Atalar sozleri

Baca juga:



    Atalar sozleri

    Atalar aid atalar sozleri

    atalar sozleri azerbaycan
    • Sabaha kim ölə, kim qala.
    • Sabahın da sabahı var.
    • Sabahın naharı bədənin mismarıdır.
    • Sabun qara paltarı ağartmaz.
    • Sabun ilə üz yuyan bir gün göyçək olar.
    • Sacı soyuq olanın kündəsi küt gedər.
    • Saçı ölünün üstə kəsərlər.
    • Sadağa qada qaytarar.
    • Sadağa verən əllər dərd görməz.
    • Saf armud sapdan düşməz.
    • Sahibindən qabaq bostana girmə.
    • Sahibsiz qoyunu qurd yeyər.
    • Saxla gönü, gələr günü.
    • Saxla samanı, gələr zamanı.
    • Saxsıya verə-verə çıxdı misin bahası.
    • Sakitlikdə olan iş qışqırıqla başa gəlməz.
    • Saqqal feyz olsaydı, keçi şeyxlik elərdi.
    • Saqqalım yoxdu, sözüm ötmür.
    • Sağ əl verəni sol əl gərək bilməsin.
    • sağ əlin sol ələ ehtiyacı var.
    • Sağ əlin sol ələ xeyri yoxdu.
    • Sağ gözü sol gözə möhtac olmasın.
    • Sağ gözü tut, sol gözdən ona işıq yoxdu.
    • Sağ gözün sol gözə etibarı yoxdur.
    • Sağalsa həkiməm, sağalmasa mən kiməm?.
    • Sağlam ruh sağlam bədəndə olar.
    • Sağlamlığın qədrini xəstələr bilər.
    • Sağlıq ən böyük varlıqdır.
    • Sağlığında kor Fatma, öləndə badam gözlü?!
    • Sağlığında nə idi ki, sayrılığında nola?!.
    • Sağmal inək bizdə, satdıq yağ sizdə.
    • Sağsağan kəkliyə baxar, öz yerişini itirər.
    • Salam Allahın adıdır.
    • Salavat gücə bağlıdır.
    • Sallaqxana köpəyi arsız olar.
    • Saman sənin deyil, samanlıq ki sənindir.
    • Samanın tüstüsü göz çıxardar.
    • Sambalı xoş, içərisi boş.
    • Sanılı pul durumsuz olar.
    • Sap üzülən yerdən qırılar.
    • Sarı it çaqqalın dayısıdır.
    • Sarı yağdan tük çəkir.
    • Sarı yağla yağlayar, sarımsağla dağlayar.
    • Sarımsağı gəlin eləmişlər, qırx gün qoxusu çıxmamış.
    • Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi.
    • Satdığın kimi al.
    • Savab tökülüb, yığanı yoxdur.
    • Savaşanda barışmağa da üz yeri qoyarlar.
    • Sayanın quluyam, saymayanın ağası.
    • Saydığını qoy kənara, gör fələk nə sayır.
    • Sayğısız igidi düşmən aldadar.
    • Saymaz it adam tutar.
    • Sel gətirən ucuz olar.
    • Selbəni meyvəli ağaca atarlar.
    • Sevənin gözü kor olar.
    • Sevgi adamı selə verər.
    • Sevgi od deyil, amma oddan yamandır.
    • Sevindim - quşum var, quşum var! Aralığa çıxdı sərçə balası.
    • Seyid cəddinə arxayın olar.
    • Səbr acıdır, meyvəsi şirin.
    • Səbr ağacı hər bağda göyərməz.
    • Səbr Allahdan, səbirsizlik şeytandan.
    • Səbr cənnət açarıdır.
    • Səbr eləyən muradına yetişər.
    • Səbr eləyənin ağzı bal dadar.
    • Səbr ilə halva bişər, ey qora, səndən. Bəsləsən atlas olar tut yarpağından.
    • Səhər gününə qızınmayan, axşam gününə qızınmaz
    • Sən ağa, mən ağa, inəkləri kim sağa.
    • Sən ağacı əlinə al, oğrunu it qapacaq.
    • Sən baş vurdun, mən ayaq, gəl bunu ortalayaq.
    • Sən doğru ol, əyri bəlasın tapar.
