əvvəl-axır, xoş günləriniz başlayacaqdır.

Yuxuda DANTEL (kurjeva)

Paltar üzərində dantel görmək-yaxın vaxtlarda evlənməyə işarədir. Röyada özünü dantel hörən görən gənc qadın özü də bilmədən bir çox sənətkaranə fəzilətlərə sahibdir və öz zövqünə uyğun bir oğlanla evlənəcəkdir. Bir parça yırtıq dantel görmək-çirkin dedi-qodulara hədəf olmamaq üçün hər addımınızı ölçüb-biçməlisiniz.

Yuxuda DAR AĞACI

Bəzi qarışıq və müəmmalı vəziyyətlərin ortaya çıxa biləcəyini xəbər verir.

Yuxuda DARAQ

Yuxuda daraq görən gənc və subay qız cavan bir oğlana ərə gedib xoşbəxt olacaq. Subay oğlan üçün isə bu yuxu-sıxıntıya, üzgünlüyə yozulur. Daraq, eyni zamanda, səbirli və möhtərəm bir qadına işarə sayılır.

Yuxuda DARI

Royada darı görən adamın uzunmuddətli sıxıntıdan sonra əlinə xeyli miqdarda var-dövlət keçəcəkdir.

Yuxuda DARÇIN

Üzüntülü bir xəbərə yozulur.

Yuxuda DAŞ

Röyada bir yerə toplanmış çoxlu daş görmək-şad xəbərə yozulur. Bir adama daş atmaq-düşmənləriniz tərəfindən təqib edildiyinizi göstərir. Daş almaq-qısqanclıq üzündən şöhrət və etibarınızı itirəcəksiniz. Yuxusunda daş olduğunu görən adam asi və daşürəkli bir adamdır. Bu röyanı görən xəstədirsə-öləcək; varlıdırsa-var-dövlətdən kənar ediləcək.

Yuxuda DAŞINMA (köçmə)

Röyada bir evdən başqa evə, bir şəhərdən başqa şəhərə daşınmaq (köçmək)-təcili səyahətə çıxmaq barədə təklif alacaqsınız.

Yuxuda DEPO (anbar)

Röyada depoya, kömür, odun, ərzaq və s. anbarına girmək-yaxın vaxtlarda var-dövlətə çatacağınıza; əgər depo (anbar) boşdursa, ümidsizliyə uğrayacağınıza yozulur. Şərab, yaxud buna bənzər içki deposu (anbarı) görmək-əyləncəli bir qonaqlıq və ya toy olacağını xəbər verir.

Yuxuda DƏBİLQƏ

Qovğa işarəsi olaraq açıqlanır.

Yuxuda DƏVƏ

Röyada erkək dəvə görmək-təmasda olduğunuz kimsələrdən pis xasiyyətlər öyrənərək, getdikcə inadcıl və əsəbi bir adama çevrilirsiniz. Dişi dəvə-həmin il məmləkətinizdə dişi heyvan və sud bolluğu olacaqdır. Dəvəni qaçan görmək-bir qız tanışınızın yaxın vaxtlarda səyahətdən dönəcəyinə işarədir. Dəvənin sırtına minərək dolaşmaq-kasıblıq çəkən bir məmləkətə müəyyən qədər şey-şüy göndərəcəyinizə yozulur.

Yuxuda DƏVƏQUŞU

Kədər və üzüntülərinizin uzun çəkəcəyinə işarə sayıldığı kimi, bəzən də çox gözəl, lakin gözəl olduğu qədər də qısqanc və şıltaq bir qadının sevda toruna duşəcəyinizə yozulur. Dəvəquşuna minmək-zəngin bir evlənmə xəbəridir.

Yuxuda DƏVƏTİKANI

İşlərinizin bir anda alt-üst olacağına, arzu və əməllərinizin yerinə yetəcəyinə işarədir.

Yuxuda DƏVƏTNAMƏ (çağırış vərəqəsi)

Bir kişi yuxusunda məhkəmədən çağırış vərəqəsi alarsa və özünümüdafiədən qalib çıxarsa, onu parlaq gələcək gözləyir, uduzarsa-çox əhəmiyyət verdiyi bir işdə zərər çəkəcəkdir. Belə röyanı qadın görərsə, udub-uduzmağından asılı olmayaraq, ev sahibi, əri və ya ağası ilə onun arasında dartışma, mübahisə olacaq və nəticədə fikrini, diləyinin qəbul etdirəcəkdir. Toy, nigah, iclas dəvətnaməsi isə yaxın adamlarinizdan xeyirli və xoş xəbər eşidəcəyinizə yoxulur.

Yuxuda DƏZGAH

Yuxuda dəzgah görmək və ya dəzgah başında çalışmaq-işlərinizin xeyli irəli gedəcəyinə yozulur.

