YUXU YOZMALARI
Yuxuda
Yuxuda YABA
Böyük bir zəhmət və sıxıntı içinə düşəcəyinizə yozulur.
Yuxuda YABANCI (yad)
Röyada bir yabancı ilə tanış olmaq-yeni bir iş imkanı ələ düşəcəkdir.
Yuxuda YAQUAR
Uğur, müjdə işarəsi sayılır.
Yuxuda YAQUT
Yuxuda yaqut görmək-firəvanlıq, şadlıq işarəsidir. Yaqut qaşlı uzuk taxmaq-gözəlliyə, şan-şöhrətə yozulur. Yaqut daşı tapmaq-əlinizə mal keçəcək. Kasıblar üçün bu röya-qüvvətli olmağa, xəstələr üçün cəhənnəmdən qurtuluşa işarədir. Əlində yaquta bənzər bir daş olduğunu görən kimsə soyca şərəfli olmadığı halda, əsil-nəcabət iddiasında olar.
Yuxuda YAĞ
Böyük bir xoşbəxtliyə doğru addımlamaqda olduğunuzu göstərir.
Yuxuda YAĞIŞ
Zərər vermədiyi təqdirdə yuxuda yağış-xeyrə və bolluğa yozulur. Bəzən də yağış-qorxulu bir şeyin olacağını, vəd edilən sözün yerinə yetirilməməsini, müsafir olanın səfərinədn geri qalmasını bildirir. Yuxusunda yağışın yalnız öz evinə yaödığını görən adam xeyrə, xeyirxahlığa çatacaq. Yağışın şəhərin hər yerinə yağdığını görmək- o yerin xalqının xeyirxahlığını və xeyirini ifadə edir. Yağış suyundan içmək-su saf və durudursa, röya sahibi xeyirə qovuşacaq. Yağış suyu bulanıq olarsa, bu sudan içən xəstə olar. Göydən qan, daş-torpaq yağması-zülmü, bəzən də ucuzluq olacağını göstərir. Yağış yağması və sel olub qabağına gələni düzləməsi-hökmdar tərəfindən o yerdə ortaya çıxacaq fitnə-fəsada işarədir. Əkin-biçin adamlarının yuxuda yağış görəməsi-müjdə, ucuzluq və bolluq deməkdir.
Yuxuda YAĞMURLUQ (geyim)
Heç tanımadığınız bir adamın iş həyatında sizə böyük arxa və kömək olacağına işarədir.
Yuxuda YAD MƏMLƏKƏT
Cavan oğlanın yuxuda yad bir məmləkətdə olduğunu və heç yeri tanımadığından çaşqın-çaşqın boylandığını görməsi-vasitəçi və tərcüməçi olmadan həlli müşkül bir işlə qarşılaşmağa yozulur. Orta yaşlı adam üçün bu röya-təcrübəsi olamasa da, gözəl bir işi idarə etmək üçün təklif alacağına; daha yetgin yaşda olanlar üçün-dostlara və yoldaşlara güvənmədiyindən, işin pozulacağına və çətin duruma düşməyə işarədir.
Yuxuda YAZI YAZMAQ
Röyada yazı yazma-hiyləni; yazı yazanı görmək isə-hiyləgər bir adamı ifadə edir. Öz yazısını çirkin olduğunu görən adam günahlarından tövbə edər. Kitab yazdığını görən, lakin onu tamamlaya bilməyən kimsənin işləri yarımçıq qalar. Yuxuda yazı yazmağa çalışmaq, lakin gözəl xətlə yaza bilməmək-röya sahibi qorxu və zəhmət içində olsa da, sonda gözəl nəticələr əldə edəcək. Bir kağız üzərində yazı yazmaq-mirasa qovuşmaqdır. Yuxuda sol əliylə yazı yazan adamın zina yoluyla bir cocuğu doğulacaq və bu uşaq böyüyüb şair olacaqdır. Röyada kitab yazdığını görən kimsə yüngül bir xəstəlik keçirəcəkdir.
Yuxuda YALAQ
Bərəkətə yozulur.
Yuxuda YALAN
Röyada yalan danışmaq və ya yalandan şahidlik etmək-birisi haqqında iftira və pis söz söyləmək kimi yozulur.
