1/06/2020

Yuxuda





YUXU YOZMALARI

Yuxuda

Yuxuda

Yuxuda LABORATORIYA

Yuxuda laboratoriyada isləmək-röya sahibinin çox bilikli və yetgin bir adam olduğunu göstərir.

Yuxuda LAVA

Röyada yanardağdan (vulkandan) axan lava görən adam bir eşq macərası yaşayacaqdır. Ancaq çox diqqətli olması gərəklidir.

Yuxuda LAVANDA ÇİÇƏYİ

Anormal bəzi durumlarla qarşı-qarşıya qalına biləcəyinin bəlirtisi olaraq qəbul edilir. Lavanda çiçəyi qurusunu yastıq, yataq arasına qoymaq-qara sevda bəlirtisi kimi yozulur. Lavanda odekolonu isə müjdəyə yozulan röyalardan hesab edilir.

Yuxuda LAĞIM

Yuxuda lağıma düşdüyünü görən adam iş həyatından dolayı asanlıqla qurtara bilməyəcəyi bir duruma düşəcəkdir. Röyanı görən qadınsa, dostu onu aldadaraq pulunu əlindən alacaqdır.

Yuxuda LADİN (şam ağacı növü)

Röyasında ladin ağacı görən adam qısa zamanda muradına yetişəcəkdir.

Yuxuda LAL

Özünü yuxuda lal və danışmayan görmək-dostlarınız fikir və düşmənlərinizi təqdir etmir və sizi anlamır deməkdir.

Yuxuda LALƏ

Yuxuda lalələrlə bəzənmiş bir çəmənlik görmək-röya sahibi öz mühitində faydalı bir vəzifəyə təyin ediləcəksə də, bu vəzifə onun şəxsi rahatlığını və əmin-amanlığını pozacaqdır. Röyada lalə toplamaq-təhlükəli bir yoldaşlıqdan sonra vaxtında ayılıb işin fərqinə varacaq və bu təhlükəni aradan qaldıra biləcəksiniz.

Yuxuda LAMPA

Röyada lampa yandırmaq və ya işığında oxumaq-bu röya cavan oğlan üçün müşkül və çətin bir duruma düşəcəyinə; orta yaşlı adam üçün-həyatda uğur qazanmaqdan ötrü hələ təcrübə sahibi olmadığına; gənc qız üçün-xoş və əyləncəli bir ziyafətə gedəcəyinə; yaşlılar üçün-yaxşı bir işdə gözlənilmədən bəxtinin gətirəcəyinə işarə sayılır.

Yuxuda LAF ATMAQ (söz atmaq)

Röyada birisinə, yaxud gənc bir qıza söz atmaq-acizliyə işarədir.

Yuxuda LACİVƏND (səmavi rəng)

Rəsmi bir toplantıya çağrılacaqsınız.

Yuxuda LEYLƏK

Röyada leylək görmək yolçuluğa, səfərə yozulur, eyni zamanda, toplantı və ortaqlığı sevən kimsələri ifadə edir. Qış aylarında leyləkləri bir yerə toplanmış görmək-oğurluğa və ya yol kəsməyə, düşmənlə savaşa, havanın soyuq olmağına, üzüntü və iztiraba içarədir. Leyləklərin dağınıq olduğunu görmək-səfərə çıxmaq istəyən, yaxud səfərə ərəfəsində olan adam üçün xeyrə əlamətdir. Röyada leylək görmək-evə qonaq gələcəyini də ifadə edir.

Yuxuda LEHİM

Röyada bir tənəkə lehimlədiyini görən adam başladığı işi uğurla sona çatdıracaqdır.

Yuxuda LEHİMÇİ

TƏNƏKƏÇİ-Röyada lehimçi-tənəkəçi görmək-qadının xəstələnəcəyinə işarədir.

Yuxuda LEŞ

Çox pis bir xəbər alacağına işarə sayılır.

Yuxuda LƏYƏN

Evlənməyə yozulur.

Yuxuda LƏKƏ

Bir adamın yuxuda öz paltarında ləkə görməsi-üzüntüyə və kədərə; günəşdə ləkə görmək-qorxu və dəhşətə işarədir.

Yuxuda LİKÖR

Röyada bir toplantıda likör içdiyini görən adamın başına pis bir iş gələcək.

