Süpürgə nədir

Baca juga:



    Qədim inanclar. Süpürgənin mistik xüsusiyyətləri

    Qədim inanclar. Süpürgənin mistik xüsusiyyətləriLap qədim zamanlardan süpürgənin mistik xüsusiyyətləri olduğuna inanardılar. Bu inanclar hardan, hansı səbəblərdən və nəyə əsasən yaranıb, onu deyə bilmərik. Amma həmin inancların bəziləri ilə sizi də tanış etmək qərarına gəldik.
    • Bəzi inanclara görə, süpürgəni üzü yuxarı qoymaq (süpürgənin dəstəyi aşağıda) ailənin rifahını qoruyub saxlayır və evi şeytanlardan mühafizə edir;
    • Süpürgəni qapının kandarına qoymaq olmaz, çünki evdən pul azalar;
    •Qurüb çağından sonra evi süpürmək olmaz, çünki evdəkilər xəstələnə bilər;
    • Süpürgənin üzərindən keçmək olmaz;
    • Süpürgə ilə heç kimi vurmaq olmaz, bu xəstəlik yarada bilər;
    • Təzə süpürgə ilə ağacın meyvələrini döyəcləyərdilər, bu məhsuldarlığı artırarmış;
    • Subay qızlar nişanlı tapmaq üçün süpürgənin üzərindən 9 dəfə tullanardılar;
    • Evi bir gündə iki süpürgə ilə süpürməzdilər, bu var-dövləti azaldarmış;
    •Kimsə yad adamın evi süpürməyi şans qapılarını bağlamış hesab edilərmiş;
    • Köhnə süpürgəni yandırmaq və evin ətrafına atmaq olmazmış;
    • Təzə evə köçəndə köhnə süpürgəni də özləri ilə götürərmişlər;
    • Ev sahiblərindən hansısa yolda olarsa, ev süpürülməzmiş;
    • Ürəyincə olmayan qonaqdan yaxa qurtarmaq üçün, o gedəndən sonra evin kandarına yığılmış zibili ayaqların arasından keçirib atarlarmış;
    •Evdə meyid olduqda, ev süpürülməzmiş;

    — Uğuru necə əldə etmək olar?

    Orta əsrlərdə başqasının qapısının kandarını süpürmək uğurun və şansın ogurlanması hesab olunarmış.
    Öz kandarındakı zibili qonşunun qapısına tərəf itələmək isə xəstəlikləri ona ötürmək kimi qəbul edilərmiş.

    — Uğursuzluqdan qaçmaq üçün

    Əgər uğursuzluq qonşulardan keçibsə, onu süpürgənin köməyi ilə həll edərlərmiş. Ay çıxanda təzə süpürgə alıb evə gətirərlərmişlər. Ən kənar küncdən evin çıxışına qədər evi süpürüb bu sözləri deyərmişlər: "Bu süpürülmüş zir-zibillə bütün uğursuzluq və bədbəxtliklər məni tərk etsin". Zibili həmin gün atarlarmış, ən uğurlusu isə onu yandırmaq hesab olunarmış. Süpürgə də geriyə baxmadan zibilliyə atılarmış.
    Buna görə də əgər hardasa atılmış süpürgə görsəniz, heç vaxt ona yaxın durmayın və ona tərəf getməyin.

    —Evə pul cəlb etmək üçün tilsim

    Ay çıxanda yeni süpürgə alınarmış, ona yaşıl lent bağlayarlarmış. Evin hər küncünə xırda pullar səpilərmiş. Həmin pullar axşamdan səhərə kimi qalarmış. Səhər ev süpürülər və qəpiklər xəkəndaza bu sözlər deyərək yığılarmış: "Pulları yığıram, var-dövləti, qızıl və gümüşü çağırıram. Mən dövlətli olacam".
    Sonra qəpiklər bankaya yığılar və gözdən uzaq bir yerə qoyularmış. Ordan pul götürməzlərmiş.
    Süpürgədən isə ev süpürəndə istifadə edilərmiş. Amma bir şərtlə ki, sonra onun dəstəyi aşağı istiqamətdə olsun.
    Bu inanclar bu günə qədər qalıb və hətta dekorativ süpürgələr də meydana çıxıb. Bəzi evlərdə divarlara dəstəyi aşağı vəziyyətdə asılmış dekorativ süpürgələrə də rast gələ bilərsiniz.
    Onları görüncə təəccüblənməyin. Bilin ki, onların bu gün divardan asılması qədim inanclardan qaynaqlanıb.
    Süpürgə nədir
    Süpürgə nədir


    Yorum Gönderme

    Яндекс.Метрика