Yuxuda YALIN AYAQ
Röyada birisini yalınayaq görmək-yoxsulluq əlamətidir.
Yuxuda YALTAQ, YALANÇI
Ətrafınızı saran yalançı, hiyləgər və şarlatan adamların pisliklərindən özünüzü qorumağın vacibliyinə işarədir.
Yuxuda YANAQ
Yanaq yuxuda-xeyrə, bolluğa və bərəkətə, bəzən də üzüntüyə, kədərə və xəstəliyə işarədir. Qırmızı və ətli yanaq-rütbə və məqama, xəstəlikdən qurtulmağa, qismətə, sevincə yozulur. İki yanaq-gözəlliyi və ya sevimli bir şeyi, ya da o yanaqları öpəcək adamı ifadə edir. Sarı və ya qara yanaq-qorxu, üzüntü və etibardan düşmək anlamındadır.
Yuxuda YANĞINSÖNDÜRƏN
Yuxuda yanğınsöndürən görmək-bir sıxıntıdan qurtulub fərəhə,əmin-amanlığa qovuşacağını xəbər verir. Əgər yanğınsöndürən bir yanğına su atırsa, röya sahibi böyük bir bəladan qurtaracaq, gözləmədiyi bir vaxtda ummadığı bir adamdan yardım görəcəkdir.
Yuxuda YAPALAQ
Röyada yapalağın oxuduğunu eşitmək-birisi tərəfindən aldadılacağınıza işarədir.
Yuxuda YAPIŞQAN
Yuxuda yapışqan görmək-bir müşkülü həll edən ustad və xalq arasında barışıq, mehribançılıq yaradan ağsaqqal bir adam anlamına gəlir. Yapışqan, eyni zamanda, oğru və çapqınçıların yaxalanması kimi də yozulur.
Yuxuda YAPON
Röyasında yapon görən adam əgər subaydırsa, həyatını sadiq və müşfiq birisi ilə birləşdirəcəkdir. Evli üçün də bu röya xeyrə yozulur.
Yuxuda YAPON GÜLÜ (kameliya)
Böyük bir səyahətin xəbərçisi olaraq yozulur.
Yuxuda YARA
Yuxuda yaralandığını, üst-başını qanlı görmək-yaxın dostları röya sahibini pis və şərəfsiz bir iş tutmaqdan çəkindirəcəklər. Qadının belə röya görməsi-sevgilisinin və ya ərinin onu aldatdığına işarədir. Yaradan qan axması-yoldaşlarınızdan biri sizi lağa qoyub gülünc duruma salacaqdır.
Yuxuda YARALANMAQ
Röyada bir adamı yaralamaq-yaralayan qəmə-qayğıya, kədərə dücar olacaq, yaralanan da sıxıntılara məruz qalacaqdır. Bu röya yaralayanın zərərinə, yaralananın kininə işarədir.
Yuxuda yarasa gormek nedir
Yuxuda yarasa görmək-korluğa, sapıqlığa, yoldan azmağa işarədir. Yarasa-gizlicə qeyri-əxlaqi işlər tutmağa və o işlərin aşkara çıxacağına yozulur.
Yuxuda YARIŞ
Röyada bir yarışda iştirak etmək və yarışı udmaq-uğur qazanacağınıza; uduzmaq-peşmançılığa yozulur.
Yuxuda YARMA
Yuxuda yarma və yarma halvası görmək-ölüm xəbəri kimi yozulur.
Yuxuda YARMARKA
Yuxuda yarmarka görmək-geniş miqyaslı bir alış-verişə girəcəyinizə və bu işdən qazanc əldə edəcəyinizə işarədir.
Yuxuda YASTIQ
Yuxuda cavan oğlanın yumşaq bir yastığa dirsəklənib istirahət etməsi-yaxın vaxtlarda onun əlinə fürsət düşəcək və ən kəsə yolla bolluğa və xoçbəxtliyə qovuşacaqdır. Yaşlı adamlar üçün bu röya-xoş və əyləncəli bir istirahətə; subay qadın üçün-pullu bir kişiylə birləşməyə; evli qadın üçün-qiymətli bir dost qazanmağa, yaxud rəsmi bir toplantıya dəvət edilməyə yozulur.
Yuxuda YATAQ
Yeni bir könül macərasına işarədir.
