Atalar sozleri

Baca juga:



    Atalar sozleri

    Atalar aid atalar sozleri

    atalar haqqinda
    • Zahirdən batinə yol var.
    • Zahiri gözəl - batini çirkin.
    • Zahiri gözəllik müvəqqətidir.
    • Zalıma Allah bəla verər.
    • Zalıma rəhm etmək, məzluma zülm etməkdir.
    • Zalımın çörəyi dizi üstə olar.
    • Zalımın qılıncından kasıbın ahı pisdir.
    • Zalımın ömrü az olar.
    • Zalımın zülmü yadında qalmaz.
    • Zaman axıb gedir, amma hər işini qurtarıb getmir.
    • Zaman bir nəhrdir axar, durmaz.
    • Zaman ilə hesablaşmaq gərək.
    • Zaman gedərkən uymaq gərək
    • Zaman keçər, söz qalar.
    • Zaman pul deyil, onu qaytarmaq olmaz.
    • Zaman səbrlidir.
    • Zaman sənə saz olmasa, sən zamana saz ol.
    • Zaman zamana uymaz.
    • Zamana ilə düzəlişən həmişə rahatdır.
    • Zamanaya bax, arıya qaval çaldırır.
    • Zatı qırıqdır.
    • Zatına da, südünə də bələdəm.
    • Zəhər gələndə acı qaçar.
    • Zəhər zəhəri öldürər.
    • Zəhmət batmaz.
    • Zəhmət çəkən bal yeyər.
    • Zəhmət çəkməyən bal yeməz.
    • Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.
    • Zəhmət olan yerdə qeybət olmaz.
    • Zəhmət - torpaqda, nemət - süfrədə.
    • Zəhmət yemək istəmir, amma özü yedirdir.
    • Zəhmətdən qaçan əl açar.
    • Zəhməti bülbül çəkər, gülü qucar yenə xar.
    • Zəhməti meşşatə çəkər, ləzzəti damad aparar.
    • Zəhməti sevən işdən doymaz.
    • Zəhmətin barı, torpağın varıdır.
    • Zəhmətin ətri tərdir.
    • Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir.
    • Zəhmətsiz bal yeməzlər.
    • Zəhmətsiz iş olmaz.
    • Zəhmətsiz rəhmət olmaz.
    • Zəlzələni görən yanğına razı olar.
    • Zəmanə adamı deyil.
    • Zəmanə adamı öyrədir.
    • Zəmanə dəyişdikcə, adamlar da dəyişir.
    • Zəmanə ilə hesablaşmaq gərəkdir.
    • Zəmanəyə uymaq gərək.
    • Zəncir aslan üçündür.
    • Zər deyəni zor deməz.
    • Zər ilə olan zor ilə olmaz.
    • Zər qədrini zərgər bilər.
    • Zər olan yerdə zərgər də olar.
    • Zərbə həmişə ağrıyan yerə dəyər.
    • Zərər çəkəndə dönmək
    • Zərər çəkəndə dönmək yarıdan da olsa qazancdır
    • Zərər zəhərdən acı olar.
    • Zərərdən qorxan dükan açmaz.
    • Zərərdən qorxan xeyir görməz.
    • Zərərin bir başı var.
    • Zərgər dükanının tozu da qızıl olar.
    • Zəri də var, zoru da.
    • Zərlə gözəllik almaq olmaz.
    • Zərrə qədər iman, dünya qədər günah.
    • Zərrəcə eşqi olanın dəryaca tabı gərək.
    • Zərurət insana hər şeyi öyrədər.
    • Zimistan çəkməyən bülbül baharın qədrini bilməz.
    • Zindan olub altda qalmaqdansa, çəkic ol, üstdə ol.
    • Zindana səbr eləyən axırı taxta çıxar.
    • Zirək quş dimdiyindən tələyə düşər.
    • Zirəklik comərdlik gətirər.
    • Ziyan ağudan acıdır.
    • Ziyanın yarısından qayıtmaq da qazancdır.
    • Ziyankardan qəza əskik olmaz.
    • Zoğal dərənimiz də var, səbət hörənimiz də.
    • Zor ilə gözəllik olmaz.
    • Zor qapıdan gələndə haqq bacadan qaçar.
    • Zora dağlar dayanmaz.
    • Zorla gedən köpək qoyuna fayda verməz.
    • Zurnaçı zorun üzünə verər.
    • Zülm ilə abad olan bir gün gəlir bərbad olur.
    • Zülmət daşıdır, götürən də peşmandır, qoyan da.
    • Zülmlə yaşamaq cahil yeməyin yeməkdən yaxşıdır
    • Zülmün axırı olmaz

    Yorum Gönderme

    Яндекс.Метрика