Atalar sozleri

Baca juga:



    Atalar sozleri

    Atalar aid atalar sozleri

    pisliye aid atalar sozuv
    • İçdim üzüm suyunu, tökdüm üzüm suyunu.
    • İçim özümü yandırır, çölüm özgəsini.
    • İgid arxasında igid gizlənər.
    • İgid ağzını açmaz, əlini açar.
    • İgid basdığın kəsməz.
    • İgid döyüşdə məlum olar.
    • İgid qovqasız olmaz.
    • İgid igidə xor baxmaz.
    • İgid ilqarından dönməz, dəvə ovsarından.
    • İgid ləqəbilə tanınar.
    • İgid min yaşar, fürsət bir düşər.
    • İgid oğul cavan eylər atanı.
    • İgid oğul dayısına çəkər.
    • İgid oğul düşmənə əyilməz.
    • İgid odur atdan düşə atlana, İgid odur hər yaraya qatlana.
    • İgid ölər, adı qalar.
    • İgid ölər adı qalar, müxənnətin nəyi qalar?!
    • İgid ya tər altda, ya yer altdaş
    • İgid yarasına igid qatlanar.
    • İgid yarasız ölməz.
    • İgidim igid olsun, kol dibi evim olsun.
    • İgidin adı çıxınca canı çıxar.
    • İgidin başı qalda gərək.
    • İgidin əli işdə gərək.
    • İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı.
    • İgidin süfrəsi açıq olar.
    • İgidin ürəyi haça olar.
    • İgidin yaraşığı sınağdır.
    • İgidlik biləklə deyil, ürəklədir.
    • İgidlik döyüşdə məlum olar.
    • İgidlik ondur: biri zordur, doqquzu fənd.
    • İki arvadlı ev zibilli olar.
    • İki arvadlı gecə şamsız qalar.
    • İki arvadlı kişinin ağzının dadı olmaz.
    • İki bülbül bir budaqda oxumaz.
    • İki daşı çaxaram, tamaşaya baxaram.
    • İki dəvə əlləşəndə otluq xarab olar.
    • İki düşün, bir danış.
    • İki eşşək bir axurdan arpa yeməz.
    • İki evin urvasından bir fətir olar.
    • İki güləşənin biri basılar.
    • İki it bir aslana dov gələr.
    • İki itin arasına para sümük atmazlar.
    • İki kəsək bir daşa əvəz olmaz.
    • İki kişi danışanda, üçüncüsü sən olma.
    • İki qardaş savaşıb, axmaq buna inanıb.
    • İki qapıda gəzən köpək ac qalar.
    • İki qibləyə namaz olmaz.
    • İki qılınc bir qına sığmaz.
    • İki qoçun başı bir qazanda qaynamaz.
    • İki verməzsən, bir ala bilməzsən.
    • İki yana baxan çaş qalar.
    • İki yumruq bir başa yükdür.
    • İl baharından bilinər.
    • İl xırmansız olmaz.
    • İl ötər, ay dolanar, şənbə düşər novruza.
    • İl var bir günə dəyər, gün var bir ilə.
    • İlan balasını da çalar.
    • İlan çıxdığı bacanı yaxşı tanıyar.
    • İlan öz qonşusunu çalmaz.
    • İlana ağu verən kərtənkələdi.
    • İlanı tapdamasan sancmaz.
    • İlana balası qənim olar.
    • İlanı özgə əli ilə tutur.
    • İlanı Seyid Əhməd əliylə tutur.
    • İlanı sən tut, mən gözünə darı salım.
    • İlanı yaralı buraxmazlar.
    • İlanı yuvasında öldür.
    • İlanın ağına da lənət, qarasına da.
    • İlanın başı ağrıyanda yolun ortasında yatar.
    • İlin axır çərşənbəsi kimiyə düşər, kimiyə yox.
    • İmam əzizdir, qara pul imamdan da əzizdir.
    • İmam şaftalı ağacı deyil ki, hər yerdə bitə.
    • İmam tək-tək tapılar, tin başı şümürdür.
    • İmandan qonşu payı olmaz.
    • İmtahan yerdədi, göydə deyil.
    • İncələn yerdən üzülər.
    • İnək buzovun ayağını basmaz.
    • İnək göz eləməsə, kələ sıçramaz.
    • İnək sağa bilməyənə həyət əyridir.
    • İnək südünə görə mələr.
    • İnsaf dinin yarısıdır.
    • İnsanı insani cəhətdən insan edən onun insanlığıdır(A.Adıgözəlov)
    • İsinmədik istisinə, kor olduq tüstüsünə.
    • İslanmışın yağışdan nə qorxusu?!
    • İsmarıcnan Həcc qəbul olunmaz.
    • İstədi qaş düzəldə, vurdu gözün çıxardı.
    • İstədiyim yar idi, yetirdi pərvərdigar.
    • İstədiyin söyləyən, istəmədiyin eşidər.
    • İstək gözdə olar.
    • İstəmək bir ayıb, verməmək iki ayıb.
    • İstərəm dosta varam, əlim boş, üzüm qara.
    • İstəyənin bir üzü qara, verməyənin iki üzü.
    • İstəyirsən bal-çörək, al əlinə bel-kürək.
    • İsti aşa soyuq su qatmazlar.
    • İsti çörək təndirdən, minnəti yox pendirdən.
    • İsti sevən tüstüsünə dözər.
    • İsti-soyuq bilmir.
    • İş əldən, söz dildən, oğul beldən gəlməsə nə faydası?!
    • İş gedər sahibin tapar.
    • İş insanı safa çıxardar.
    • İş insanın cövhəridir.
    • İş ustasından qorxar.
    • İşdən artmaz, dişdən artar.
    • İşi başlayan yarıda qoymaz.
    • İşlək at arpasını artırar.
    • İşlək dəmir pas tutmaz.
    • İşləmək dərdindən yeməyə həsrət canım.
    • İşlənməyən dəmiri pas tutar.
    • İşləməyən dişdəməz
    • İşləyən inci taxar, işləməyən yandan baxar.
    • İt acından oğurluq elər.
    • İt ağırlığını qurda bildirməz.

    Yorum Gönderme

    Яндекс.Метрика