Yuxuda YATAĞAN (qılınc)
Şan, şərəf, etibar rəmzi kimi yozulur.
Yuxuda YAXA
Yuxuda paltarın yaxası-sərvətə və mala; yaxasının bürüşük və əzik olması-zərərə işarədir.
Yuxuda YAXI
Röyada yaxı görmək-sağlamlığınıza diqqət yetirmədiyinizi göstərir.
Yuxuda YAXTA VƏ KATER
Heç vaxt yaxtaya minməmiş adamın yuxuda yaxtaya minməsi xeyirli röyalardandır. Cavan oğlan üçün bu röya-ani və sürətli bir dəyişiklik nəticəsində qazanacağı xoş gələcəyin müjdəsidir. Yaşlı adam üçün-işlərində uğur qazanmağa; ərə getməmiş qızlar üçün-zəngin, lakin yaşlı bir adamla evlənməyə; evli qadın üçün-zəngin və moderi bir həyata yozulur.
Yuxuda YAXŞILIQ
Röyada yaxşılıq edən və bir fəqirə əl tutub yardım etdiyini görən adam şad bir xəbər alacaq, dövlətli olacaqdır.
Yuxuda YAŞILLIQ
Röyada göz işlədikcə uzanan yaşıllıq görmək-uzunömürlü bir dostluq və ululuq, böyüklük anlamındadır. Bir qız bu röyanı görmüşsə, tanıdığı və sevdiyi bir adamla tezliklə ailə quracaq. Özünü yuxuda yaşıl libasda görmək-şərəfə, ululuğa işarədir.
Yuxuda YAŞMAQ
Qadınların yuxuda yaşmaq görməsi-gözəl bi xəbəri ifadə edir. Ərə getməmiş qadınlar üçün bu röya-ərə getməyə, səadətə, ərinin çox zəngin olacağına yozulur.
Yuxuda YEZNƏ
Yeznəsi olmayan birisinin yuxuda yeznə görməsi-düşmənlə mübarizədə qələbə çalmağa, hər cür qorxu və əndişədən qurtarmağa yozulur.
Yuxuda YEYƏ (törnü)
Yaxın vaxtlarda sıxıntılardan qurtulacaqsınız.
YEL XƏSTƏLİYİ (revmatizm)
Röyada yel xəstəliyinə tutulduğunu görmək-qarşıda sizi sıxıntılı günlər gözləyir deməkdir.
Yuxuda YELKƏN
Yuxuda gəmi yelkəni görmək-röya sahibinin səltənət və ya dövlət başqanlığıyla ilgili olmasına işarədir. Özünə yelkən hazırlandığını görmək-röya sahibi səltənətə, qüdrətə və şərəfə yetişəcək. Bu yuxunu görən hökmdardırsa, o, qüvvətli bir ordu yaradaraq güclü bir düşməndən əmin olacaq, vara, qüdrətə, ucalığa yetişəcəkdir.
YELKƏNLİ QAYIQ
Diləklərinizin gerçəkləşəcəyinə yozulur.
YELPAZƏ (yelpik)
Yuxuda yelpazə görmək-rahatlığa, sıxıntılardan qurtarmağa, yoxsulluqdan çıxıb zəngin olmağa yozulur. Xurma yarpağından yepazröya sahibinin arvadına və ya uşağına işarədir.
Yuxuda YEMƏK BİŞİRMƏK
Yuxuda ocaqda yemək bişirmək-həsrətinizə qovuşacaqsınız. Bişmiş yeməyin üstünə su əlavə edərək ət bişirmək-bütün istəkləriniz yerinə yetəcək, xalq arasında şöhrət qazanacaqsınız. Qoyun ətindən xörək hazırlamaq-halal ruziyə, xoş, firəvan güzərana, gözəl yaşayışa işarədir. Sığır ətindən yemək bişirmək də eynilə yozulur. Yırtıcı heyvanların ətini bişirmək-zalım bir bölgəyəvali olmağı; köpək əti bişirmək-alçaq bir məmuriyyəti; köpək əti yağda bişirilərsə-haram malı; ət yağsız isə-yoxsulluğu, sıxıntını, qanuni olmayan qazancı; quş əti bişirmək-halal qazancı ifadə edir.