Yuxuda DƏYƏNƏK (əsa)

Diqqətə, qürura, şərəfə, qüdrət və qüvvət sahibi olan, xalqa imdad göstərən bir adama işarədir. Yuxuda dəyənək görən-istəklərinə qovuşur, düşmənə qalib gəlir, varı-malıyla qüvvətli olur. Əgər dəyənəyin, yaxud əsanın içi boşsa  və röya sahibi ona söykənibsə, varı əldən gedəcək. Dəyənəyin sınması-vəzifə sahibidirsə, işindən atılacaq, tüccardırsa, qazancından məhrum olacaqdır. Yuxuda biri özünün dəyənək olduğunu görərsə öləcək, öz dəyənəyinin sındığını görsə, şiddətli xəstəliyə düçar olacaq. Dəyənək-qüvvət rəmzi olub, güvənilən, inanılan bir adama işarədir.

Yuxuda DƏYİRMAN

Röyada dəyirman görən-mənsəbcə yüksələr. Dəyirmanda un üyütmək-böyük bir adamdan mal alacaqsınız. Dəyirman daşını qırıq görmək-əcəlin yetişdiyinə dəlalətdir.

Yuxuda DƏYİRMANÇI

Yuxuda dəyirmançı görmək-dünyasını, yaşayışını düzəltməklə məşğul olan adama işarədir. Özü üçün un üyüdən adam görmək-röya sahibi dəyirmançılıqla öz ehtiyaclarını təmin edəcək və üyütdüyü unun miqdarınca güzaranını, yaşayışını düzəldəcəkdir. Yuxuda dəyirmançı-bəzən qəm, tasa, düşmənçilik, mənfəət, sələmçilik, çətin və ağır işlər anlamına  da gəlir. Zəfəran üyüdən adam görmək-gizli işlərə, elmə yozulur. Qadının zəfəran, yaxud buğda dəni üyütməsi-qayğıdan, tasadan qurtarmağa və təmizliyə işarə sayılır.

Yuxuda DƏLİ

Yuxuda dəli olduğunu görən adamın ömrü uzun olar, o, hamı tərəfindən xoş üzlə qarşılanar və sevilər.

Yuxuda DƏLİQNLI (cavan oğlan)

Röyada sevimli və gülərüzlü bir gənc görmək-sevincə, xoçbəxtliyə yozulur. Bütün istəklərinizə çatacaqsınız. Çirkin və vəhşi üzlü bir gənc görmək-düşmənçiliyə, qəmə, kədərə işarədir. Bir dəliqanlının (gənc qızın) arxasına düşüb getmək-düşmənlərinizə üstün gələcəksiniz, qismətiniz açılacaq. Subay bir gənc qızın yuxusunda cavan oğlan görməsi, onunla danışması və ya arxasınca getməsi-həmin qızın bəxti açılacaq və qısa bir zamanda xoşbəxt ailə həyatı quracaqdır.

Yuxuda DƏLİLİK

Dəliliyə dair yuxular tərsinə yozulur və bu cür röya görənin ağlının sağlamlığına işarə olmaqla bərabər, həm də onun qarşıya çıxacaq çətin bir olayı hamını məmnunedəcək bir biçimdə yoluna qoyacağı anlamına gəlir.

Yuxuda DƏLİXANA

Yuxuda dəlixana görmək-dostlarınızı ağıllı cə ciddi adamlar arasından seçmədiyiniz üçün işləriniz, sən deyən, irəli getməyəcək. Dəlixanaya atıldığını görmək-ağıllı hərəkətləriniz sayəsində işlərinizi yoluna qoyacağına yozulur.

Yuxuda DƏLLAL

Yuxuda dəllal görmək-bir çox gəvəzə adamlarla münasibətdə olacağınıza və bu səbəbdən də çətin durumlara düşəcəyinizə, bəlkə də işinizi, mövqeyinizi itirəcəyinizə işarədir. Bir sığorta dəllalı görmək-böyüklərinizin faydalı nəsihətlərinə qulaq asmağın vacibliyini göstərir.

Yuxuda DƏLMƏK

Röyada hər hansı bir yeri dəlmək-hələ kişi üzü görməmiş subay qızlar istəyində olmaq və məmləkətin ətraflarını gəzərək durumu pis gözlə izləmək anlamına gəlir. Bəzən də bir yeri deşmək-Peyğəmbərin həyatına dair müqəddəs rəvayətlari oxuyub araşdırmağa yozulur. Özünün şəhər içində bir şeyi dəldiyini görmək-qaba və qəddar bir valini (rəhbəri) nəzarətə almağa işarədir. Evin divarını deşərək içəri keçmək-röya shibi istədiyi bir qadına sahib olacaq və o qadın haqqındakı hiyləsi həyata keçəcəkdir.