Yuxuda LİLİPUT

Səhnədə və ya başqa bir yerə liliput görmək-xeyrə yozulur, dərd-sərinizin yuxuda görülən balacaboy insanlar kimi xırda və əhəmiyyətsiz olduğunu göstərir. Röyada bir liliputa yardımda bulunmaq-əvvəllər kiməsə eləmiş olduğunuz yaxşılıq uzun zaman unudulmayacaq və bəlkə də ehtiyac duyduğunuz bir məqamda bunun əvəzini, mükafatını görəcəksiniz.

Yuxuda LİMAN

Yuxuda liman görmək-gələcəkdə çox məsud və xoş olaylara şahid olacaqsınız.

Yuxuda LİMON

Röyada limon görmək-birisini qınamaq, məzəmmət etməkdir. Yuxuda görülən limon sarıdırsa və röya sahibi tərəfindən yeyilmişsə-malı, var-dövləti ifadə edir. Yaşıl limon sarı limondan daha xeyirli yuxudur. Röyada birisi birisinə limon verərsə, limon verən alanı qınayacaq, utandıracaq. Yuxuda limon ağacı görmək-varı və xeyirxahlığıyla məşhur, lakin nəfsində, tədbirlərində doğru olmayan qadına yozulur.

Yuxuda LİMONAD

Yuxuda limonad içmək-xoş xəbər alacağınıza yozulur.

Yuxuda LİRƏ (pul)

Röyada yoldan bir lirə tapmaq-uzun bir səfərə çıxılacaq deməkdir.

Yuxuda LOBYA

Röyada lobya görmək və ya lobya xörəyi yemək-hər sirrinizi dostlarınıza açır və bu səbəbdən də daima zərər görürsünüz.

Yuxuda LOBYA SALATI

Yuxuda lobya salatı yeyən adamın yaxın günlərdə əlindən pul gedəcəkdir.

Yuxuda LOVĞA, ƏDABAZ ADAM

Yuxuda lovğa və ədabaz bir adam görən şəxs ətrafındakıların sevgisini və etibarını qazanacaq, çətinbir mübarizədən zəfərlə çıxacaq, sevgisi qarşılıqlı olacaq, sağlığı (səhhəti)düzələcəkdir.

Yuxuda LOPABIĞ

Röyada lopabığ bir adam görmək-macəralı bir eşq həyatına başlamaq üzrəsiniz deməkdir.

Yuxuda LORD

Röyada bir lord, daha doğrusu, ingilis lordu görmək-fırıldağa düşəcəksiniz.

Yuxuda LOTEREYA

Röyada lotereyasını udduğunu görən adam, gözləməriyi halda, çox xeyirli bir sərvətə qovuşacaq. Lotereyanın uduşa düşməməsi-həyatda irəli gedə bilmək üçün başqa imkanlar tapılacağına yozulur.

Yuxuda LOXMA

Xeyrə yozulmaz, ümumiyyətlə, ölüm xəbərinə işarə sayılır.

Yuxuda LÖVHƏ

Röyada lövhə görmək-yaxın vaxtlarda xeyirli bir səfərə çıxacaqsınız.

Yuxuda LÜT PEYĞƏMBƏR

Röyada Lut peyğəmbəri görən adam düşməninə üstün gələcək və onun bütün düşmənləri Allah tərəfindən yeniləcəkdir. Əgər xalq Lut peyğəmbərin dövdündəki kimi bədxahlıq və əxlaqsızlıq yolundadırsa, onda onlar məhv olacaq, şəhərləri alt-üst ediləcəkdir. Bir qadın yuxuda həzrəti lütün qarısını görərsə, o qadın öz ərinə itaət etməz, varını-dövlətini israf edər. Lüt peyğəmbərin ailəsini yuxuda görmək-o yerdə yaşayan qadınlar haqqında fitnə-fəsad törəyəcək.

Yuxuda LÜĞƏT (sözlük)

Röyada açıq lüğət kitabı görmək-əzmkar və diqqətli olmağınız sayəsində çoxlu pul qazanacağınıza işarədir. Bağlı lüğət kitabı-dostlarınızın haqqınızda söylədiyi gurultulu sözlərə və təriflərə uymamağın gərəkliyini ifadə edir.

Şərhlər


EmoticonEmoticon

Blogger tarafından desteklenmektedir.

Namaz qilmaq qaydalari

Namaz qilmaq qaydalari namaz qilmaq qaydalari qadinlar namaz qilmaq qaydalari sozleri qadinlar namaz nasil kilinir  nama...

Яндекс.Метрика