Süpürgə nədir
Qədim inanclar. Süpürgənin mistik xüsusiyyətləri Lap qədim zamanlardan süpürgənin mistik xüsusiyyətləri olduğuna inanardılar. Bu inanclar hardan, hansı səbəblərdən və nəyə əsasən yaranıb, onu deyə bilmərik. Amma həmin inancların bəziləri ilə sizi də tanış etmək qərarına gəldik. • Bəzi inanclara görə, süpürgəni üzü yuxarı qoymaq (süpürgənin dəstəyi aşağıda) ailənin rifahını qoruyub saxlayır və evi şeytanlardan mühafizə edir; • Süpürgəni qapının kandarına qoymaq olmaz, çünki evdən pul azalar; •Qurüb çağından sonra evi süpürmək olmaz, çünki evdəkilər xəstələnə bilər; • Süpürgənin üzərindən keçmək olmaz; • Süpürgə ilə heç kimi vurmaq olmaz, bu xəstəlik yarada bilər; • Təzə süpürgə ilə ağacın meyvələrini döyəcləyərdilər, bu məhsuldarlığı artırarmış; • Subay qızlar nişanlı tapmaq üçün süpürgənin üzərindən 9 dəfə tullanardılar; • Evi bir gündə iki süpürgə ilə süpürməzdilər, bu var-dövləti azaldarmış; •Kimsə yad adamın evi süpürməyi şans qapılarını bağlamış hesab edil