Yuxuda DƏMİR

Röyada dəmir döymək-kimsə sizinlə pis rəftar edəcək Əyilmiş, burulmuş dəmir görmək-sevdiyiniz bir adamdan küsüb inciyəcəksiniz. Emal edilmiş dəmir görmək-istədiyiniz hər şeyi əldə edəcəyinizə və ad-sanınızın artacağına işarə sayılır. Röyada dəmirdən düzəldilmiş alətlər görmək-əsasən, əminamanlığa yozulur.

Yuxuda DƏMİR BARMAQLIQ

Çox çətinliklə qazanılacaq xoşbəxtliyə işarədir.

Yuxuda DƏMİR YOLU

Yuxuda dəmir yoluyla heç bir əngələ uğramadan qatarda yolçuluq etmək-işləriniz bundan sonra çox genişlənəcəkdir. Dəmir yoluyla səfər zamanı yolda gecikib yubanmaq-həyatınızın son günlərində çox acı şeylərlə qarşılaşacaqsınız. Hərəkətdə olan qatar görmək-gözlədiyiniz bir xəbər sizə doğru yolgəlməkdədir. Qəzaya uğrayıb çevrilmiş qatar görmək-şöhrət və etibarınız sarsılacaq, işləriniz pozulacaq, min bir çətinliklərlə qarşılaşacaqsınız.

Yuxuda DƏMİR SOBA

Qüvvət və qüdrət sahibi bir adamın ailəsindən olan qadına işarədir. Soba misdən və ya tuncdan isə-qadın var-dövlətli birisinin arvadıdır. Ocaq gur yanırsa-övlad sahibi olmağa və evə baxan kişiyə işarədir.

Yuxuda DƏMİYOLU STANSİYASI (vağzal)

Yuxuda dəmiryolu stansiyası görən əməlinə qovuşacaq, istəyinə nail olacaqdır.

Yuxuda DƏMİRÇİXANA

Çoxdan arzusunda olduğunuz bir işin könlünüzcə sonuclanacağına yozulur.

Yuxuda DƏNİZ

Röyada sakit dəniz görmək-həyatınız çox rahat və var-dövlət işində keçəcəkdir. Dalğalı dəniz-bir təhlükəylə qarşılaşacaqsınız. Yaşıl və ya mavi dəniz-eşqdə və ya iş həyatınızda uğur qazanacaqsınız. Cavan oğlan yuxuda özünün gözəl və sakit bir dənizdə səfərdə olduğunu görərsə, bu yuxu onun eşq macərasından xoşlandığını və yeni bir eşq fırtınasına tutulmaq üzrə olduğunu göstərir. Evli qadının gəmiylə sakit bir dəniz səyahətinə çıxmasə-o qadın əri tərəfindən aldadılacaqdır. Dalğalı və qaranliq, zülmət dəniz-işləriniz bütünlüklə tərsinə gedəcəkdir. Dənizə düşmək-kiçilik və mövqeyinizin itiriləcəyinə yozulur.

Yuxuda DƏNİZ DONANMASI

Röyasında donanma görən adam kişi xeylağıdırsa, bir qadın tərəfindən aldadılacaq, qadındırsa-qarşı cinsdənt olan bir nəfər tərəfindən çətin vəziyyətdə buraxılacaqdır.

Yuxuda DƏNİZÇİ (matros)

Böyuk bir təhlükəyləqarşılaşacaq, lakin bunu soyuqqanlılığınız sayəsində dəf edəcəksiniz.

Yuxuda DƏRVİŞ

Zəngin bir adamla dostluq quraraq xeyir və mənfəət görəcəyinizə yozulur. Özünü dərviş olmuş görmək-zənginliyə, ululuğa qovuşacaqsınız.

Yuxuda DƏRƏBƏYİ (feodal)

Qədim və tarixi əsərləri öyrənib incələmək fürsəti əldə edəcəksiniz.

Yuxuda DƏRƏOTU (şüyüd)

gələcəkdə aydınlaşacaq bir məsələyə işarədir.

Yuxuda DƏRZİ

Yuxuda dərzi

ədalət sahibi bir kimsəylə, yaxud sərvət yığan bir adama işarə sayılır.

Yuxuda DƏRİ

Röyada hər hansı bir heyvan dərisi qorxunc bir xəbərə işarə sayılır. Bəyaz dərili adam görmək-sevincə yozulur. Qara dərili adam-kədərə yozulur. Yuxuda qadın bədəni görüb bəyənmək-başınızdan yeni bir eşq macərası keçəcəkdir.

Yuxuda DƏRİ SOYULMASI

Yalançı, fırıldaqçı adamlarla dostluq etdiyinizə, onlardan ayrılmasanız başınıza böyük bəlalar gələcəyinə işarədir.

