1/06/2020

Yuxuda





YUXU YOZMALARI

Yuxuda

Yuxuda

Yuxuda Radio, teleqraf 

Röyada teleqrafla bir xəbər və ya göstəriş almaq – təcili səfərə çıxacağınıza yozulur. Radiodan musiqi dinləmək – çox sevdiyiniz bir dostunuzla, yaxud sevgilinizlə keçirəcəyiniz xoşbəxt günlərə işarə sayılır. Radiodan bir veriliş dinləmək – işinizdə ortaya çıxacaq əndişəni, üzüntünü xəbər verir.

Yuxuda Razılığa gəlmək 

yuxuda bir adamla ittifaqa girmək, razılğa gəlmək – mal və pul itkisinə işarədir.

Yuxuda Raket 

 həyatda böyük uğurlar qazanacaqsınız.

Yuxuda Rakı (içki) 

ağır xəstəliyə yozulur.

Yuxuda Ramazan ayı 

 ramazan ayı ilə ilgili yuxular həmişə xeyrə yozulur; bolluq, bərəkət, sağlıq və Tanrının rəhməti anlamına gəlir.

Yuxuda Rahib 

xoş xəbərə yozulur. Röyanı görən qadındırsa – hamilə qalacaq; kişidirsə – işlərində uğur qazanacaq.

Yuxuda Rahibə 

 röyada rahibə görmək – dünya zövqlərindən artıq əl çəkməyin vaxtı yetişdiyinə və düzgün həyat tərzinin gərəkdiyinə işarədir.

Yuxuda Reaktiv təyyarə 

 röyasında reaktiv təyyarə görən adam qısa zamanda bir uğur qazanacaq və buna paxıllıq edənlər tapılacaq.

Yuxuda Revolver 

 heç gözləmədiyiniz adamın haqqınızda olmazın dedi-qodular yaydığına işarədir.

Yuxuda Rezin 

 röyada rezin görmək – ikiüzlü birisiylə tanışlıq quracaqsınız. Onunla bir işə girəcək olsanız, böyük ölçüdə zərərə uğrayacaq, pul və etibarınızdan olacaqsınız.

Yuxuda Reyhan 

 şadlığa, sevincə və xoşbəxtliyə yozulur. Reyhan çiçəyi röyada, ümumiyyətlə xeyirə əlamət sayılır. Röyanı görən kişidirsə – yaxın vaxtlarda xəyallarındakı qadınla evlənəcəkdir. Qadının röyada reyhan görməsi – böyük miqdarda pul sahibi olacaqdır.

Yuxuda Reklam 

 Yaxın günlərdə bir adam sizi acınacaqlı bir vəziyyətdə aldadacaq. Diqqətli olmanız gərəkdir.

Yuxuda Rels 

 yuxuda qatar relsi görmək – çox uzun və yorucu bir səfərə yozulur.

Yuxuda Resept (nüsxə) 

 yüngül bir xəstəliyə işarədir.

Yuxuda Restoran (yeməkxana) 

 İzdihamlı bir restoranda ora-bura vurnuxmaq – işdə canınızı sıxacaq xırda-para olayların olacağına işarədir. İzdihamlı bir restoranda nahar etmək – yüksək mövqe və məqam uğrunda bəhsdə rəqiblərinizin hamısına üstün gələcəksiniz. Bir restoranda özünü tək oturan görmək – o anda başladığınız işin uğurlu olmayacağına işarədir. Röyada bir restoranda qarsonluq etmək – təzə bir iş meydanına atılacaq və bu o işdə əvvəlkinə nisbətən daha xoşbəxt, daha uğurlu olacaqsınız.

Yuxuda Rəqs etmək 

 röyada rəqs etmək – qadın olsun, ya kişi, yuxu görənin işlərinin pozuq keçəcəyinə işarədir.

Yuxuda Rəzə (qapının siyirməsi) 

 röyada öz qapısının rəzəsini çəkib bağlamaq – sizə münasibətdə hiddətli və qəzəbli olan birisinin üstünlüyünə yozulur. Qapının rəzəylə bağlanmış görmək – röya sahibi dünya əmrlərini öyrənməyə yetənəkli (qabiliyyətli) deyil. Yuxuda evinin qapısının istəmədiyi halda bağlandığını görmək – həllində aciz qaldığınız, bacarmadığınız bir işbən çəkinməlisiniz.

Yuxuda Rəndə 

 pul itkisinə yozulur.

Yuxuda Rəncbər 

 bolluq və bərəkət anlamındadır.

Yuxuda Rəsm (şəkil) 

 röyada varlı adamın rəsm görməsi – xeyrə yozulan yuxulardandır. Kasıb adamın və ya qadının bu yuxunu görməsi – xəstəliyə işarədir. Röyada bir rəsmin sürətini çıxarmaq – iqamətgahınızı dəyişəcəyinə işarədir. Şəkil çəkmək, yaxud çəkdirmək – cavan oğlan üçün bu yuxu – boş ümidlərə qapılıb, əyri yola sapdığına işarə sayılır. Yaşlı kişilər üçün – xırda bir işdən böyük qazanc əldə etməyə; gənc qadın üçün – o qadının moda düşgünü kimi məsxərəyə qoyulduğuna; yaşlı qadın üçün – bir dostunun uğruna ürğkdən sevinəcəyinə işarə sayılır. Rəsm sərgisi – röya sahibinin uğurlu fəaliyyətini xəbər verir. Rəsm və ya tablo satın almaq – sərvətiniz və ya etibarınız artacaq, bir çox çətinliklərin öhdəsindən gələ biləcəksiniz.

Yuxuda Rəsmi-keçid 

 yuxuda bir hərbi birliyin rəsmi-keçidini, yaxud nümayiş görmək – böyük qismətə, uğurlu bəxtə əlamətdir. Diləklərinizin həyata keçəcəyini xəbər verir.

Yuxuda Rəssam 

 röyada rəssam – həmişə uğura yozulur.

Yuxuda Rəf 

 həyatda düzgün yolda olduğunuza və xoşbəxt günlər keçirəcəyinə yozulur.

Yuxuda Riyakarlıq 

 yuxuda riyakar bir adamla söhbət etmək – üzünüzə gülən, lakin arxada ayağınızın altını eşən adamlara işarədir. Diqqətli olmaq, onlardan qorunmaq lazımdır.

Yuxuda Rol 

 yuxuda bir tamaşada rol oynadığını görmək – yaxınlarda çoxlu pul qazancınız olacaq.Ancaq səhhətinizdə xırda bir nasazlıq olacağı da ehtimal daxilindədir.

Yuxuda Roma şəhəri 

 maraqlı bir eşq macərası ərəfəsindəsiniz.

Yuxuda Roman 

yuxuda roman oxumaq – lazımsız və faydasız kitablar oxuyaraq mənasız yerə başınızı yormaqda olduğunuza işarədir.

Yuxuda Rüzgar (külək) 

 Şiddətli və soyuq rüzgar – böyük bir qorxuya əlaməydir. Xəfif və ilıq rüzgar – yaraşıqlı və alicənab bir adamla tanış olacağınıza yozulur.

Şərhlər


EmoticonEmoticon

Blogger tarafından desteklenmektedir.

Namaz qilmaq qaydalari

Namaz qilmaq qaydalari namaz qilmaq qaydalari qadinlar namaz qilmaq qaydalari sozleri qadinlar namaz nasil kilinir  nama...

Яндекс.Метрика