1/07/2020

Atalar sozleri



Atalar sozleri

Atalar aid atalar sozleri

yaxsiliga aid atalar sozleri
  • Əbəçi də yük boşaldır, dəvəçi də.
  • Əbləh ilə yüyürən yolda qalar.
  • Əbləh odur dünya üçün qəm çəkər, tanrı bilir, kim qazanar, kim yeyər.
  • Əcəl gəldi, baş ağrısı bəhanə.
  • Əcəl gələndə soruşmaz ki, oğul-uşağın neçədir.
  • Əcələ çarə yoxdur.
  • Ədəbi kimdən öyrəndin? - Ədəbsizdən.
  • Əgər varındı, aləm yarındı, əgər yoxundu - elnən aran toxundu.
  • Əkdiyin noxud, biçdiyin noxud, bazara çıxıb ləbləbi.
  • Əkən biçər, əkməyən nə biçər?!
  • Əkən biçər, qonan köçər.
  • Əkəndə əkməyən xırmanda ağlar.
  • Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
  • Əkiblər yemişik, əkirik yeyərlər!
  • Əkinçi ol, biçinçi olma.
  • Əkinçi yağış istər, yolçu quraqlıq.
  • Əqli kəm canana bax, küsübdür mən dəlidən.
  • Əqrəb etməz əqrabaya əqrabanın etdiyini.
  • Əl ağızdan çox görüb.
  • Əl beş barmaqdı, hərəsi bir boyda.
  • Əl əldən hökm elər.
  • Əl əli yuyar, əl də üzü.
  • Əl məndən, ətək səndən.
  • Əl mərd olar, göz namərd.
  • Əl uzadılan yerə ayaq uzadılmaz.
  • Əl üstə çox əllər var.
  • Əldən gedən ələ gəlməz.
  • Əldən qalan əlli il qalar.
  • Ələdin-ələdin, kəpəyinə nə qatdın?
  • Ələkçinin qıl verəni yanında olar.
  • Ələyi ələnib, xəlbiri göydə förlanır.
  • Əli aşından da olduq, Vəli aşından da.
  • Əli boşa "ağa uyur" deyərlər, əli doluya "ağa buyur" deyərlər.
  • Əli xəmirliyə çörək borc verməzlər.
  • Əli kəsiyin əli kəsikdən xəbəri var.
  • Əli kösöylü sən, otu yanan mən!
  • Əli yanan ağzına təpər.
  • Əliaçığa Allah özü yetirər.
  • Əliəyri hey düzlükdən danışar.
  • Əlim çatmayan armud, babamın xeyratına.
  • Əlimdən tutan olmaz, dalımdan itələyən var.
  • Əlin çatmayan aş, ya qarın ağrıdar, ya baş.
  • Əlin yağlıdır? Çək öz başına.
  • Əlindən iş gəlməyən uzun danışan olar.
  • Əlini qatdın harama, kəşkülü doldur qalama.
  • Əlini qısa eylə, dilin uzun olsun.
  • Əmək insanı ucaldır.
  • Əmək qızıl bilərzikdir.
  • Əməksiz yemək olmaz.
  • Ən böyük zalım məzlumun özüdür.
  • Əncir yemədin getdin, dərdin demədin getdin.
  • Əppək ələkdən keçər, insan çiləkdən.
  • Ər - arvadın savaşı, yaz gününün yağışı.
  • Ər atanı el atar, ər tutanı el tutar.
  • Ər çörəyi ər boğazında qalmaz.
  • Ər çörəyi ər yanında borc olar.
  • Ər eldəndi, oğul beldən, qardaşa canım qurban.
  • Ər evi - ədəb evi.
  • Ər olan çörəyini daşdan çıxardar.
  • Ərə getmək gələndə böyük bacı olur, ev süpürmək gələndə kiçik bacı.
  • Ərəb öldü, qan düşdü.
  • Ərənlər üçəcən deyiblər.
  • Əri döymüş arvadı it də tutdu bir yandan.
  • Ərim (atam, dədəm) üçün yer saldım, gəldi qalayçı yatdı.
  • Ərlə arvadın torpağı bir yerdən götürülüb.
  • Ərli də sızıldasın, ərsiz də?
  • Ərsiz arvad - cilovsuz at.
  • Əsil al, çirkin olsun, bədəsil gözəl alma.
  • Əsil deyər anlamadım, bədəsil deyər görmədim.
  • Əsil ilə evlən, həsirdə yat.
  • Əsli, nəcabəti olmayana qamçı neylər?
  • Əsil olan əsilliyin itirməz.
  • Əsilsiz söz sahibinə üz qarası gətirər.
  • Əsilsizdən kərəm gəlməz.
  • Əsilsizi dalına alsan da birdir, yerə qoysan da.
  • Əsli bəd olana qamçı olmasın?!
  • Əslində olan nəslində olar.
  • Əslini danan namərddir.
  • Əsnək əsnək gətirər.
  • Ət gətirməyib, küftə istəyir.
  • Ət ilə dırnaq arasına girən iylənər, çıxar.
  • Ətdən olan divara etibar yoxdur.
  • Ətə pul verməz, küftənin böyüyündən yapışar.
  • Ətəyimə qoz tökür, başıma qapaz vurur.
  • ətəyin böyüklər əlindədir.
  • Əvvəl arxı tullan, sonra özünü öy.
  • Əvvəl danış, sonra gül.
  • Əvvəl danışan bilsə ki, sonra danışan nə deyəcək - heç danışmaz.
  • Əvvəl döyək, sonra yeyək.
  • Əvvəl düşün, sonra sonra danış.
  • Əvvəl evin (məscidin) içi, sonra bayırı.
  • Əvvəl qaçan canını qurtarar.
  • Əvvəl qapını döy, sonra qonaq ol.
  • Əvvəl yoldaş, sonra yol.
  • Əvvəl yumruğunu düyünlə, sonra qanmaza söz çatdır.
  • Əvvəl zəhmət çəkən sonra rahat olar.

Şərhlər


EmoticonEmoticon

Blogger tarafından desteklenmektedir.

Namaz qilmaq qaydalari

Namaz qilmaq qaydalari namaz qilmaq qaydalari qadinlar namaz qilmaq qaydalari sozleri qadinlar namaz nasil kilinir  nama...

Яндекс.Метрика