Yuxuda DƏRMAN

Bir kimsə yuxuda dərman qəbul etdiyini görərsə, elm və nəsihətlərdən faydalanacaq.Verilən dərmanı qəbul etmək-azğınlığa və sapqınlığa yozulur. Qadınların uşağa qalmaq üçün istifadə etdikləri dərmanı röyada görmək-subay qız üçün evlənəcəyinə, uşağa qalmayan qadın üçün isə uşağı olacağına işarədir. Röyada dərman içdikdən sonra yaxşılaşacağını gözləyən adam-dünyasını, gözünə dərman tökdüyünü görən adam isə-dinini islah edəcək. İkran doğuran və udulması çətin olan dərman görmək-tezliklə yaxşılaşacaq xəstəliyə əlamət sayılır. Aci olmayan və asanlıqla udulan dərman-zəngin üçün xeyrə, kasıb üçün pisliyə yozulur. Röyada buruna çəkilən dərman görmək-uğursuzluğa, ata-anaya qarşı üsyan və ya ruhi xəstəliyə işarə sayılır. Yuxuda burnuna dərman çəkildiyini görən adam hiyləyə məruz qalacaq.

Yuxuda DƏRS KİTABI

Röyada hər hansı bir dərs kitabı görmək-vaxtilə böyüklərinizin nəsihətlərini eşitmədiyinizə və indi bundan peşmanlıq duyduğunuza işarə sayilir.

Yuxuda DƏSMAL (məhrəba)

Röyada islaq dəsmal görmək, quru və təmizini tapmaq-bir dost haqqında hasız yerə pis fikrə düşməyə işarədir. Dəsmalla üzünü silib qurulamaq-dostlarınızdan biri haqsızlıq edəcək və sonra vicdan əzabı çəkəcəkdir.

Yuxuda DƏSTİ (səhəng)

Röyada boş dəsti görmək-gözəl, fəqət qısqanc bir qadınla əlaqə yaradacaq və uzun müddət onunla birlikdə yaşayacaqsınız. Sonunda isə bu qadının fəna bir hərəkətini qurbanı olacaqsınız. İçi su dolu dəsti görmək-yaxın günlərdə bir qızınız dünyaya gələcək.

Yuxuda DƏHRƏ (nizə)

Girişdiyiniz bir işdə parlaq nəticə və uğur əldə edəcəyinizi göstərir.

Yuxuda DƏFİNƏ

Röyada dəfinə tapmaq-gənc kişi üçün xoş taleyə işarə sayılır və həyatda  yaşamağın yolunu asanca tapmağa yozulur.

Yuxuda DƏFNƏ AĞACI

Sənətin gözəl bir sahəsində həqiqətən parlaq uğurlar qazanacaqsınız.

Yuxuda DƏFN ETMƏ

Yuxuda birisini dəfn etmək-toya dəvətdir. Dəfn edilən adam həyatda yaşayırsa, yuxu görəni toyda nəsə maraqlandırıb diqqətini çəkəcəkdir. Birini diri-diri torpağa gömülə görmək-uzun ömrə yozulur.

Yuxuda DƏFTƏR

Alacaq-verəcək hesablarında daha diqqətli olmağın gərəkliyini bildirir. Belə yuxu görən tacir və ya dükançıdırsa, vekselləri protest ola bilər, hətta iflasa uğrama ehtimalı da var.

Yuxuda DƏFTƏRDAR (maliyyə müdiri)

Maliyyə-pul işlərinin bir müddət yaxşı getməyəcəyinə yozulur. Bu röya evlənməmiş qadın üçün varlı bir kişiyə ərə gedəcəyinə, yaşlıdırsa-qumarda pul qazanacağına işarədir.

Yuxuda DZÜ-DO

Röyad dzü-do ilə məşğul olduğunu görən adam çox xəyalpərəstdir. Həyata gerçəkci (realist) gözlə baxması gərəkdir.

Yuxuda DİV

Yüksəlmə və irəliləyiş kimi yozulur. Əgər div yuxuda boş-mənasız sözlər söylərsə, əsla yüksəlməyəcək və bugünkü durumunuzu olduğu kimi mühafizə edəcəksiniz.

Yuxuda DİVAR

Bir dostunuz və ya sevgilinizlə sizin aranızda çəkilmiş divar görmək-o adamla aranızda olan bir çox əngəllər aradan götürüləcəkdir.

Yuxuda DİVAR KAĞIZI (oboy)

Yuxuda divar kağızı görən adam gözlənilmədən çox dəyərli bir əşyasını itirəcəkdir. Tüccar olanların belə yuxudan sonra bank krediti almaları xeyirli sayılmaz. Məmurlar da rəislərini xəbərdarlıqlarına əhəmiyyət verməli, şagirdlər müəllimlərinin sözlərini dinləməlidirlər.

