Atalar sozleri

Baca juga:



    Atalar sozleri

    Atalar aid atalar sozleri

    atalar sözü azerbaycan
    • Şabalıddan yağ çıxmaz.
    • Şabaşını vermişik.
    • Şad günün dostu çoxdu.
    • Şığına şitlik eləmə.
    • Şah Abbasa yaradı, keçəl Abbasa yaramadı?!
    • Şah bilər, şahsevən bilər.
    • Şah da bilir Şirvan sünnüdür.
    • Şah Xudabəndə, səninki səndə, mənimki məndə.
    • Şah-şah dediyim öz canım üçündür.
    • Şahın da dəvələri ayaqyalın gəzər.
    • Şahın ürəyi Allahın əlindədi.
    • Şahsənəm oğlan doğub!
    • Şair gördüyünü yazar.
    • Şair sözsüz olmaz.
    • Şaiyə hər yanı gəzər.
    • Şalbanın bir ucu sənin çiynindədir.
    • Şalğam şorbasında turp özünü yağ sanar.
    • Şam ağacından ağıl olmaz, el oğlundan oğul olmaz.
    • Şam bahadı - korun nə vecinə.
    • Şam başından yanar.
    • Şam dibinə işıq salmaz.
    • Şam yanar, şölə çəkər...
    • Şam yanmasa, başına pərvanə dolanmaz.
    • Şam kimi əriyib.
    • Şamdan soruşdular: -İplik yanır, sən niyə əriyirsən?Şam dedi: - Dad rəfiq əlindən! Rəfiqim yanır, mən də əriyirəm!
    • Şamaxıda danışır, Bakıda eşidilir.
    • Şahla plov yemirəm ki, bığım yağa batar.
    • Şahsənəm oğlan doğub!
    • Şahin ilə dəvə ovlamazlar.
    • Şey qurdlayar - duz səpərlər, duz qurdlayar - nə səpərlər?!
    • Şeytan başqa, cin başqa.
    • Şeytan çox bildiyindəndi bir gözü kor olubdu.
    • Şeytan əzabda gərək.
    • Şeytan getdi, meydan bizə qaldı.
    • Şeytan karxanası boş qalmaz.
    • Şeytan olmasa qurd qoyunla gəzər.
    • Şeytana papış tikir, başına da deşik qoyur.
    • Şeytanın dostluğu dar ağacına qədərdir.
    • Şeytanla şərikli buğda əkən saman biçər.
    • Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın.

    Yorum Gönderme

    Яндекс.Метрика