Yuxuda sac qirxmaq




yuxuda sac qirxmaq

Yuxuda sac qirxmaq


YUXUDA SAÇ KƏSMƏK

Yuxular insana daha dərindən baxmaq, qorxularımızı bilmək və məqsədlərimizi dəqiqləşdirmək üçün bizə faydalı olur. Bu səbədən yuxularımızı ciddi analiz etmək vacibdir.
Yuxuda saç kəsmək müəyyən problemlər və məhrumiyyət göstəricisidir. Yuxuda saç insanın həyat gücünü, boyunu, sağlamlığını, ətrafla münasibətini əks etdirir.
Bu səbəbdən əgər yuxuda saçınızı kəsirlərsə hətta öz istəyinizlə belə bu müəyyən problemlərin olacağının göstəricisidir.
Əgər yuxuda özünüz parikmaxerə gəlib saçınızı kəsdirmək istəyirsinizsə, deməli real həyatda nədənsə imtina etmək istəyirsiniz.
Kəsilmiş saç döşəmədə olursa bu yaxınlarınızla əlaqəni kəsəcəyinizi bildirir.
Yuxuda saçın tam kəsilməsi və zibil qabında olması böyük itkilərin olacağını bildirir.
Əgər yuxuda özünüz saçınızı kəsirsinizsə, real həyatda bezdiyiniz münasibətləri və əlaqələri bitirəcəksiniz.

Əgər kişi yuxuda saç kəsirsə bu xəstəlik göstəricisi ola bilər. Saçı kəsən parikmaxerin tanış olub olmamasıda vacib rol oynayır.

Qadın yuxuda uzun saçlarını kəsirsə bu real həyatda yeni etap bildirir. Əgər saçınızı çox az kəsibsinizsə bu yünyül dəyişikliklər göstəricisidir.
Qız uşağı yuxuda saçını tam qırxırsa, yaxud qısa kəsirsə bu ciddi xəstəlik göstəricisi ola bilər.

Əgər yuxuda saçınızı tanımadığınız parikmaxer kəsirsə real həyatda nəyisə itirə bilərsiniz. Tanış adam saçınızı kəsirsə yuxuda ona görə nəsə itirə bilərsiniz.

Yuxuda kiminsə saçını kəsirsinizsə o insan sizə görə nədənsə imtina edəcək.

Yuxuda öz saçını güzgü qarşısında kəsmək mənfi haldır. Özünüz xoşbəxtliyə aparan yolunuzu kəsəcəksiniz.


on 1/04/2020 | | A comment?
0 responses to “Yuxuda sac qirxmaq”

Leave a Reply