Yuxuda DİVAR SAATI

İşlərin yaxşı gedəcəyinə əlamətdir. Saatı yatmış görmək isə xeyrə yozulmaz, ölüm xəbəri sayılır.

Yuxuda DİYİRCƏKLİ KÜRSÜ

Röyada diyrcəkli kürsü almaq, yaxud rahat bir kürsüdə oturub dincəldiyini görmək-bir sənət sahibinin öz peşəsində uğur qazanacağına; ərə getməmiş qadın üçün-kübar dairələrdə yüksək mövqe sahibi olan bir adamla ailə quracağına; ərli qadın üçün-hazırkı durumunu daha da yaxşılaşacağına yozulur.

Yuxuda DİLƏNÇİ

Röyada dilənçi görmək və ya sədəqə vermək-cavan kişi üçün yaxın vaxtlarda qiymətli bir dost qazanacağına; orta yaşlı bir adam üçün cansıxıcı itkiyə əlamət sayılır. Bu yuxu gənc qadın üçün yaxın zamanda hər hansı bir təklif olacağına, evli deyilsə, ona evlənmə təklifi ediləcəyinə, yaxud dalğınlığından peşmanlıq duyacağı anlamına gəlir. Röyada bir dilənçıyə yardımda bulunmaq-mirasa qovuşacaq, durumunuz düzələcək və eşqdə xoşbəxt olacaqsınız. Yuxuda dilənçiyə sədəqə verməmək-o anda əlinizdə olan işdə uğur qazanmayacağınızı göstərir. Bir dilənçiylə birlikdə çörək yemək-öz dairələrinizdə sayılan adam olacaq və çoxlu dost qazanacaqsınız.

Yuxuda DİPLOM

Röyada diplom almaq-poçt vasitəsilə sevindirici bir xəbər alacaqsınız. Çərçivəyə alınmış və divardan asılmış diplom görmək-uzun səfərlərə çıxacaq və işinizdə yüksələcəksiniz.

Yuxuda DİRSƏK

Yuxuda dirsəyinizin sıyrıldığını görmək-gedişatınız dəyişdirmədikcə xoşagəlməz işlərə qarşılaşacaqsınız.

Yuxuda DİŞ

Röyada diş çeşidli yozumlarla incələnir: Üst çənədəki ön dişlər-ananı, atanı, böyük əmini; sağ tərəfədə olan-atanı; sol tərəfdəkidişlər isə əmini bildirir. Öndəki dörd dişin arxasında olan sivri dişlər röya sahibinin əmisi oğluna, yaxud da iki yaxın dostuna işarədir. Bu sivri dişlərin arxasında gələn göz dişləri ailə üzvlərinə, həyat yoldaşına və evin möhtərəm böyüyü anlamına uyğun gəlir. Göz dişini ardında bulunan dişlər isə dayılar və onların oğullarıdır. Azı dişlər babalar, yaxud da sevilən, oyünülən kiçik oğlan nəvələrdir. Alt çənədəkidişlər ana tərəfdən qadın qohumlara işarədir.İki alt, iki üst çənədəolan dörd ön diş-röya sahibinin öz törəmələri olan uşaqlardır. Alt çənədəki iki ön diş xalalardır. Əgər röyanı görənin anası və xalası yoxdursa, o dişlər onun iki balası və balaca qızlarıdır. Alt çənədəki sivri dişlər yuxu sahibininqaynatası və ya həyat yoldaşının atasıdır. Göz dişlərinin arxasındakı dişlər hörmətli, izzətli adamlara işarədir. Azı dişlərailədən uzaqda olanları, nənələri və sevimli kiçik qız nəvələri bildirir. Yuxuda dişlərdən birini sallanması-xəstəliyə əlamətdir, düşməsi isə-o diş kimi bildirirsə, həmin adamın ölümünə, yaxdu da izsiz-soraqsız itkin düşməsinə işarə sayılır. Diş çıxarıb onu görmək-röya shibi qohumu olan bir yaxınından o dişin dəyəri qədərində vara yetişəcək. Dişlər çürüyüb görünməz olarsa, o dişin bildirdiyi adama pislik gələr. Ön dişləri normadan uzun və ya qısa görmək-röya sahibinin atası və ya əmisi dünyada çox böyük çətinliklərlə qarşılaşacaq. Bütün dişlərini sallanan görmək-ailə üzvləri arasında çəkişməyə və qovğaya işarədir. Ön dişlərini çürüməsi digərlərinə də zərər vermişsə-yuxu görənin həyat yoldaşının əxlaqsız olmasına işarə sayılır. Dişlərinin qamaşdığını görmək-ailədən yardım gözləmək hədərdir. Röyada çəkib çıxartdığı dişi dəyişmək-gəlirli bir ticarətlə məşğul olmağa yozulur. Damağında qızıl və gümüş dişlərin çıxması-bədbəxtliyə və xəstəliyə işarə sayılır. Artıq diş görmək-röya sahibi gözünü, qulağını, burnunu, ümumiyyətlə, dişlərindən birini itirəcəkdir.

