Yuxuda alma yemek

Baca juga:

    Yuxuda Alma görmək

    Yuxuda alma yemek
    Yuxuda insan alma yeyibsə, real həyatda ürəyi istədiyi hər şeyə nail olacaq.


    Alma yemək – xoş sevgi təəssüratlarına işarədir; turş alma yemək – kədər, qeyri-səmimi dostlara işarədir; alma almaq – sizi yaxşı hadisələr gözləyir; alma kəsmək – dostlarla ayrılıq; toplamaq – yaxşı əlamətdir; çürük alma – təhlükə; ağacda alma görmək – çoxlu dostlar tapacaqsınız; alma şirəsi içmək – xəstəlik əlamətidir.


    Yuxuda böyük, yetişmiş alma görmək – yaxın gələcəkdə çox böyük kəşflərin olacağına işarədir.Bu yuxunu görən insanın böyük insan kütləsi tərəfindən hörmət qazanacağı gözlənilir. Yuxuda çürük alma görmüsünüzsə, belə yuxu gördüyünüz işin uğursuz nəticələnəcəyinə işarədir. Yuxuda alma yemək – taleyinizə böyük təsir göstərəcək gözəl bir qadınla görüşə işarədir.Ola bilsin ki, bu yuxu gələcəkdə hansısa dövlətə qadının başçılıq edəcəyinə və onun bu dövləti dünyada ən qüdrətli ölkəyə çevirəcəyinə işarədir.Yuxuda çoxlu alma görmüsünüzsə, gələcəkdə almaya oxşar qəribə meyvələr kəşf olunacaq. Bu məhsul insanların sağlamlıq və gəncliyini geri qaytaracaq.


    Alma müdriklik və mükafat rəmzidir. Yuxuda ağacdan alma dərmək o deməkdir ki, ətrafınızda baş verən hadisələrin təsiri altında Yerdə baş verən hadisələrin mahiyyətini dərk etmək üçün adamlarla daha çox ünsiyyətdə olmağın və düşünməyin zəruriliyini hiss edəcəksiniz. Lakin çox az şey anlamayacaqsınız. Çünki ətrafınızda nə varsa hamısını Alalh yaradıb və onun sirri dərkedilməzdir. Yuxuda alma yemək ayıqlıqda sizdən yaşca böyük adamla tanış olanda müdrik olacaqsınız. O. özünün bildiyi çox şeyləri sizə öyrədəcək. Ona mehribanlıqla cavab verin. Əks halda öz başınıza bəla açacaqsınız. Yuxuda qurdlu alma görmək bu o deməkdir ki, siz yalan məlumat alacaqsınız və əgər gələcək fəaliyyətinizi fikirləşməsəniz, onda uduzacaqsınız. Yuxuda almanı dilimlədiyinizi görmək sizin yanılacağınızdan xəbər verir və siz bunun üçün cavab verəcəksiniz.

    Yorum Gönderme

    Яндекс.Метрика