Atalar sozleri

Baca juga:



    Atalar sozleri

    Atalar aid atalar sozleri

    Atalar sozleri

    • Abad məclis aşığından bəllidir.
    • Abad kənd tüstüsündən bəlli olar.
    • Abadan kənd tüstüsündən bəlli olar.
    • Abbas Abbasdan, Abbas da kor Abbasdan.
    • Abbasını bəyənməyən beş şahı çıxardar.
    • Abdaldan paşa olmaz, taxtadan maşa.
    • Abdal at mindi, özünü bəy sandı.
    • Abdal düyündən, uşaq oyundan usanmaz.
    • Abdal nə bilir ki, heyva kaldır?
    • Abdal oynayanda qar yağar.
    • Abır harda, çörək orda.
    • Abır-həya olan yerdəbərəkət də olar.
    • Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
    • Abırlı abrından qorxar, abırsız nədən qorxar?!
    • Abırsızdan abrını saxla.
    • Ac acı aldı, acdan ləlöyün törədi.
    • Ac acı dalayar, tox toxu yalayar.
    • Ac adam özünü oda vurar.
    • Ac adamı qurd yeməz.
    • Ac ayı oynamaz.
    • Ac deyər doymaram, tox deyər acmaram.
    • Ac doğrayar, tox yeyər.
    • Ac donuz darıdan çıxmaz.
    • Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur.
    • Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
    • Ac girdi içəriyə yemək istədi,tox dedi;əvvəla,salam
    • Ac hara, paxaç hara.
    • Ac it gəlmiş, tox itin dalın yalayar.
    • Ac qarına bir nəfər, nəğmə oxurmu məgər?!
    • Ac qatıq istəməz, yuxulu yastıq.
    • Ac qılınca çapar.
    • Ac qudurğan olar, çılpaq oynağan.
    • Ac qurd sürünün ortasına girər.
    • Ac nə yeməz? Tox nə deməz?
    • Ac saxla, yalavac saxla, yaxşı saxla.
    • Ac toyuq yuxusunda darı görər.
    • Ac - yanından qaç!
    • Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
    • Aca nə halal, nə haram?!
    • Acam, quyruq acıyam, bağır-örkə acı deyiləm.
    • Acdan ummaq olmaz.
    • Acgöz, yalançı toruna düşər.
    • Acı dindirmə, toxu tərpətmə.
    • Acın andı and olmaz.
    • Acın gözü çörək təknəsində olar.
    • Acın imanı olmaz, toxun amanı, qanmazın dərmanı.
    • Acın qarnı doyar, gözü doymaz.
    • Acın qursağında çörək dayanmaz.
    • Acın zəhləsi sudan gedər.
    • Acından dəyirmana baxır, kibirliyindən şahid almır.
    • Acla əcəli gələn söyləşər.
    • Aclığında eldən yeyər, toxluğunda eldən deyər.
    • Aclıq adama oyun öyrədər.
    • Aclıq ayıya darayı oxudar.
    • Aclıq bir il gedər, minnət min il.
    • Aclıq sofiliyi pozar.
    • Aclıq yavanlıq istəməz, yuxu da yastıq.
    • Aclıqda darı çörəyi halvadan şirin olar.
    • Aclıqdan kimsə ölməz, ölən toxluqdan ölər.
    • Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz.
    • Acı danışan şirin söz eşitməz.
    • Аcın nəyi vаr gicə vеrə.
    • Acını dadmayan şirini bilməz.
    • Acıq gələr göz qaralar, acıq gedər üz qaralar.
    • Acıq gələr üz saralar, acıq gedər üz qaralar.
    • Acıqla iş görən zərərin çəkər.
    • Acıqlı başda ağıl olmaz.
    • Acıqlı dilənçinin torbası boş qalar.
    • Acıqlı qalxan ziyanlı oturar.
    • Acıqnana dövlət yola getməz.
    • Açaram sandığı, tökərəm pambığı.
    • Açıq qaba it dəyər.
    • Açılmamış süfrənin bir eybi var, açılmışın min.
    • Ad adamı bəzəməz, adam adı bəzəyər.
    • Adam adamdı olmasa da pulu, eşşək eşşəkdi olmasa da çulu.
    • Adam adamın şeytanıdır.
    • Adam adıyla tanınar.
    • Adam ağzından söz, qazan altından köz.
    • Adam aşını-işini bilməlidir.
    • Adam hər düşməndən bir ağıl öyrənər.