Yuxuda DİŞ FIRÇASI

Əgər qadın yuxuda diş fırçası görərsə, başına üzücü bir olay gələcək. Kişi üçün bu yuxu-yaşayışında bir qayda-qanun, səliqə-səhman yaratmağıngərəkliyinə yozulur.

Yuxuda DİŞ HƏKİMİ

Pul baxımından ziyana düşəcəksiniz.

Yuxuda DİŞLƏMƏK, GƏMİRMƏK

Röyada dişiylə bir şeyi gəmirən adam hiylə yapar. Röyada öz ətini dişləyib qoparan adamın fitnə-fəsadçı olduğu bəllənir. Dişlənən yerdən qan çıxması-günah içində olmağa işarədir. Yuxuda bir adamı dişləmək-röya sahibini ömrü fərəh və xoşbəxtlik içində keçəcək, ancaq gözü və ya ürəyi zəifləyəcəkdir.

Yuxuda DIRMANMAQ

Röyada bir yoxuşa, təpəyə dırmanmaq, yaxud nərdivanla yuxarı çıxmaq-cavan oğlan üçün bu yuxu-başarılması çox çıtin işlərə; yetgin yaşdakılar üçün-səadət və rifaha gedən yolun tapıldığına; subay qız üçün-yad məmləkətdən yabancı birisiylə təhlükəli tanışlığa yozulur. Nərdivan və ya dairəyə dırmanmaq-gözlənilməz və ani bir uğur qanacağınıza işarədir.

Yuxuda DIRMIQ

Tarla işlərində istifadə edilən dırmıq-kədər və üzüntüyə işarə sayılır.

Yuxuda DIRNAQ

Yuxuda dınaqlarını çox biçimli bir halda görmək-səhhətinizin mükəmməl olduğuna işarədir. Qopmuş dırnaq-səfalətə, fəqirliyə yozulur. Çirkli və uzun dırnaq-pul və mal itkisi kimi açıqlanır. Dırnaq kəsmək və ya düzəltmək-çətin və yorucu işlərlə qarşılaşacağınızı göstərir. Manikürlü dırnaqlar-eşq acılarıyla qıvrılmaqda olduğunuza əlamət sayılır.

Yuxuda IRNAQ LAKI

Bəzək-düzəyə həddən artıq aludəçiliyə və bunu dost-tanış tərəfindən yaxşı qarşılanmadığına işarədir.

Yuxuda OVŞAN

Yuxuda dovşan-bir qadınla dostluq edəcəyinizə işarə sayılır. Əgər dovşan qaçırsa və arxasından güllə atırsınızsa, bu- tez-tez aldadılacağınıza əlamətdir. Ovda dovşan vurmaq-şad bir xəbərdən sonra kiçik bir kədərlə də qarşılaşacağınızı göstərir.

Yuxuda DODAQ

Röyada qarşı cinsdən birinin dodaqlarını görən qadın və ya kişi özünə ən uyğun olan həyat yoldaşı seçmiş və onunla gözəl bir həyat yaşayacaq deməkdir. Yuxuda öz cinsinizdən birinin dodaqlarını görmək-haqqınızda mənasız və pis söz-söhbət getdiyinə yozulur.

Yuxuda DODAQ POMADASI

Yuxuda bir qadını dodağını və ya yanağını boyadığını görmək-yaxın günlərdə gözəl bir surprizlə qarşılaşacaqsınız.

Yuxuda DOLAB

Röyada dolab və ya qarderob almaq, yaxud satmaq-bir evdən digər evə köçməyə işarədir. Qarderobuniçi boşdursa, lüzumlu bir iş üçün gözləniləndən də artiq pul sərf ediləcək. Dolab köhnə pal-paltarla dolu olarsa, qonaq gələcək. Paltaryeni və qəşəng görülərsə, röya sahibi dünya miqyasında şöhrətli bir adam olacaqdır.

Yuxuda DOLMA QƏLƏM

 (avtoqələm)-Dolma qələmlə yazı yazmaq-peşədə, sənətdə uğur qazanacaq. Bu yuxu-evlənməmiş qadın üçün bir dostu ilə onun qovğa edəcəyinə; ərli qadın üçün isə-məktubunun itməsindən çox üzüləcəyinə yozulur.

