Atalar sozleri

Baca juga:



    Atalar sozleri

    Atalar aid atalar sozleri

    atalar sozleri azerbaycan dilinde
    • Xain adam xoflu olar, kor ürkəyən.
    • Xain xəyanətinin cəzasını mütləq çəkər.
    • Xain qorxaq olar.
    • Xal üzün bəzəyidir.
    • Xala evinə dadanan, ər evində dayanmaz.
    • Xalam bildi - aləm bildi.
    • Xalamdan bir dilək dilərəm, versə də xalamdır, verməsə də.
    • Xalamın saqqalı olsaydı, mən ona dayı deyərdim.
    • Xalını xovuna sığallarlar.
    • Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər.
    • Xalq kəsən barmaq qanamaz.
    • Xalq qız verib quda qazandı, biz qız verib qada qazandıq.
    • Xalq necə, biz də elə.
    • Xalqa adətdir, bizə bidət?.
    • Xalqa it hürəndə, bizə də çaqqal ulayar.
    • Xalqın ağzını bağlamaq olmaz.
    • Xalqın eybini söyləyən, özü eyibli olar.
    • Xalqın qapısını el döyür, bizim qapımızı - yel.
    • Xalqın sədası, haqqın nidasıdır.
    • Xallı üz göyçək olar.
    • Xalvar sənin evində, talvar sənin evində, daş vurarsan toz çıxar, nə var sənin evində?
    • Xam dəmir döyülməz.
    • Xamın gözü böyük olar.
    • Xamır yeyənə etibar yoxdu.
    • Xan arıqlayanda rəiyyətin canı çıxar.
    • Xan evi - bəla evi.
    • Xan qulluğuna gedən atlı gedər, piyada qayıdar.
    • Xan məni dindirdi.
    • Xana yaradı, bəyə yaradı, keçəl Xondi, sənə yaramadı?!
    • Xandan gələn nökərəm, dişlərini tökərəm.
    • Xanım xanım dedilər, var-yoxunu yedilər.
    • Xanım qırsa - qəza, nökər qırsa cəza.
    • Xanım sındıran qabın səsi çıxmaz.
    • Xarabadan tüstü çıxmaz.
    • Xasiyyətini bilmədiyin atın arxasına keçmə.
    • Xeyir de, xeyir taparsan.
    • Xeyir içində şərim olunca, şər içində xeyrim olsun.
    • Xeyir ilə şər qardaşdır.
    • Xeyir istə qonşuna, xeyir çıxsın qarşına.
    • Xeyir iş yerdə qalmaz.
    • Xeyrat halvasından qarın doymaz.
    • Xeyri yoxdur çaxırın, içmə, açar paxırın.
    • Xəbəri uşaqdan öyrən.
    • Xəcalət düşmənin olsun.
    • Xəmir suyu çox götürər.
    • Xəncər çıxdı, qan çıxdı.
    • Xəncər yarası gedər, dil yarası getməz.
    • Xəncər yarası sağalar, namus yarası sağalmaz.
    • Xəsis acgöz olar.
    • Xəsis zalım olar.
    • Xəsisdən alınan yumurtanın sarısı olmaz.
    • Xəsisdən qışda buz almaq olmaz.
    • Xəstə həkimdən dərman istəməzlər.
    • Xəstə tələsər, armud vaxtında yetişər.
    • Xəstə yatan ölməz, əcəli yetən ölər.
    • Xəstə yatmaq, xəstəyə baxmaqdan yaxşıdır.
    • Xəstəlik atlı gəlir, piyada gedir.
    • Xəstəni döşəkdə saxlarlar, uşağı beşikdə.
    • Xəstənin işi qalar, astanın işi qalmaz.
    • Xəstənin qızıl taxt nəyinə gərək?
    • Xəstəyə döşək, aca çörək lazımdır.
    • Xəstəyə naz eləmək həkimə yaraşmaz.
    • Xəta xəta üstündən gəlməsə, bir xətaya nə var?
    • Xəta insandan baş verər.
    • Xəta məndən, əta səndən.
    • Xəta xətanın üstündən gələndə bir xətaya nə var ki?
    • Xəyalsız insan meyvəsiz ağaca bənzər.
    • Xəzinə xarabalıqda tapılar.
    • Xiffəti qeyrətli edər.
    • Xırman döymək kişi işidir.
    • Xırman yellə sovuşar, düyün ellə.
    • Xırmana girən porsuq yabanı özünə qəbul edər.
    • Xırmanın axırı dərvişindir.
    • Xırmanın tozu bərəkətli olar.
    • Xoruz banlamasa, səhər açılmaz?!
    • Xoruz bir kərə bəzənər.
    • Xoruz çox olan yerdə səhər tez açılar.
    • Xoruz elə xoruzdur, nə qocası, nə cavanı!?
    • Xoruz getdi, dava bitdi.
    • Xoruz quyuya baxan kimi baxır.
    • Xoruz ölmüş, gözü çöplükdə qalmış.
    • Xoruz öz küllüyündə banlar.
    • Xoruz silkələnsə, bir çəngə tük olar, dəvə silkələnsə, bir ulağa yük olar.
    • Xoruza quyruğu yük olmaz.
    • Xoruzun altından yumurta axtarır.
    • Xoruzun quyruğuna inanım, tülkünün andına?
    • Xoruzun vəzifəsi banlamaqdır.
    • Xoruzunu veriblər qoltuğuna.
    • Xoruzsuz da sabah açılar.
    • Xoş günüm qapılarda keçir.
    • Xoş günün sorağı uzaqlardan gələr.
    • Xoşrəftar ol, xoş gün görərsən.
    • Xörəyin yaxşısı - hazır olanıdır.

    Yorum Gönderme

    Яндекс.Метрика