    • Adam min acını udar bir şirinin xatirinə.
    • Adam olana bir söz yetər.
    • Adam olmayan başqalarını adam saymaz.
    • Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz.
    • Adam paltar ilə tanınmaz.
    • Adam sözdən, uşaq gözdən.
    • Adam var ki, adamların naxşıdı, adam var ki, eşşək ondan yaxşıdı.
    • Adam var ki, adamların naxşıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirərsən can deyər, adam var ki, dindirməsən yaxşıdı.
    • Adam var gözdən qızar, adam var sözdən qızar.
    • Adam yanıla-yanıla öyrənir.
    • Adamı dindir, sonra qiymətini ver.
    • Adamı qılınc öldürməz, tənəli söz öldürər.
    • Adamı söz, kababı köz yandırar.
    • Adamı tanıyan qurd yesin.
    • Adamın adı çıxınca canı çıxsa yaxşıdır.
    • Adamın axır günü gərək xoş olsun.
    • Adamın ayağından çəkən çox olar.
    • Adamın başına nə gəlsə dilindəndir.
    • Adamın dəlisi daşa güc elər, öküzün dəlisi başa.
    • Adamın dinməzindən yaramaz koxa tikdilər.
    • Adamın düşməni - öz dili.
    • Adamın öz əli, öz kisəsi.
    • Adamın üzünə baxarlar, halın xəbər alarlar.
    • Adət qanun deyil, amma qanun qədər hökmü var.
    • Adilin qəzəbindən qorxmaq gərək, zalımın sükutundan.
    • Adı gözəl olanın özü də gözəl olar.
    • Adımı güvəc qoy, amma ocaq üstə qoyma.
    • Adımı sənə qoyum, səni yana-yana qoyum.
    • Adın nədir - Daşdəmir, yumşalısan, yumşalı.
    • Axar çaya getsə, qurudar.
    • Axar suya dayanma, hər deyilənə inanma.
    • Axmaq adam oğurluq keçi ilə gəzməyə çıxar.
    • Axmaq axmağı tapar.
    • Axmaq baş bəlalı olar.
    • Axmaq da sükut edəndə ağıllı görünər.
    • Axtaran tapar, yoğuran yapar.
    • Ağ ağca qara gün üçündü.
    • Ağ atla cahil ağaya qulluq eləmə.
    • Ağ divara hansı rəng çəksən tutar.
    • Ağ evi görəndə qara evi yaddan çıxartma.
    • Ağ gün adamı ağardar, qara gün qaraldar.
    • Ağ itin həllaca zərəri var.
    • Ağ köpək, qara köpək, ikisi də köpəkdi
    • Ağ qoyun, qara qoyun keçid başında bəlli olar.
    • Ağ qoyunu görənlər içi dolu yağ sanar.
    • Ağ qoyunun qara quzusu da olar.
    • Ağ parçaya ləkə tez düşər.
    • Ağa ağ deyiblər, qaraya qara.
    • Ağa dedi yatma,tənbəl dedi:Yaxşı,onda dincəlim.
    • Ağa dediyin nədir, bəyənmədiyin nədir?
    • Ağa ilə bostan əkənin tağı çiynində bitər.
    • Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı.
    • Ağac bar verdikcə başını aşağı əyər.
    • Ağıllı bir dəfə aldanar.
    • Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx.
    • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
    • Ağıllı fikirləşincə, dəlinin oğlu bazara gedər.
    • Ağıllı işinə baxar, axmaq dişinə.
    • Ağıllı kişi qışın qeydinə yayda qalar.
    • Ağıllı qəm yeyər, ağılsız qamçı.
    • Ağıllı qonşun yoxdursa, kitabla söhbət et.
    • Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər.
    • Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.
    • Ağır günün daşı ağır olar.
    • Ağlı olan, qışın qeydinə yayda qalar.
    • Ağzına bax tikə kəs.
    • Alça mənim, gilas mənim, tut mənim, gavalıda da gözüm var.
    • Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər.
    • Аlın təri ucаldаr əri.
    • Allah bir yandan bağlasa, bir yandan açar.
    • Allah verəndə yox yerdən verər.
    • Allah verməyəndə, bəndə neyləsin?
