1/06/2020

Yuxuda


YUXU YOZMALARI

Yuxuda

Yuxuda

Yuxuda ÜZ (sifət)

Bir kəsin yuxuda öz çöhrəsini gözəl görməsi-işlərinin yaxşı gedəcəyini, müjdə və sevinci ifadə edir. Röyada görülən üz-sarılığa, qısqanclığa və paxllığa, ayrı-seçkiliyə, araqarışdırıcılığa və xəstəliyə işarə sayılır. Yuxuda bədəninin ağ, üzünün qara olduğunu görmək-içiniz çölünüzdən daha sağlam və mənalıdır. Bədəninin qara, üzünün ağ olması-çölünüz içinizdən gözəldir. Üzünün qara olduğunu görən adam çox yalan danışar. Üzünün böyük olduğunu görməkrütbə və yüksk məqamdır. Üzünün qırmızı və tutqun olduğunu görmək-bir bəlaya və kədərə düşəcəksiniz. Üzünün açıq və gözəl olduğunu görən kimsə əxlaqlı və fəzilətli adamdır. Üzünün çirkin olduğunu görmək-pisliyə, rüsvayçılığa yozulur. Üzünün çatlayıb yarıldığını görmək-röya sahibinin həyasızlığına işarədir.

Yuxuda ÜZƏNGİ

Üzəngi ilə ilgili yuxular murada çatacağınıza yozulur.

Yuxuda ÜZMƏK

Yuxuda dənizdə üzdüyünü görən cavan oğlan yad bir məmləkətdə ürəkaçan uğurlar qazanacaqdır. İki sevgilinin dənizdə bərabər üzməsi-gözlənilən bir fəlakət və faciənin onları izləməkdə olduğunu göstərir.

Yuxuda ÜZÜK

Xeyrə yozulur.

Yuxuda ÜZÜM

Röyada üzüm-gözəl və bol ruzidir. Yuxusunda yerdən bir salxım üzüm qaldırdığını görən adam nir qadın tərəfindən çoxlu mala sahib olacaq. Ağ üzüm-xeyrə, şəfaya; qara üzüm-kiçik faydaya işarədir. Lakin bu röyalar üzüntüyə və kədərə də yozula bilir. Röyada yerə düşən üzümü qaldırmaq-az gəlirə, mənfəətə yozulur. Yuxuda təzə üzüm görmək-xeyrə və qadın vasitəsilə əldə ediləcək gəlirə işarədir. Başqa yozumlara görə, yuxuda üzüm-halal ruzini, dostluğu və sevgini də ifadə edir. Üzüm yemək-şərab içmək və a comərd bir adam tərəfindən əldə ediləcək ruzi anlamına da gəlir. Üzüm sıxmaq-bolluğa, xoşbəxtliyə, şadlığa, sevincə əlamət sayılır.

Yuxuda ÜZÜM BAĞI

Yuxuda üzüm bağı, ümumiyyətlə, xeyrə yozulur. Aşağıdakı yozumlara bölünür: -bağda dolaşıb üzüm toplamaq-fərəhli və nəşəli istirahətə. -bağdan gizlicə üzüm oğurlamaq-umulmayan yedən gözlənilməz bir yaxşılıq. -bağda üzümü torpağıyla birlikdə yığmaq-əyləncəli bir toplantıya. -bağda üzüm urası-yaxın vaxtlarda gerçəkləşəcək toy-düyünə. -bağdan salxım-salxım üzüm vermək-xeyirli və şad xəbərə yozulur.

Yuxuda ÜZÜM TƏNƏYİ

Bolluq, varlıq kimi yozulur. Üzüm tənəyi (meynəsi) yuxuda onu basdıran və yetişdirən adam üçün ən böyük şərəf hesab edilir. Üzüm tənəyi-zəngin və şərəfli bir qadına da işarədir. Röyada budanmış üzüm tənəyi aldığını görən kimsə şərəfli və möhtərəm bir qadından mal sahibi olacaq.

Yuxuda ÜYÜTMƏK

Röyada buğda və ya rapa uyutmək-yeni və sevinc dolu xəbərlər alacaqsınız.

Yuxuda ÜLGÜC

Yuxuda ülgüc-oğlan uşağına yozulur. Ülgüclə bir şey kəsmək-başladığınız iş yarımçıq qalmayacaqdır. Ülgüclə ət doğramaq, yaxud heyvan yaralamaq-camaatın zəhləsini töküb rahatsız etməyə, pis sözlərə işarədir. Ülgüc-kinə, düşmənçiliyə, kədər və iztirab verən acı dilə də yozulur.

Yuxuda ÜNNAB AĞACI

Xoşbəxtliyə və sevincə yozulur.

Yuxuda ÜRPƏRMƏK

Kiçik bir rahatsızlığa işarədir.

Yuxuda ÜSYAN

Röyada bir üsyan olayı görmək-röya sahibi yaxın vaxtlarda dostlarının onun haqqında yaydığı dedi-qodulardan xəbər tutacaqdır. Üsyan uğursuzluqla sona çatmışsa, röyanı görən pis bir xəbərlə qarşılaşacaqdır.

Yuxuda ÜTÜ

Yuxuda isti ütü görmək-çox zəkalı olduğunuza, ancaq zəkanıza gərəyindən artıq güvəndiyinizdən zərər gördüyünüzə yozulur. Dərzi ütüsü-xoş xəbərdir. Bir şey ütüləmək-işlərinizin düzələcəyinə işarədir.

Yuxuda ÜFLƏMƏK

Röyada ocağı, ocaqdakı qoru üfləmək-gizlin işin aşkar olacağına, sirr saxlayan adama sirr açnağa işarədir. Yemək bişirmək üçün ocağı üfləmək-mənfəət məqsədiylə bir şeyi göz altına almağa yozulur. Allahın əmriylə Əzrayıl surunun (şeypurunun) üflənməsi-bu səsi yalnız röya sahibi eçitmişsə, iztirablı xəbər təkcə ona aiddir; camaat da eşitmişsə-bütün xalqın sıxıntı və qərarsızlıq içində olacağına yozulur.

Yuxuda ÜŞÜMƏK

Cavan oğlanın yuxuda üşüdüyünü görməsi-həyatda uğu qazanmağa əngəl olan səbəbləri başqasında yox, özünüzdə axtarmalısınız. Daha yaşlı adamlar üçün bu röya-əvvəllər əlinizdən çıxmış bir xətanın qarşınıza çıxacağına, lakin zəka və incə düşüncəylə hərəkət edərək, bunu öz yoluna qoya biləcəyinizə; evli qadınlar üçün-kiçik bir qəzadan qurtulmağa işarədir.

Şərhlər


EmoticonEmoticon

Blogger tarafından desteklenmektedir.

Namaz qilmaq qaydalari

Namaz qilmaq qaydalari namaz qilmaq qaydalari qadinlar namaz qilmaq qaydalari sozleri qadinlar namaz nasil kilinir  nama...

Яндекс.Метрика