Atalar sozleri

Baca juga:



    Atalar sozleri

    Atalar aid atalar sozleri

    menali atalar sozleri
    • Fağırın düşkünü, al geyinər qış günü.
    • Fal yox, yumurta da yox.
    • Fala inanma, falsız da qalma.
    • Falçı falçıya fənd vurmaz.
    • falın faldır, fərmanın allah.
    • Farsın qəzəli, türkün məsəli.
    • Fayda - zərər hesb başında məlum olar.
    • Fayda zərərin qardaşıdır.
    • Faydasız qohumdan faydalı yad yaxşıdır.
    • Fəqir əlinə baxırsa, sən cibinə bax.
    • Fəqirə axmaq deyərlər, kasıba gic.
    • Fəqirin cibi boş, qəlbi doludur.
    • Fələk bağlar, fələk açar.
    • Fələk güclü, mən gücsüz.
    • Fələk yıxmayanı kələk yıxar.
    • Fələyə bel bağlamaq olmaz.
    • Fələyin bir çuval qızılı var, hər gün birinin çiynindədir.
    • Fələyin çərxi dönər.
    • Fələyin gözü kordur.
    • Fələyin qaydasıdır, dağı çəkər dağ üstdən.
    • fələyin zoruna heç nə kar etməz.
    • Fənd fəndi kəsər, Allah hər ikisin.
    • Fərhad ölüb, külüngünün səsi gəlmir.
    • Fərsiz qoyunu qurd yeyər.
    • Fərsiz oğul atasının gözünü çıxartdı ki, adına Koroğlu desinlər, amma kor kişinin oğlu dedilər.
    • Fikirdən iti gedən şey yoxdur.
    • Filin bir fikri var, filbanın min.
    • Filin gücü xortumundadır, dəvənin gücü - dizində.
    • Fitə uyanın evi yıxılar.
    • Fit-fitnən gələn köpəyin qoyuna faydası olmaz.
    • Füqaranın gözü tox olar.
    • Fürsət əldə ikən yaxşılıq eylə.
    • Fürsət hər zaman ələ düşməz.
    • Fürsət qanadlı quşdur, əldən qaçırtmaq olmaz.

    Yorum Gönderme

    Яндекс.Метрика