Yuxuda YEMƏK BORUSU
Bir müddət sıxıntı keçirdikdən sonra bolluğa qovuşacağınıza işarə sayılır.
Yuxuda YEMƏK YEMƏ
Röyada xörək yemək-nə cavanlar üçün, nə də yaşlılar üçün yaxşı röya sayılır. Bəzi xırda-para narazılıqları ifadə edir. Çeşid-çeşid yemək görmək-sosial durumda bir dəyişikliyə; ət yeməkləri-yoxsulluqdan qurtulub zəngin olmağa; bəyaz, səbzəli yeməklər-ərzağa, yeyəcək şeylərinə; turş və sarı rəngli yeməklər-xəstəliyə işarə sayılır.
Yuxuda YENİ İL
Yeni illə ilgili röyalar nişanlı olmağa, evliliyə, eşqə-sevgiyə yozulur.
Yuxuda YENİLGİ (məğlubiyyət)
Yuxuda hər hansı bir məsələdə yenildiyini görmək-həmin məsələdə üstün gələcəyinizə yozulur.
Yuxuda YENİÇƏRİ
Şan-şöhrətə, etibar və uğura işarədir.
Yuxuda YER QAZMAQ
Torpaq qazan bir adamı yuxuda görmək-işdə uğur qazanılacağına işarə sayılır. Cavan oğlan yuxuda torpaq qazdığını görərsə, bu-hardasa başqa yerdə onu böyük var-dövlətin gözlədiyinə yozulur. Yaşlı adam üçün belə röya gözlənilməz dəyişiklik; qadın üçün-bundan sonra hər işdə bəxtinin gətirəcəyi kimi mənalandırılır.
Yuxuda YERƏ BATMAQ
Röyada yerə batmaq-hökmdar tərəfindən meydana gələcək qorxu və təhdidə yozulur. Yerə batdığını görən adam əzaba düşəcək. Heç bir çuxur olmasa da, yerə batdığını və çox dərinə getdiyini görən və ordan çıxa bilməyəcəyini anlayan adam aldadılacaqdır.
Yuxuda YERİMƏK
Yuxuda əyilmədən, dümdüz yerimək-bəd əməllərdən kənar və doğru yolda olduğunuza işarədir. Ayaqyalın yerimək-üzüntü və kədərdən qurtulmaqdır. Əlində bir icra sənədi küçələrdə gəzib-dolaşmaq-vəzifədə irəli çəkiləcəksiniz. Yuxuda yerimək-qorxuya, təhlükəyə və qəzavü-qədərə sinə çəkərək yolçuluq etməyi də ifadə edir. Tək ayağı üstündə yerimək-var-dövlətin və ömrün yarısının getdiyinə işarədir.
Yuxuda YERKÖKÜ
Yuxuda yerkökü yemək sağlamlığınızın çox yaxşı olacağını göstərir. Kök yetişdirmək və ya toplamaq-işinizdə, sənətinizdə daima uğurlar qazanacaqsıb\nız. Bazara gedərkən kök almağı da nəzərdə tutmaq-çox xoş bir toplantıda şərəflə qarşılaşacağınızı xəbər verir. Röyada əlində yerkökü olduğunu görmən adama çətin görülən iş asanlaşacaq.
Yuxuda YETİM
Röyada bir yetimi əzizləmək və ya bir hədiyyə verərək onu sevindirmək-xeyirli bir işə girişərək çoxlu qazanc əldə edəcəksiniz. Yetimi ağlatmaq-işlərinizin pozulacağına işarədir.
Yuxuda YƏHƏR
Röyada yəhər almaq və ya bir yəhərə sahib olmaq-üç qadınla ayrı ayrı evlınməyə işarədir. Yəhər heyvanın sırtında deyilsə, qadına işarədir. Yəhərinə köpək və ya donuz mindiyini görmək-əxlaqsız bir adamın həyat yoldaşına göz dikəcəyinə; yəhər-eyni zamanda, əsilzadə və gözəl qadına yozulur. Özünü yəhərə minən görmək-yuxu sahibi hər işində müvəffəq olub uğurlar qazanacaqdır. Yəhərini sınmış görmək-röya sahibini özü və ya arvadı vəfat edəcək. Atın yəhərini almaq-ayrılığa və ya xoşagəlməz bir sözə yozulur. Yəhər bəzən mala, var-dövlətə də işarə sayılır.