    • Alma ağacından alma düşər, armud ağacından - armud.
    • Alma öz ağacından uzaq düşməz.
    • Almanı göyə at, yerə gəlincə, ya nəsib!
    • Almanı soy ye, armudu say ye.
    • Analı qızın işi görünər, anasız qızın dişi.
    • Ananın ərköyün oğlu hambal olar.
    • Anlayan düşmən anlamaz dostdan yaxşıdır.
    • Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.
    • Araq adamı ardan da qoyar, yardan da.
    • Arif olan buluddan da nəm çəkər.
    • Arı yuvasına çöp uzatmazlar.
    • Arıq hara, qoruq hara.
    • Artıq tamah baş yarar.
    • Arpa əkən buğda biçməz.
    • Аrpа olsun, büğdа olsun - təhnə dolu olsun.
    • Arpa unun yoxdusa, dadlı dilin də yoxdur?!
    • Arpa verilməyən at qamçı gücü ilə yeriməz.
    • Arpa yemiş at mənzil kəsər.
    • Arpadan, buğdadan əlim üzüldü, ümidim sənə qaldı darı xırmanı.
    • Arpaya qatsan at yeməz, sümüyə qatsan it yeməz.
    • Arsız kişidən arsız arvad yaxşıdır.
    • Arsız nədən arlanar?!
    • Arsızın üzünə tüpürüblər, "yağış yağır" demiş.
    • Arşın olmayan yerdə çərək də ölçüdür.
    • Artıq aş - ya qarın ağrıdar, ya baş.
    • Artıq mal - gözmü çıxarır?!
    • Artıq tamah daş yarar, daş qayıdar baş yarar.
    • Artıq tikə baş yarar.
    • Arvad evinə girənin qapısı alçaq olar.
    • Arvad iki olanda ev süpürülməmiş qalar.
    • Arvad ilə at igidin baxtına.
    • Arvad malı alçaq qapı kimidir, girəndə də başın dəyəcək, çıxanda da.
    • Arvad malı başa toxmaq kimi dəyər.
    • Arvad tutan yolun axırı yoxuşa qalxar.
    • Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.
    • Arvad var ev yığar, arvad var ev yıxar.
    • Arvadı ahıl gözüylə, atı - cahil gözüylə.
    • Arvadı bəd olanın saqqalı tez ağarar.
    • Arvadın axır hiyləsi ağlamaqdır.
    • Arvadın biri - əla, ikisi - bəla.
    • Arvadın deyingəni kişini tez qocaldar.
    • Arvadın isməti, ərin izzəti.
    • Arvadsız ev, susuz dəyirman.
    • Arzu niyyətdən doğar.
    • Asılsan da, uca budaqdan asıl.
    • Aslan ağzından şikar alınmaz.
    • Aslan qocalanda başına çaqqallar toplaşar.
    • Aslan qocalanda siçan yuvasını gözləyər.
    • Aslan tülkü kölgəsində yatmaz.
    • Aslan yatağında tülkülər yatır.
    • Aslan yatışından da bəllidir.
    • Aslanın nə erkəyi, nə dişisi.
    • Asta gedən yorulmaz.
    • Аş vеrmişəm аşımı vеr, yаş vеrmişəm yаşımı vеr.
    • At almağa cahıl gedər, qız almağa ahıl.
    • At ayağı külək olar, ozan dili yüyrək.
    • At bəslənirkən, qız istənirkən.
    • At izi it izinə qarışmaz.
    • At minəndə vərəm olmaz.
    • At oğurlanandan sonra axur nəyə gərək.
    • At olmayan yerdə eşşək də atdır.
    • At ölüb, itlərin bayramıdır.
    • Ata, ana tərbiyə etməyəni həyat tərbiyə edər.
    • Atası turşu yemiş, balasının dişi qamaşmış.
    • Atasını tanımayan Allahını da tanımaz.
    • Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
    • Atı qamçı aparmaz, arpa aparar.
    • Avara qonaq ev yiyəsini də avara qoyar.
    • Ay qaynana,elə bil,gəlin olmamısan?!
    • Ayağı nərdivana bir-bir qoyarlar.
    • Aydınlıq olmayınca kişinin mindiyi atmıdır, eşşəkmidir, bilinməz.
    • Az bilmək istəmirsənsə, çox oxu.
    • Az yeyənin azarı da az olar.
    • Az olsun, üz olsun.
    • Az olsun saz olsun.
    • Aza qane olmayan yoxa çatmaz.
    • Azğınla-pozğuna öyüd-nəsihət kar eləməz.

    Yorum Gönderme

    Яндекс.Метрика