Atalar sozleri

Baca juga:



    Atalar sozleri

    Atalar aid atalar sozleri

    atalar sozleri haqqinda

    • Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
    • Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar.
    • Çağırılmamış qonağı köpəklər qarşılar.
    • Çağırram – eldən ayıb, çağırmanam – it itdi.
    • Çax-çax edən nalçadır, iş bitirən axçadır.
    • Çaqqal güləndə toyuq qaqqıldar.
    • Çaqqal var gödən çıxarır, yenə ayaqları yalındır.
    • Çaqqal yuvasında toyuq qaqqıldayar.
    • Çaqqaldan çox çarıq aparan olmaz, qurdun adı bədnamdır.
    • Çaqqalın yuxusuna toyuq gələr.
    • Çala-çala çalağan olar.
    • Çalağan göydə dolanır, cücənin ürəyi bulanır.
    • Çalış ki, dostun olsun, düşman ocaq başında.
    • Çalışqan əl nəyə dəysə qızıl olar.
    • Çamura daş atma, üzünə sıçrar.
    • Çanaxda balın olsun, Yəməndən arı gələr.
    • Çapqınçı ol, insafı əldən vermə.
    • Çarəsiz dərdə Loğman da acizdir.
    • Çarığını əsirgəməyən patavasın da qoyar üstünə.
    • Çarvadara yol göstərməzlər.
    • Çay bir olar, çeşmə min.
    • Çay görməmiş çırmanır.
    • Çaya çatmamış çarığını çıxarma.
    • Çayın daşı, çölün quşu.
    • Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz.
    • Çəkişməsən bərkiməzsən.
    • Çətinliyə düşməyən rahatlığın qədrini bilməz.
    • Çıxan can geri dönməz.
    • Çıxmayan cana umud çoxdur.
    • Çirkin üzün gizlədər, göyçək budaqlar gəzər.
    • Çirkinim, gözlə, gedim gözəl axtarım,
    • Tapmadım gözəlimsən ki, gözəlim.
    • Çiy süd əmənə etibar yoxdur.
    • Çoban çox olanda qoyunu qurd yeyər.
    • Çoban köpəyi kimi nə yeyər, nə yedirdər.
    • Çobana vermə qızı, ya qoyun güddürər, ya quzu.
    • Çobanı özündən olanın qoyunu dişi doğar.
    • Çobanın könlü olsa, təkədən pendir tutar.
    • Çobanın yağı çox olanda çarığına sürtər.
    • Çobansız sürü yolu azar.
    • Çox aş ya qarın ağrıdar, ya baş.
    • Çox aşna tutan aşnasız qalar.
    • Çox bilən çox çəkər.
    • Çox bilib az danışmaq igidin ləngəridir.
    • Çox danışan çox yanılar.
    • Çox görən çox istər, az görənin yadına da düşməz.
    • Çox gülən çox da ağlar.
    • Çox hürən it tutmaz.
    • Çox istəyən azdan da olar.
    • Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.

    Yorum Gönderme

    Яндекс.Метрика