Atalar sozleri

Baca juga:



    Atalar sozleri

    Atalar aid atalar sozleri

    atalar sozi
    • Uca dağın başı qarlı olar.
    • Uca-uca dağlar başı qarlı da olur, qarsız da; igidlərin canı sağ olsun, varlı da olur, varsız da.
    • Ucuz aldın, quyruğunu düyünlə.
    • Ucuz ətin şorbası olmaz.
    • Ucuz illətsiz, baha hikmətsiz deyil.
    • Ucuz satan tez satar.
    • Ucuz verən tez satar.
    • Ucuzdan bahası olmaz.
    • Ucuzdur var illəti, bahadır var hikməti.
    • Ucuzluqda alanın üzün görmə, bahalıqda satanın.
    • Uçmaqda turac, qaçmaqda ceyran.
    • Ulağa gücü çatmır, acığını palanına tökür.
    • Ulamağını bilməyən köpək, sürüyə qurd gətirər.
    • Ulduzu barışmayanın salamı da savaşdır.
    • Ulu sözünə baxmayan ulaya-ulaya qalar.
    • Umac özün aş bilər, qarğa özün quş bilər.
    • Uman yerdən küsərlər.
    • Umud qaldı kosaya, kosa saqqalın daraya.
    • Umulmayan daş, yarar baş.
    • Unumu ələdim, ələyimi asdım.
    • Utanırsan-üzünə rübənd sal.
    • Usta əli dəyməyən iş haramdır.
    • Usta görməyən şagirdin gözü əllərdə qalar.
    • Usta meymun qaşçısız oynar.
    • Usta oğlundan şagird olmaz.
    • Ustadına kəm baxanın gözlərinə qan damar.
    • Uşaq adamı qanlı qapısına aparar.
    • Uşaq ağlaya-ağlaya böyüyər.
    • Uşaq arasına girməzlər.
    • Uşaq aşığı oynamaq üçün yığar.
    • Uşaq atasından güclüsün bilməz.
    • Uşaq böyüklərindən öyrənər.
    • Uşaq edə böyüyər, balıq-göldə.
    • Uşaq nədir, bıçaq nədir?
    • Uşaq sözü şah sözündən hökmlüdür.
    • Uşaq sözün düzünü deyər.
    • Uşaq yeməyini bilməz.
    • Uşaq yıxıla-yıxıla böyüyər.
    • Uşaq yıxıldığı yerə baxar.
    • Uşaqlıq ömrün baharıdır.
    • Uşaqlıqda yalan deyənə böyüyəndə inanmazlar.
    • Uşağa işə buyur, dalınca yüyür.
    • Uşağa yoldaş olma, sən yıxılsan gülər, özü yıxılsa ağlar.
    • Uşağı süpürgə ilə döyməzlər, boyu çıxmaz.
    • Uşağın hökmü padşahın hökmündən artıq.
    • Utananın oğlu olmaz.
    • Utanmasan oynamağa nə var ki?!
    • Uzaq yerin arpasından, yaxın yerin samanı yaxşıdır.
    • Uzaq yerin bir parça kağızı, yaxın yerin bir kəlmə sözü.
    • Uzaqdan baxana döyüş asan gələr.
    • Uzaqdan baxırsan, sambalı xoşdu; yaxından baxırsan, quşqunu boşdu.
    • Uzaqdan zurna səsi xoş gələr.
    • Uzaqlaşmaq yaxınlaşmaq üçün vasitədir.
    • Uzun adamın ağlı dabanında olar.
    • Uzun axmaq olar, gödək fitnəkar.
    • Uzun danışanın ömrü az olar.
    • Uzun sözün qısası, gəlin, səni sevmişəm.
    • Uzun yaşın axırı yenə ölümdü.

    Yorum Gönderme

    Яндекс.Метрика