Atalar sozleri

Baca juga:



    Atalar sozleri

    Atalar aid atalar sozleri

    atalar sözləri
    • Öküz altında buzov axtarır.
    • Öküz öldü, ortaq ayrıldı.
    • Öküz ölər gönü qalar, igid ölər ünü qalar.
    • Öküz ölməyincə inəyə qiymət olmaz.
    • Öküzü buynuzundan, adamı sözündən tutarlar.
    • Öküzü olana borc gön verərlər.
    • Öküzü ölənə yol göstərən çox olar.
    • Öküzün böyüyü pəyədə qalıbdır.
    • Öküzün qocalanı dana-buzova qoşular.
    • Öldü var, döndü yoxdur.
    • Ölən canını qurtarır, vay qalanın halına.
    • Ölən görməyəcək, qalan görəcək.
    • Ölən kim, öldürən kim?
    • Ölən onlardan olsun, bel-kürək bizdən.
    • Ölən öldü, diriyə dirilik gərək.
    • Ölər, Koroğlu getməz bu yurddan.
    • Ölmək istəyirsən, köç Mazandarana.
    • Ölmək ölməkdir, xırıldamaq nə deməkdir.
    • Ölmək var, dönmək yoxdur.
    • Ölməz, itməz Xədicə, görər nəvə-nəticə.
    • Ölmüş aslandan diri köpək yaxşıdır.
    • Ölmüş dəvənin dərisi bir eşşəyə yükdür.
    • Ölmüş eşşək axtarır ki, nalını çəksin.
    • Ölüdən pay umur.
    • Ölüm qaş ilə göz arasındadır.
    • Ölümdən başqa hər şeyə çarə var.
    • Ölümə çarə yoxdur.
    • Ölülər elə bilir, dirilər halva yeyir.
    • Ölünün dalınca danışmazlar.
    • Ölünün vəsiyyəti özü ilə gedər.
    • Ölürsə yer bəyənsin, qalırsa el bəyənsin.
    • Ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün.
    • Örtülü bazar dostluğu pozar.
    • Övlad ata-ananın ürəyidir.
    • Övlad bir turş almaya bənzər, yeyənin dişi qamaşar, yeməyənin könlü istər.
    • Övlad can yanğısıdır.
    • Övlad insanın məbədidir.
    • Övlad kivar, badamdır, nəvə məğzbadamdır.
    • Övlad könül meyvəsidir.
    • Övlad pəncərədən düşən işıqdır.
    • Övlad sərmayədir.
    • Övlad tapılar, ata-ana tapılmaz.
    • Övlad ya ataya oxşar, ya anaya.
    • Övladda atadan nişanə olmalıdır.
    • Övladda nəvə, dövlətdə dəvə.
    • Öyüdü anlayana verərlər.
    • Öz adını özgələrə qoyma.
    • Öz ağam, öz qulum.
    • Öz ağlını özgə ağlına vermə.
    • Öz anasını sevən, özgə anasını söyməz.
    • Öz anasını sevməyən, özgə anasını sevməz.
    • Öz arşını ilə ölçür.
    • Öz atının noxtasından yapış.
    • Öz bəxtindən küs.
    • Öz çörəyini özgə süfrəsində yemə.
    • Öz daş - tərəzisi ilə çəkir.
    • Öz evimin nökəriyəm, özgə evinin-ağası.
    • Öz evində öz başını bağlaya bilmir, özgə evində gəlin başı bağlayır.
    • Öz əlim, öz başım.
    • Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.
    • Öz ipini özü eşir.
    • Öz qədrini bilməyənin qədrini özgəsi də bilməz.
    • Öz quru çörəyim özgənin plovundan yaxşıdır.
    • Öz- özünü bəyənən ağam vay!...
    • Öz səsi özünə xoş gəlir.
    • Öz yağı öz başına.
    • Özgə ağzına baxan ac qalar.
    • Özgə atına minən tez düşər.
    • Özgə bağından gül dərməzlər.
    • Özgə buzovunu güdənin çatısı əlində qalar.
    • Özgə evində qonaqdan borc istəməzlər.
    • Özgə əli ilə ilan tutur.
    • Özgə əlində kömbə böyük görünər.
    • Özgə gözü yaxşı görər.
    • Özgə kisəsindən pul bağışlamazlar.
    • Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
    • Özgə malına göz tikən malsız-davarsız qalar.
    • Özgə uşağından oğul olmaz.
    • Özgənin qarğası özgəyə qırğı görünər.
    • Özgənin sözünü özgəyə deməyə nə var?
    • Özgəyə bel bağlama.
    • Özgəyə it hürər, bizə Mazandaran çaqqalı.
    • Özgəyə quyu qazan özü düşər.
    • Özgəyə kömək et, sənə də kömək edərlər.
    • Özgəsinə göz qoyan özünkünü itirər.
    • Özü balaca, sözü böyük.
    • Özü bişirib, özü yeyir.
    • Özü danışar, özü də qulaq asar.
    • Özü deyir, özü də gülür.
    • Özü eşşək, tükü məxmər.
    • Özü etdi özünə, külü tökdü gözünə.
    • Özü ədalətli olanın qazıya ehtiyacı olmaz.
    • Özü əkir, özü də biçir.
    • Özü getdi, sözü qaldı.
    • Özü kəsir, özü də tikir.
    • Özü qazanmayan mal qədri bilməz.
    • Özü qoca olsa da, könlü cavandır.
    • Özü ölçür, özü biçir.
    • Özü öz ağasıdır.
    • Özü özünə eyləyənə çarə yoxdur.
    • Özü özünə eyləyəni el yığılsa eyləyə bilməz.
    • Özü özünə qəbir qazır.
    • Özü üçün əriştə kəsə bilmir, özgəyə umac ovur.
    • Özü üçün yatır, özgələrə yuxu görür.
    • Özü üçün yeyir, özgəsinə minnət qoyur.
    • Özü yazır, özü oxuyur.
    • Özü yeməz, özgəyə də verməz.
    • Özü yəhər qaşında, gözü ocaq başında.
    • Özü yıxılan ağlamaz.
    • Özü yıxılan özü də qalxar.
    • Özüm qoturam, keçim ki qotur deyil.
    • Özüm qürbətdəyəm, gözüm vətəndə.
    • Özüm öz ağamam.
    • Özüm özümə elədim, külü gözümə elədim.
    • Özümə yer eylərəm, gör sənə nə eylərəm.
    • Özümüz evdə, sözümüz çöllərdə.
    • Özün bilən yaxşıdır.
    • Özün fil olsan da qarışqanı yaddan çıxartma.
    • Özündən güclü ilə vuruşma.
    • Özündən qolu güclüyə rast gəlməmisən.
    • Özündən yuxarı baxanda, özündən aşağı da bax.
    • Özünə baxma, sözünə bax.
    • Özünə düşmən öz dostunu itirəndir.
    • Özünə hörmət qoymayan, özgəyə də hörmət qoymaz.
    • Özünə qıymadığını, özgəyə də qıyma.
    • Özünə umac ova bilmir, özgəyə əriştə kəsir.
    • Özünü alim istəyən, cahildən uzaq olar.
    • Özünü başqasına nərdivan eləmə.
    • Özünü tanımayan Allahını da tanımaz.
    • Özünün yavan çörəyi özgənin plovundan yaxşıdır.
    • Özünü yorulmuş bisən, yoldaşını ölmüş bil.

    Yorum Gönderme

    Яндекс.Метрика