Yuxuda YƏHYA ƏLEYHİSSƏLAM
Yəhya peyğəmbəri yuxuda görmək-röya sahibini yasaqlardan qaçındığına, dinə sıx bağlılığına, günah işləməkdən qorunacağına, var-dövlətə yetişəcəyinə işarədir.
Yuxuda YIRĞALANMAQ
Yuxuda boşluqda, yəni havada yırğalanmaq, sanki uçmaq-həyatda birdən-birə yüksələcəyinizə, etibarınızın artacağına işarədir. Üzmədən suyun üzərində ləngərlənib yırğalanmaq-könül xoşluğuna, fərəhə və səadətə əlamət sayılır.
Yuxuda YIRTMAQ
Yuxuda hirslənib öz paltarını, geyimini cırıb-tökmək-röya sahibi dindardırsa, mövqeyində yüksələcək, dindar deyilsə, qayğıya, sıxıntıya düçar olacaq.
Yuxuda YIXILMAQ
Röyada bir evin yıxıldığını görmək-ölümə işarə sayılır. Bir köhnə binanın və ya öz evinin yıxıldığını görmək-sıxıntıya, qəm-qüssəyə yozulur. Bir qadın yaşadığı evin tavanının uçduğunu görərsə, əri öləcək.
Yuxuda YOZUCU (yuxu yozan)
Yuxuda röya yozucularını görmək-məhzun olanın sevinəcəyinə, çadlıq içində olanların isə məhzun həyata keçəcəyinə, itgin düşənləri barədə bir xəbər bilmək istəyənlərin həmin adamlar haqda xəbər tutacaqlarına işarə olaraq qəbul edilir.
Yuxuda YOL
Röyada uzanıb gedən yol görmək və ya uzun asfalt yolla yerimək-işlərinizdə böhranlı və sıxıntılı bir dövrün yetişdiyinə və buna görə də bir qərara gəlməyin, diqqətli və ehtiyatlı olmağın gərəkliyinə işarə sayılır. Dağlar arasında geniş yol görmək-hər cür narahatlıq və sıxıntıdan qurtulmağa, yaxud uzun bir yolçuluğa yozulur.
Yuxuda YOLDAN SAPMAQ
Yuxuda birinin doğru yoldan sapdığını görmək-o kimsənin haqqdan ayrılmasına, din və məzhəbində yolunu azmasına, doğru yoldan çıxmağa, sapıqlığa, eyni zamanda, doğru yola meyl etməyə işarədir. Röyada yolunu itirən adam pis işlərlə məşğul olar.
Yuxuda YOLDAN ÇIXARMAQ
Yuxuda oğlanın gənc bir qızı yoldan çıxardığını görməsi, onun xəyallar içində üzdüyünü və gerçək həyata qayıtmağın gərəkliyini göstərir. Yoldan çıxarıldığını görən cavan qız isə muradına çatacaq.
Yuxuda YONCA
Röyada yonca xeyrə yozulur. Cavan oğlanın özünü yoncalıqda gəzən görməsi-sevdiyi yeni həyat yolunda uğur qazanmaq üçün yaxşı bir imkan olduğuna öşarədir. Yaşlı adam üçün bu röya-işlərində gözlənilməz bir uğur və bolluq; gənc qızlar üçün-varlı, lakin təcrübəsiz birisinə ərə getmək; evli qdınlar üçün-iqamətgah dəyişikliyi və ya baö evinə köçmək anlamındadır.
Yuxuda YORĞAN
Yuxuda yorğan görmək-rahatlıq, qüvvət, əmniyyət, dinclikvə istirahət anlamındadır. Gənc qızların yorğan görməsi-onları gözləyən xoş gələcəkdən xəbər verir. Qadınkar üçün bu röya-çıxdan görmədiyi bir dostuyla görüşüb qovuşmağa işarədir.
Yuxuda YOX OLMAQ
Röyada yox olmaq, itmək-hər cürə fayda və mənfəətdən uzaq qalmağa, xəstəliyə, həsədə, məhsulun bərəkətsizliyinə işarə sayılır.