Yuxuda DOLÇA

Etibarınızın geniş ölçüdə artacağına işarə sayılır.

Yuxuda DONDURMA

yuxuda dondurma yemək-eşqdə uğur qazanmağa işarədir. Dondurma almaq-maliyyə işlərində bic və ayıq hərəkət etdiyinizə, yerində qərarlar verdiyinizə yozulur. Dondurma satmaq-bir il ərzində işinizdə yuksələcəyinizi bildirir.

Yuxuda DONUZ

Röyada donuz görən adam fitnəkar, pis adamlarla dostluq edir. Donuz öldürmək-günahkar bir adamın cəzasını vermək deməkdir. Donuz əti yeyənin əlinə haram mal keçəcək. Özünü donuz olmuş görən-xalq içində alçalar, donuza minən-var-dövlət qovuşar, düşmənini məğlub edər.

Yuxuda DOST

Röyada dost görmək xeyrə əlamətdir. Yuxuda dost qazanmaq-geçək həyatda da dost qazanılacağını göstərir. Röyada bir dosta yaxşılıq etmək və ya bir dostunuzun sizə yaxşılıq etməsi-geçək həyatda da bir dostunuza yardım edəcək və ya dostunuzdan yardım görəcəksiniz. Bir dosta hədiyyə almaq-həyatınızın vacib anlarında anılacaq, unudulmayacaqsınız.

Yuxuda DÖVLƏT BAŞÇISI

Röyada məmləkətinizin dövlət başçısını görmək-ruziniz artacaq, evinizdə bolluq və bərəkət olacaq, işləriniz çox düzgün gedəcəkdir.

Yuxuda DÖRD YOL AĞZI

Röyada dörd yolun birləşdiyi bir nöqtədə durmaq-hər kəsin həyatında mühüm bir dönüş nöqtəsini və bu dönüş nöqtəsinin seçiləcək istiqamətə görə yaxşı və ya pis olacağını bildirir. Yola ağzında istiqamət göstəriciləri, yəni işarələr mövcudsa, röya sahibi seçəcəyi yol üçün heç kəsdən nəsihət almayacaq, heç bir yardıma ehtiyacı olamayacaq, doğru yolu ancaq özü arayıb tapacaqdır.

Yuxuda DÖŞƏK

Rğyada döşək-kişinin ən yaxını olan arvadına işarədir.Öz döşəyini satmaq-arvadı boşamağa, arvadı xəstə isə-onun ölümünə yozulur. Döşəyin üstündə donuz görmək-bədniyyət bir adam yuxu görənin arvadına qarşı xəyanətkar bir qəsddədir. Döşək-röyada kişinin arvadına, qulluqçusuna, yaxud oynaşına işarə olub, o kişinin rahat həyat sürəcəyini birdirir. Döşəyin yumşaq olduğunu görmək-röya sahibinin arvadı itaətkar və ciddi qadındır. Döşəyin genişliyi-qadının yaradılış etibarilə gözəlliyinə; döşəyin təzə olması-qadının gəncliyinə və təzəliyinə, yəni bakirə olduğuna işarədir. Döşək yundan, tukdən və ya pambıqdan olarsa, qadın mərifətli və dövlətlidir deməkdir. Döşək ipəkdən və atlasdandırsa, qadının atəşpərəst olduğunu göstərir. Ağ döşək-qadının dindarlığına yozulur. Qara döşək-həyat yoldaşınız Uca Tanrının heç də razı olmadığı bir davranışda bulunmaqdadır.

Yuxuda DÖŞƏMƏ YOL

Röyada döşəmə yol görmək-nəticəsi olmayan işlərin ardinca düçdüyünüzü və bu işləri buraxmağın gərəkliyini göstərir. Döşəmə yolda minikdən düşmək isə xeyirli bir xəbər anlamına gəlir.

Yuxuda DUA

Röyada özünüzü dua edərkən və ya ibadət məqamındagörmək-səhhətinizin çox yaxşı olacağını, həyatınızın səadət içində keçəcəyini bildirir.

Yuxuda DUVAQ

Murada çatmaq.

Yuxuda DUEL

Yuxuda özünü dueldə dalaşan görmək-röya sahibi uzaqgörən deyil, ətrafındakı təcrübəli adamlarınməsləhətlərinə qulaq asması gərəkdir.

Yuxuda DUZ

Röyada duz-zəhmətsiz mala işarədir. İki düşmən arasında duz görmək-o adamların barışmasını ifadə edir. Duz, eyni zamanda, bir şeylə məşğuliyyətə və xəstəliyə də əlamət sayılır. Bəyaz duz-xeyir və nemətdir. Çörəyi duza batırıb yeyən adam aza qane olar. Yuxuda duz tapmaq-sıxıntı və xəstəlik anlamına gəlir. Duz, bəzən də, arvada, mala, uşağa, halal qazanca yozulur.