    • Sən gördüyün ağaclar kürəkliyə kəsildi.
    • Sən gündüz gedən yolları mən gecə ilə gəlmişəm.
    • Sən haqnan ol, haqq da sənlə olar.
    • Səndən hərəkət, məndən bərəkət.
    • Sənət insan üçün xəzinədir.
    • Sənətə gəc baxan ac qalar.
    • Sənətinə kim xor baxar, boynuna torba taxar.
    • Sərçə deyil budunu verim, bir dəvənin nəyini verim.
    • Sərçə qazan doldurmaz, qaz vur, qazan dolsun.
    • Sərçə nədir ki, bozbaşı nə ola?!
    • Sərçə olsun əlimdə olsun, göydə uçan qazı neylərəm.
    • Sərçədən qorxan gərək darı əkməsin.
    • Sərçəni bülbül adına satır.
    • Sərçənin cib-cibindən toyuğun qaqqıldaması yaxşıdır.
    • Sərçənin nəğməsi yox, cib-cibi çox.
    • Sərçəyə cib-cib öyrətməzlər.
    • Sərnic gətir, süd axtar.
    • Sərv ağacı nə qədər uca olsa, əsli yoxdu, budağında bar olmaz.
    • Siçan görəndə pələngə oxşayan pişik, pələng görəndə siçana dönər.
    • Siçan olmamış dağarcığı dəlir.
    • Siçana dedilər: - Bu deşikdən çıx, gir o deşiyə, beş min altun verək sənə! Siçan dedi; - Bunda nə var, mənzili yaxın, pulu çox?!.
    • Sonalayan ya kora, ya keçələ
    • Sonrakı peşmançılıq fayda verməz.
    • Sonsuz adam dövləti çox istər.
    • Söz danışıqdan keçər.
    • Söz haqdan gəlir.
    • Söz sözü çəkər.
    • Söz vaxtına çəkər.
    • Söz var - gələr keçər, söz var - dələr keçər.
    • Sözü at yerə, gedər yerin tapar.
    • Sözü yerində söylə.
    • Sözün düzünü zarafatla deyərlər.
    • Sözün ilə işin bir olsun.
    • Sözün yanlışı olar, yalanı olmaz.
    • Söyüd ağacı bar verməz.
    • Su axar, çuxurun tapar.
    • Su axdığı yerdən bir də axar.
    • Su başdan aşanda ya bir qarış, ya yüz qarış.
    • Su başdan bulanıqdır.
    • Su bulandırmaqla balıq tutulmaz.
    • Su bulanmayınca durulmaz.
    • Su çıxmaz arxa cuvar qoydular, adımı da qoydular yarıtmaz.
    • Su da bir yerdə qalanda iylənər.
    • Su gəldiyi arxa bir də gələr.
    • Su girdi qaba - oldu içməli.
    • Su ilə odun nə oyunu var?!
    • Su kiçiyindir, yol böyüyün.
    • Su meymunun boğazına çıxanda balasını ayağı altına alar.
    • Su murdarlıq götürməz.
    • Su özünə yol elər.
    • Su sənəyi suda sınar.
    • Su yatar, düşmən yatmaz.
    • Subay adamın yaxasını bit yeyər, çörəyini –it.
    • Subay adamın gözü ilə qız alma, gəlin gözü ilə bez.
    • Subay idim, sultan idim, adaxlandım, xan oldum, evləndim, xəndan oldum.
    • Suda boğulan ilana sarılar.
    • Sudan ayrılan balığın oddan nə qorxusu?
    • Susmaq da bir cavabdır.
    • Susuz it kəhrizə baxar.
    • Süd igidə halaldır.
    • Süd ilə girən sümüklə çıxar.
    • Süd verən inəyi kəsməzlər.
    • Süddən ağzı yanan qatığı üfləyə-üfləyə içər.
    • Südlə gələn sümüklə çıxar.
    • Südlü inək ol, vur dolu sərnici dağıt.
    • Südlü qoyun sürüsündən ayrılmaz.
    • Südün dadını qısır əməm dana bilər.
    • Sürü axsaqsız olmaz.
    • Sürüdən ayrılan qoyunu qurd yeyər.
    • Sürüyə qurd gələndə vay bir keçisi olanın halına.

    Yorum Gönderme

    Яндекс.Метрика