Yuxuda YOXUŞ
Yuxuda bir ehtiyac üzündən sarp bir yoxuşa çıxmaq məcburiyyətində qalmaq-axirətdən haqq qazanmaqdır.
Yuxuda YUVA
Röyada bir quş yuvası görmək-ailə xoşbəxtliyinə yozulur.
Yuxuda YUYUNUB-YAXALANMAQ
Tasa və sıxıntılardan qurtulmağa; qulağını yumaq-xoş xəbərlərə; başını yumaq-düşməninizdən üstün olmağa yozulur.
Yuxuda YULAF
Yuxuda yulaf-qazanca və var-dövlətin artmasına işarədir.
Yuxuda YUMURTA
Röyada toyuğun yumurtladığını görən adamın uşağı olacaq.Təzə bişmiş yumurta-asan qazancdır. Çiy yumurta yemək-haram mala, zinakarlığa, hüzn və kədərə işarədir. Çoxlu yumurtası olduğunu görən adamın mal və əşyasının əldən getmək ehtimalı var. Yumurta qabığı yemək-bu röyanı görən kəfən soyar, ya da örtülü bir şeyin üstünü açar. Ümumiyyətlə, yumurta ilə ilgili röyalarürəkaçan yuxulardan sayılmır.
Yuxuda YUN
Röyada yun paltar geymiş bir adam görmək-dəyərli və çoxlu mal əldə etməyə yozulur. Yun görmək-kədərdən qurtulmaq və külçə gümüş kimi də açıqlanır. Yun üstündə yatmaq-arvadınız tırıfindən çoxlu sərvət sahibi olacaqsınız. Yunun yandığını görmək-sərvətin əldən getməsinə işarədir.
Yuxuda YUPİTER
Röyada Yupiter planetini görmək-dövlət xəzinəsinin dəftərdarı və ya köməkçisi anlamına gəlir. Yupiteri Ayla birlikdə görmək-alış-veriş, ruziyə, qədir-qiymətin yüksəkliyinə işarədir. Yupiterin aşağı endiyini, yaxud yandığını görmək-nağılçıya, hədisçıyə, röya yozuçusuna, qəmdən-sərdən yazan şairlərə, namaza, oruc tutmağa, ibadətə və həccə yozulur.
Yuxuda YUXU
Röyada özünü yatmış görmək-dalğınlığa, tənbəlliyə, işsizliyə, yaxud da istirahətə işarədir. Özünü məzr və ya yol üstündə uyuyan görmək-xətələr üçün ölümə; sağlam adam üçün-ətalətə, bekarçılığa, boş-boşuna oturmağa yozulur. Xalqı yuxuda görmək-tasaya, qəm-qayğıya, bahaçılığa, yaxud müşkül və qarışıq işlərə əlamət sayılır. Üzüqoylu uyumaq-xeyrə yozulmur. Yuxu-qızlar üçün nigaha; oğlanlar üçün yozsulluğa, eyni zamanda, günahların bitməsinə işarədir. Yuxuda qorxu içində olduöunu görən adam qorxudan qurtulur. Arxası üstə yatdığını görmək-xoş davranışlardan uzaqlaşmağı, qəfləti; sağ böyrü üstə yatmaq-xeyirli bir işi; çoxlu ağac altında yatmaq-nəslin böyük olduğunu ifadə edir.
Yuxuda YUXU DƏRMANI
Röyada yuxu dərmanı içdiyini görən adam üzüntülü günlər görəcək, lakin çox keçmədən fərəhə, sevincə qovuşacaqdır.
Yuxuda YÜK (tay)
Röyada yük, səfər əşyaları yığılmış heybə, xurcun, çemodan və çanta kimi şeylər görmək-uzaq səfərə yozulur. Görülən yük, heybə, çanta və s. gözəl və təzədirə, qarşıdakı səfər xeyirli və mənfəətli olacaq, əksinə, köhnədirsə səfərin sıxıntılı keçəcəyi gözlənilir.
Yuxuda YÜK
Yuxuda belində yük daşıdığını görən adam yüksək məqam və mənsəb sahibi olacaq. Yük maşını-sıxıntı içinə düşəcəyinizə işarədir.
Yuxuda YÜK QATARI
Bəzi ayıblı olaylarla qarşı-qarşıya qalacağınıza yozulur.
Hiç yorum yok:
Yorum Gönder