Yuxuda DURBİN

Röyada dubin-maraq göstərilən bir məsələninyaxın vaxtda aydınlaşacağını xəbər verir. Durbinə tərs baxmaq isə, üzüntü yaradacaq bir hadisə olacağını bildirir. Durbinin yerə düşüb qırılması-gözlənilməz bir xəbərə yozulur.

Yuxuda DURNA

Yuxuda durna görmək-gücsüz və fəqir bir kimsəyə, toplantl və şirkət qurmağı sevən bir qrup adama yozulur. Yuxusunda durna görən adam uzaq bir yerə yolculuğa (səfərə) çıxar, qürbətdədirsə-vətəninə dönər. Durnaya mindiyini görən adam yoxsullaşacaq. Durna əti və tuku-kasıb bir kimsənin gəlirini ifadə edir.

Yuxuda DUDUK SƏSİ (fit)

Röyada duduk səsi eşitmək çeşidi biçimdə yozulur: Gözətçi fiti-gözlənilməz xəbər. Gəmi fiti-uzun bir yolculuq həsrəti. Futbol hakiminin fiti-uğursuz cəhd. Fabrik fiti-bir işə uğurlu cəhd. Qatar fiti-vətən həsrəti.

Yuxuda DÜYÜN

Bir işin yaxşı sonluqla həll ediləcəyinə yozulur.

Yuxuda DÜKAN

Bir dükanda, ya da mağazada işlədiyinizi görmək-rahat yaşayış imkanı təmin olunacaqdır.

Yuxuda DÜLGƏR

Ümumiyyətlə, xeyrə əlamət sayılmır, pis xəbərə yozulur.

Yuxuda DÜMBƏLƏK (kiçik təbil)

Röya sahibinin şəxsi həyatda yetərincə ciddi davranmadığına işarədir.

Yuxuda DÜŞƏRGƏ

Röyada özünüzü bir düşərgədə görmək-heş bir işdə duruş gətirə bilməyəcəyinizə, avara və mənasız keçən həyatınızın beləcə daha bir müddət davam edəcəyinə işarədir. İş-güc sahibi kamil insanlar üçün bu röya onların həvəsini sönəcəyinə, öz iş-gücündən soyuyacaqlarına yozulur. Əsgərlər üçün bu röya-onların hədəf və qayələrinə yetişmək yolunda böyük inkişaf və yüksəlişə nail olacaqlarını göstərir.

Yuxuda DÜŞMƏK (yıxılmaq)

Röyada yıxıldığını görən adam çox üzülməməlidir, yuxuda yıxılan gec-tez yıxılacaq demək deyil. O, diqqətli hərəkət etməsə yıxıla bilər. Çox yüksəklərdən düşmək-pul xərcləyərkən diqqətli olmasanız və ağıllı hərəkət etməsəniz iş həyatında uğursuzluğa uğrayacaqsınız. Pəncərədə və ya körpüdən yıxılmaq-sağlamlıq qaydalarına və tibbi qadağalara əməl etmədiyiniz təqdirdə səhhətinizin pozulacağı anlamına gəlir. Nərdivandan, yaxud damdab yıxılmaq-işinizə ürəkdən can yandırmasanız, qabağa çəkilmək niyyətində olduğunuz iş, umduğunuz vəzifə başqasına veriləcəkdir.

Yuxuda DÜŞMƏN

Yuxuda düşmən görmək-sizə qarşı inadlı müxalifətdə olanlardan yüsəkdə dayanacaq, daima düşmənlərinizə qalib gələcəksiniz. Kimsə yuxuda sizi özünə düşmən olmuş görərsə, onunla sadiq dost olacaqsınız. Düşmən xeyirli bir vəddə bulunarsa, zərərə uğrayacaqsınız. Düşməni yerə yıxmaq-bir təhlükə gözlənilir. Düşməni əsir etmək-kədər və tasaya işarədir. Ayəti-kəriməyə görə, belə yuxu görən çoxlu günah işləyəcək və bu səbəbdən də həbsə məruz qalacaqdır.

Yuxuda DÜŞMƏNÇİLİK

Birinin röyada kiminləsə düşmənçilik etməsini görməsi-röya sahibi düşmən bildiyi adamı seçib onunla dost olacaq. Allah düşmənləriylə düşmənçilik isə Allah sevgisi anlamına gəlir.

Şərhlər


EmoticonEmoticon

Blogger tarafından desteklenmektedir.

Namaz qilmaq qaydalari

Namaz qilmaq qaydalari namaz qilmaq qaydalari qadinlar namaz qilmaq qaydalari sozleri qadinlar namaz nasil kilinir  nama...

Яндекс.Метрика